Sumqayıtda ər arvadını döydü


Sumqayıt şəhərində 1978-ci il təvəllüdlü Ruslan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mayaya (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Sumqayit.tv xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 10-cu mikrorayonda baş verib. Ruslan yaşadığı mənzildə həyat yoldaşı Maya ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı əli ilə onun boynuna, qoluna və bədəninə 2-3 dəfə şillə, yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Ruslanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi nikahda olan arvadı Maya ilə birgə nikahlarından 2 övlad var: “2024-cu ilin yanvar ayında Sumqayıt şəhəri, 10-cu mikrorayonda olan mənzilə köçdük. Sumqayıt şəhərində qaldığımız müddətdə aramızda mütəmadi olaraq mübahisələr baş verib. Səbəbi isə Mayanın məndən icazə almadan evdən çıxaraq bilmədiyim yerlərə getməsi olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti günlərin birində günorta saatlarında Mayanın ondan icazə alaraq bacısının səhhəti pis olduğu üçün onlara getmək istədiyini bildirib: “Evə gec qayıtdığına görə aramızda mübahisə yarandı. Mən Mayaya yaxınlaşaraq 2-3 dəfə boynuna və bədəninə vuraraq onu döydüm. Növbəti gün Mayanın məndən şikayət etdiyini öyrəndim. Mayanı döydüyüm üçün peşman olmuşam. Hazırda Maya ilə barışmışam”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ruslanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

22-11-2024, 10:24 121

Digər xəbərlər

Aktau–Sumqayıt fiber-optik xəttinin dəniz hissəsinin tikintisi başa çatdı

Sumqayıtda yataqxana sakinlərini narahat edən sual: Bu bina söküləcək?

620 AZN aylıq ödənişlə Sarayda mənzil sahibi olmaq imkanı

MİDA adı ilə 27 min manatdan çox dələduzluq edən şəxslə bağlı qərar dəyişmədi

Türkiyədə Azərbaycan musiqisi və poeziyası bir araya gəldi

Sumqayıtda təhlükə saçan kanalizasiya quyusu sakinləri narahat edir

14 yaşlı qızla münasibət quran Sumqayıt sakininə şərti cəza verildi

Sumqayıt sənaye anbarlarında 129 milyon manatdan çox hazır məhsul var

Sumqayıt dəmir yolunda yeni təhlükəsizlik qaydaları tətbiq olunacaq

26 min manata 'qəbul vədi' verdi – Cəzası qüvvədə saxlanıldı

Sumqayıtda növbəti avtobus narazılığı: 5 nömrənin sürücüsündən şikayət var

Sumqayıt böyüyür, amma piyadalar üçün təhlükəsizlik niyə yerində sayır?

Sumqayıtda uşaq parkı ətrafında qalmaqal: Sakinlər yelləncəklərin qıfıllandığını iddia edirlər-VİDEO

Sumqayıtda təhlükəli çuxur sakinlərin narazılığına səbəb olub – "Bir ildir problem həll olunmur"

15 yaşlı yeniyetmənin qətlinə görə 20 il həbs cəzası verildi

Universitetlərə ixtisas seçiminin vaxtı açıqlandı

Sumqayıtda ölümcül qəza törədən sürücünün cəzası azaldıldı

Sumqayıt–Sınıq Körpü avtobus marşrutu müsabiqəyə çıxarılır

Kafedə qadını yaralayan şəxsə verilən həbs cəzası qüvvədə saxlanıldı

5 Avqust – Kəşmir məsələsi beynəlxalq hüquq və regional təhlükəsizlik kontekstində

1 2 3 4 5 6 7 8 9 10 ... 1093
Dünən, 19:38
Dünən, 17:50
Dünən, 16:02
Dünən, 14:48
Dünən, 14:01
Dünən, 13:43
Dünən, 11:56
Dünən, 11:47
Dünən, 11:46
Dünən, 11:33
Dünən, 10:51
4-08-2026, 20:32
4-08-2026, 18:10
4-08-2026, 17:05
4-08-2026, 14:32
4-08-2026, 12:11
4-08-2026, 11:49
4-08-2026, 11:45
4-08-2026, 11:34
4-08-2026, 11:24
4-08-2026, 09:24
4-08-2026, 08:42
3-08-2026, 17:24
3-08-2026, 17:22
3-08-2026, 17:18
3-08-2026, 17:10
3-08-2026, 16:06
3-08-2026, 14:27
3-08-2026, 14:02
3-08-2026, 13:21
3-08-2026, 12:24
3-08-2026, 11:22
3-08-2026, 10:54
3-08-2026, 10:07
2-08-2026, 13:48
2-08-2026, 12:14
1-08-2026, 16:34
1-08-2026, 16:06
1-08-2026, 14:28
1-08-2026, 12:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1093