Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ


Xocavənd rayonunun Qarakənd kəndi üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə ermənilər tərəfindən vurulur, Azərbaycanın 22 dəyərli dövlət xadimləri həlak olur. Həlak olan dövlət xadimlərinin arasında o zaman Azərbaycan Respublikası Baş nazirinin müavini Zülfü Saleh oğlu Hacıyev də var idi. 
Sumqayit.tv Qarakənd faciəsində qəhrəmanlıqla şəhadətə ucalmış, adı, xatirəsi, həyat yolu, siyasi və ictimai fəaliyyəti xalqımızın qan yaddaşında əbədi həkk olan dövlət xadimi Zülfü Hacıyevin qızı, Lalə xanım Hacıyevadan müsahibə götürüb. 
 
- Lalə xanım, bilirik ki, 20 noyabr Azərbaycanın təqviminə Qarakənd faciəsi olaraq keçib. Bu tarixi  xalqımızın hüzün günü olaraq da qəbul etmək olar. Çünki, Azərbaycanın yüksək rütbəli dövlət xadimləri Xankəndinə gedərkən mənfur qüvvələr tərəfindən şəhid edildi. Şəhid məmurlarımızın içərisində  Azərbaycan Respublikası Baş nazirinin müavini, sizin də atanız olan Zülfü Hacıyev də var idi. Bizə maraqlıdır, həmin günü necə xatırlayırsınız? Ümumiyyətlə, bu qara xəbəri ilk dəfə kimdən və necə eşitdiniz?

- O faciəvi gündən 33 il ötməsinə baxmayaraq hələ də o günləri xatırlayır, həmin  dəhşətli xəbərin təsirindən çıxa bilmirəm. Elə bil ki, hiss etmişdim. Günortadan televizorda ancaq orkestr çalır, heç bir veriliş efirə verilmirdi. Ürəyimdə mənə aydın olmayan ağır bir hiss, həyəcan, sıxıntı var idi. Rahatlığım itmişdi. Otaqlarda vurnuxur, özümə rahatlıq tapa bilmirdim.Abbas,əlləri ilə başına döyüb, evimiz yıxılıb, mənfur düşmənlər vertalyotu vurublar dedi. Elə həmin anda da televizor açıq idi,orkestir çalırdı.Orkestir dayandı, o zamankı diktor Rafiq Hüseynov efirdə görsəndi və çox ağır bir üzüntü ilə vertalyotda həlak olanların adlarını saymağa başladı. Birinci Dövlət Katibi Tofiq İsmayılovun,ikinci atamın adını çəkdi. Dünyam qaraldı. Sonda bütün heyətin qəhrəmanlıqla həlak olduğunu efirdən səsləndirdi.
Sualınızın digər hissəsinə gəlincə atam 33 ilin hər anını bizimlə yaşayıb. Biz onu hec unutmadıq ki, xatırlayaq da... Ölümündən doğulmuşlar unudulmaz.
Hər il noyabrın 20-ni eyni ağrı, eyni hüzünlə, indi olmuş kimi yaşayırıq. Bizim üçün o günləri xatırlamaq çox çətindi. Atamızdan sonra həyatımız da məhv oldu, arzularımız, xəyallarımız da atamın ömrü kimi yarım qaldı, istəklərimiz böyümədən öldü. Bu hadisədən
beş il qabaq anamızı itirmişdik, hələ o itkini qəbul edə bilmədiyimiz ağır bir zamanda atamızın qəfil faciəsi, çətinliklərimizin, ağrılarımızın başlanğıcı oldu.
Çox ağır bir faciə olsa da bu gün atamızdan bizə miras qalmış o ali adla fəxr edir, qürur duyuruq.


- Atanızı sonuncu dəfə nə zaman gördünüz? Onun sizə dediyi son söz nə oldu? 

- Atamı sonuncu dəfə 1991-ci il noyabrın 18-i gördüm. Görüşdük, söhbət etdik, hətta mən ona yalvardım ki, Qarabağda vəziyyət çox pisdi, getmə.
Atam bir kəlmə dedi ki,qızım, bu vətən üçün mən getməyim, o getməsin, bəs kim getsin?  Son sözü bu oldu. Bəlkə də ürəyimə dammışdı ki, bu atamla son görüşümdü. Çünki evdən atamı yola salanda məni qucaqlayıb, bağrına basdı. Son görüş, son vida və yaddaşlardan silinməyən ağır faciə….. 
Heç bir zaman inanmazdım ki, bir gün atasızlığımla üz- üzə qalacam. O zaman uçuş öncəsi atama sual vermişdilər ki, Zülfü müəllim Qarabağdan  təzə gəlmisiniz, yenidən niyə gedirsiniz? Cavab vermişdi ki, Tofiq İsmayılovu Qarabağ camaatına təqdim etməliyəm və ona görə mən orada olmalıyam.


-  Zülfü Hacıyevin qızı olmaq sizin üçün nəyi özündə ehtiva edir? Yəni, insanlar biləndə ki, Siz Zülfü müəllimin qızısınız, maraqlıdır   onların reaksiyası necə olur və bu adın altında olan Lalə Hacıyevaya hansı münasibət göstərirlər? 

- Atamın adıyla  nə qədər fəxr etsəm də heç vaxt bu addan istifadə etməmişəm. Mənim kimliyim mənim soy adımdan bəllidir. Bəzən məndən atamı soranda da sonsuz sevgi və qürur hissi ilə bəli, mən Zülfü Hacıyevin qızıyam deyirəm. Hər zaman atam haqqındakı xoş xatirələri eşitmək bir övlad kimi  məni qürurlandırır. 
Bilirsiniz ki, Zülfü Hacıyev Azərbaycanda dövlətçiliyin inkişafı və quruculuq sahəsində böyük işlər görüb.
Sumqayıt şəhərində mədəniyyət ocaqları, Kimyaçılar Mədəniyyət Sarayı, şahmat məktəbi,təhsil müəssələrində fəaliyyət göstərən 56 bağçadan 38-i, 50 orta təhsil məktəblərindən 37-i,hündürmərtəbəli binalar, tibb ocaqları, xəstəxana və uşaq polikilinikaları, “Arzu” və “Aygün” şadlıq evləri atamın təşkilatçılığı ilə tikilib, istifadəyə verilmişdir. Şəhər sakinləri üçün xeyir-şər evlərinin tikintisi də atamın quruculuq işlərindən biridir. Şəhərimizin böyük və geniş küçələrinin memarlığını şəxsən özü edib.
Şəhərimizin loqosunu özündə ehtiva edən sülh simvolu olan "Göyərçin" abidəsinin də qurulması layihəsinin,  Almaniya Federativ Respublikasında hazırlanıb, gətirilməsi də atamın adıyla bağlıdı.
Mən çox xoşbəxtəm ki,bu gün onun qurub-yaratdığı bir şəhərdə yaşayır, fəaliyyət göstərirəm. Sumqayıtın hər küçəsində, hər mədəniyyət ocağında, təhsil sektorunda izi qalan Vətən Sevdası ilə ən ali ucalığa, Şəhadətə ucalmış Zülfü Hacıyevin adı şəhərimizdə əbədiləşdirilmişdir.
Sumqayıtda on dörd il işlədiyi trestdə, tikdirdiyi   otuz yeddi məktəbdən birinə ( 17 saylı tam orta məktəb),saldırdığı ən geniş, işıqlı, yaraşıqlı küçələrdən dördünə Zülfü Saleh oğlu Hacıyevin adı verilib.
Gəncə şəhərində küçələrdən biri, Sabirabad rayonunda 7 saylı tam orta məktəb də onun adını daşıyır.
Hətta, 1982- ci ildə istehsal olunan gəmi ( IMO N-7912161) Zülfü Hacıyevin adı altında sularda üzür.


- Son olaraq uca tanrı yenidən atanızı sizinlə qarşılaşdrsaydı ona nə deyərdiniz? Yəqinki, ürəyinizdə Zülfü müəllimə deyə bilmədiyiniz sözlər var? 

- Həqiqəti deyirəm əgər illər sonra qəfil o böyük insanla görüşümüz mümkün olsaydı, o an nəfəsim tutulardı. Atamı nə zamansa itirəcəyimi heç vaxt düşünməzdim. Bütün gəncliyimiz,cavanlığımız, həyatımızın nəşəsi atamla getdi. . Öz həyatı da yarım qaldı, bizimki də…

Söhbətləsdi:
Mehriban Nəcəf








20-11-2024, 19:24 356

Digər xəbərlər

Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs ölüb

Sumqayıtda əl qumbarası tapılıb

Hakan Fidan və İbrahim Kalın Suriyada səfərdədir

SSRİ-də dəhşətli atom sınağı - 45 min hərbçi cəlb edilib, zabitlərin beşdə üçü ölüb

Sumqayıtda binanın birinci mərtəbəsində daşıyıcı sütunlar dağıdılb - SAKİNLƏR ŞOKDA-VİDEO

Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR

Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

Sumqayıt Məhkəməsi 700 minlik cinayət törədən bağça müdiri ilə bağlı qərar verdi

Avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb

Məhkəmə Riad Rəfiyevin jurnalistlərə qarşı iddiasını icraata götürməyib

Sumqayıtın bu ərazilərində böyük söküntü olacaq - Tarix və kompensasiya

Nasistlər üçün vuruşan xain qəhrəman – Onu sovet dövləti də təltif edib, almanlar da

Bakı-Sumqayıt yolunda tıxacın HƏLL YOLU – “Hazır layihə var”

Bu universitetədə oxuyan tələbələrin gediş-gəlişi rahatlaşacaq — AÇIQLAMA

“Sumqayıt”ın gən futbolçusu üçün əlamətdar oyun

Deputat Bəşər Əsədlə görüşündən danışdı: "Bizə suallar vermişdi" - FOTO

Coratda ərini öldürən qadınla bağlı məhkəməyə müraciət edildi

Rusiyaya sığınan liderlər və onların taleyi – Korvalandan Əsədə qədər

Sumqayıtda 41 yaşlı kişi dələduzluqla 20000 ABŞ dollarını ələ keçirdi

Sumqayıtda yolu keçən piyadanı avtomobil vuraraq öldürüb

1 2 3 4 5 6 7 8 9 10 ... 908
Dünən, 20:20
Dünən, 18:03
Dünən, 17:57
Dünən, 17:55
Dünən, 17:00
Dünən, 16:55
Dünən, 16:51
Dünən, 16:46
Dünən, 16:41
Dünən, 16:39
11-12-2024, 17:50
11-12-2024, 17:14
11-12-2024, 15:45
11-12-2024, 15:41
11-12-2024, 15:36
10-12-2024, 23:28
10-12-2024, 14:09
10-12-2024, 14:01
10-12-2024, 12:52
10-12-2024, 11:12
10-12-2024, 11:08
9-12-2024, 22:08
9-12-2024, 20:13
9-12-2024, 18:52
9-12-2024, 14:37
9-12-2024, 14:07
9-12-2024, 13:58
9-12-2024, 13:55
9-12-2024, 13:53
9-12-2024, 13:50
9-12-2024, 12:47
7-12-2024, 13:00
7-12-2024, 08:09
7-12-2024, 07:48
6-12-2024, 15:38
6-12-2024, 15:35
6-12-2024, 14:40
6-12-2024, 13:08
6-12-2024, 13:00
6-12-2024, 12:57
1 2 3 4 5 6 7 8 9 10 ... 908