Sumqayıtda Beynəlxalq Müəllimlər Günü qeyd olundu


Sumqayıt şəhərində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təntənəli tədbir keçirilib. Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e. professor Əminağa Sadıqov, ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, şəhərin təhsil ictimaiyyəti, pedaqoqlar və qonaqlar iştirak ediblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təhsil işçilərini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onların gənc nəslin formalaşmasında göstərdikləri əvəzsiz xidmətləri yüksək qiymətləndirib. Şəhər rəhbəri son illərdə ölkəmizdə elmin və təhsilin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlardan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Vurğulanıb ki, həyata keçirilən dövlət proqramları nəticəsində ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi, müasir tipli məktəblərin tikintisi təhsil keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir. Sumqayıtda son illərdə inşa edilən və əsaslı şəkildə yenidən qurulan məktəblər bu siyasətin bariz nümunəsidir.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva çıxışında müəllimlərin cəmiyyətin mənəvi sütunu olduğunu, onların şagirdlərə yalnız bilik deyil, həm də vətənpərvərlik, mənəviyyat və məsuliyyət hissi aşıladığını diqqətə çatdırıb. O qeyd edib ki, təhsil sahəsində əldə edilən uğurlar müəllimlərin fədakar əməyinin və dövlətin bu sahəyə göstərdiyi qayğının nəticəsidir.

Tədbirdə həmçinin ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə də çıxış edib. O, müəllim peşəsinin hər zaman yüksək hörmətə layiq olduğunu vurğulayıb, müəllimlərin cəmiyyətin inkişafındakı rolundan danışıb.

Sonda çıxış edən təhsil işçiləri yaradılan imkanlardan səmərəli istifadə edərək ölkəmizin gələcək inkişafı üçün bilikli, savadlı və vətəninə sadiq gənclər yetişdirmək üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

Tədbirin sonunda təhsilin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup müəllimə fəxri fərman və təşəkkürnamələr təqdim olunub.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

4-10-2025, 14:32 138

Digər xəbərlər

Sumqayit.tv-in işıqlandırdığı problem qısa müddətdə aradan qaldırıldı-FOTO-VİDEO

Sumqayıtlı abituriyent: "Bu qədər yüksək bal toplayacağımı gözləmirdim"

Premyer Liqada yeni mövsümün püşkü atıldı: Sumqayıt ilk turda bu komanda ilə qarşılaşacaq

Sumqayıt" Abdul Raşid Mumini ilə yollarını ayırdı

Sumqayıtda sərnişindaşıma problemləri: Köhnə sistem yeni şəhərin tələblərinə cavab verirmi?

Sumqayıtda kanalizasiya suları obyektləri basdı – Sahibkarlar çətin vəziyyətdə qaldı-FOTO

Sumqayıt Kimya Sənaye Parkının rezident şirkətində rəhbər dəyişdi

Saray bağları istiqamətində köhnə avtobuslar sakinlərin narazılığına səbəb olur

Sumqayıtlı abituriyentlər qəbul imtahanında yüksək nəticə göstərdilər

Sumqayıtda Çerkassi küçəsində yol problemi: Sakinlər narahatdır-VİDEO

İki övladını böyüdə-böyüdə 90,5 bal topladı – SDU məzununun uğur hekayəsi

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

SDU tələbələri beynəlxalq IT proqramını uğurla başa vurdu

Sumqayıtda bu kollecə tələbə tapılmadı – Onlarla yer boş qaldı

Sabahın hava proqnozu açıqlandı: Bəzi bölgələrdə leysan və dolu gözlənilir

Nizami küçəsində acınacaqlı mənzərə: Sakinlər təmir gözləyir

Sumqayıtda avrokubok həyəcanı davam edəcək

Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi – Video

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycana yeni səfirini qəbul edib

Qaz ödənişlərində yenilik

1 2 3 4 5 6 7 8 9 10 ... 1083
Dünən, 21:03
Dünən, 13:51
Dünən, 13:45
Dünən, 12:47
Dünən, 12:38
Dünən, 00:39
17-07-2026, 21:08
17-07-2026, 20:28
17-07-2026, 18:47
17-07-2026, 16:55
17-07-2026, 15:44
17-07-2026, 14:32
17-07-2026, 14:00
17-07-2026, 13:58
17-07-2026, 12:55
17-07-2026, 12:22
17-07-2026, 12:21
17-07-2026, 12:19
17-07-2026, 12:13
17-07-2026, 11:10
16-07-2026, 22:17
16-07-2026, 20:16
16-07-2026, 17:07
16-07-2026, 16:37
16-07-2026, 15:13
16-07-2026, 14:50
16-07-2026, 14:32
16-07-2026, 14:05
16-07-2026, 13:15
16-07-2026, 13:12
16-07-2026, 12:14
16-07-2026, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
1 2 3 4 5 6 7 8 9 10 ... 1083