Zakir Fərəcov Sumqayıtda elektrik avtobusu istehsal edən zavodda olub

 Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən “Azerbaijan Energy Automotive Factory” MMC-də olub, müəssisənin fəaliyyəti və istehsal prosesi ilə yaxından tanış olub.

Ziyarət zamanı bildirilib ki, müəssisə tərəfindən artıq ilk elektrik avtobusu istehsal edilib və bu avtobus “BakuBus” MMC-yə təqdim olunub. Zavodda istehsal edilən avtobuslar ekoloji baxımdan təmiz, enerjiyə qənaətcil və müasir texnoloji standartlara cavab verir.

Məlumat verilib ki, “Azerbaijan Energy Automotive Factory” Sumqayıt Sənaye Parkının rezidenti kimi fəaliyyət göstərir və layihə Azərbaycanın yaşıl enerji və yaşıl nəqliyyat siyasətinin tərkib hissəsidir. Müəssisə Çinin “BYD Company Limited” şirkəti və “SARDA Group”un birgə təşəbbüsü ilə yaradılıb.

Zakir Fərəcov müəssisədə yaradılan şərait, tətbiq edilən müasir texnologiyalar və istehsal potensialı ilə maraqlanıb, mühəndis və texniki heyətlə söhbətlər aparıb. O bildirib ki, belə layihələr Sumqayıtın sənaye potensialının artmasına, innovativ və ekoloji yönümlü istehsalın genişlənməsinə, eləcə də yeni iş yerlərinin açılmasına xidmət edir.

Qeyd olunub ki, yaxın dövrdə müəssisədə elektrik avtobuslarının müxtəlif modelləri ilə yanaşı, yük və kommunal nəqliyyat vasitələrinin də istehsalı planlaşdırılır.

Bu təşəbbüs, həmçinin Azərbaycan-Çin əməkdaşlığının uğurlu nəticələrindən biri kimi ölkəmizin regionda ekoloji təmiz və dayanıqlı nəqliyyat sahəsində mövqeyini daha da möhkəmləndirəcək.

 

 

7-10-2025, 22:29 179

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102