Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

 16 oktyabr 2025-ci il tarixində Qərbin Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin gəncləri İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində qonaq olublar.
Sumqayit.tv xəbər verir ki, tədbiri giriş sözü ilə Peşə Təhsil Mərkəzinin nümayəndəsi Anar Nəcəfzadə açaraq tədris prosesi və Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. Daha sonra Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin gənclər şurasının sədri Fuad Məmmədov , eləcə də gənc elçilər Gülçin Qasımova , Gülnar Zeynalova və Məleykə Xankişiyeva çıxış ediblər.
Qonaqlar əvvəlcə Mərkəzin maddi-texniki bazası, tədris şəraiti və tələbələrin peşə hazırlığı ilə yaxından tanış olublar. Ardınca tələbələr üçün “Müstəqilliyə Gedən Yol” adlı seminar təşkil edilib.
Seminarda Qərbi Azərbaycanın tarixi, xalqımızın üzləşdiyi deportasiyalar və doğma yurdlarından məhrum edilən azərbaycanlıların taleyi barədə geniş məlumat verilib. Çıxışçılar tarixi yaddaşın qorunması, milli kimliyin möhkəmləndirilməsi və vətənə bağlılıq ruhunun aşılanmasının əhəmiyyətini vurğulayıblar.
Çıxış edən Fuad Məmmədov tələbələrə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin və Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılovun salamlarını çatdırıb, qərbi azərbaycanlıların Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma yurdlarına qayıdış arzusu ilə yaşadıqlarını qeyd edib. O, həmçinin Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən məsuliyyətdən danışıb.
Daha sonra Ləman Mərdanova “Suverenlik və Konstitusiya” mövzusunda çıxış edərək dövlət müstəqilliyimizin hüquqi əsasları barədə tələbələrə məlumat verib.
Görüşün sonunda tələbələr və müəllim heyəti qonaqlara müxtəlif suallar ünvanlayıb. Səmimi və maraqlı müzakirə şəraitində keçən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

 

 

 

 

 

 

18-10-2025, 08:36 134

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086