Sumqayıtda köşk narazılığı: Sakinlər Milli Məclis sədrinə müraciət etdilər - FOTO

 Sumqayıtda yenidən ictimai narazılıq doğuran vəziyyət yaşanır. Şəhərin 21-ci məhəlləsində, bina 2/11-in qarşısında yerləşdirilən ticarət köşkü yerli sakinlərin ciddi narazılığına səbəb olub.

Sakinlərin “Sumqayit.tv”- yə bildirdiyinə görə, həmin köşk əvvəllər 5-ci məhəllədə, “Ağ Ev” kimi tanınan binanın qarşısında quraşdırılmış, lakin şikayətlərdən sonra oradan götürülmüşdü. Buna baxmayaraq, köşk bu dəfə 21-ci məhəlləyə gətirilib və yaşayış binasının qarşısında yerləşdirilib.

Sakinlər hesab edirlər ki, bu cür obyektlərin yaşayış binalarının qarşısına, xüsusilə də memarlıq baxımından dəyəri olan ərazilərə qoyulması şəhərin ümumi görkəmini korlayır və piyadaların hərəkətinə mane olur.

Onlar bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, cavab verilməyib və heç bir tədbir görülməyib. Artıq sakinlər Milli Məclisin sədri Sahibə Qafarovaya da rəsmi məktubla müraciət ediblər.

Sakinlər ümid edirlər ki, bu dəfə məsələ diqqətdən kənarda qalmayacaq və Sumqayıtın şəhərsalma qaydalarına zidd olan bu hal aradan qaldırılacaq.

Qeyd edək ki, son aylarda Sumqayıtda ictimai yerlərin, xüsusən də yaşayış binalarının qarşısında ticarət köşklərinin quraşdırılması ilə bağlı şikayətlər artıb. Şəhər sakinləri məsələ ilə bağlı operativ tədbir görülməsini və şəhərin estetik görünüşünün qorunmasını tələb edirlər.

 

 

6-10-2025, 17:09 119

Digər xəbərlər

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1041