Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

 "Düşənbə görüşündə Əliyevin AZAL-ın təyyarəsinin vurulması ilə bağlı tələblərini qəbul edən Putinin bunu daha öncə etməməsi Zəngəzur dəhlizi ətrafında baş verən mübarizədən qaynaqlanırdı".

Sumqayit.tv xəbər verir ki, bu fikri politoloq Asif Nərimanlı sosial şəbəkədə yazıb. Politoloq qeyd edib ki, mübarizə Rusiyanın əleyhinə yekunlaşdı, hərçənd, Moskva hələ də iki manevr imkanının qaldığını düşünür:

"Birincisi, az ehtimal olsa da, TRİPP layihəsinin praktiki müstəvidə icrasına qədər vəziyyəti dəyişmək ümididir: Ermənistan seçkilərində fors-major situasiyanın yarana biləcəyi, yaxud geosiyasi müstəvidə şərtlərin qəfil dəyişməsi (irreal görünsə də) imkanlarını dəyərləndirir və buna görə təzyiq xəttini “yaxşı polis” rolu ilə əvəzləyir; bu irreal situasiya gerçək olarsa belə, Bakı üçün Naxçıvana maneəsiz keçid imkanı dəyişməyəcək, dəyişən yalnız dəhlizdə iştirakçılar ola bilər;

İkincisi, TRİPP layihəsinə - ABŞ-ın Cənubi Qafqaza daxil olmasına, eləcə də Orta Dəhlizdə möhkəmlənmək istəklərinə loyal münasibəti geosiyasi “bazarlıq” kimi istifadə etmək istəyir;
Bu manevrlərin dəyərləndirilməsi fonunda Azərbaycanla münasibətlər Rusiya üçün məğlub olduğu prosesdən daha az zərərlə çıxmaq üçün əhəmiyyətlidir. Moskva Bakı ilə münasibətlərin bərpası üzərindən regonda güc balansının kəskin dəyişməsinə imkan verməmək və Şimal-Cənub nəqliyyat layihəsinin inkişafı ilə kommunikasiyaların açılışından kənarda qalmamağa çalışır".

Politoloq bildirib ki, Rusiyanı Azərbaycanın tələblərini indi qəbul etməyə vadar edən bu səbəblərlə yanaşı, rəsmi Bakının geri çəkilməməsi – Prezident İlham Əliyevin prinsipiallığı həlledici rol oynadı. Belə demək mümkünsə, Putin Əliyevin “bükə bilmədiyi əlini sıxmaq məcburiyyətində qaldı”. Bu, həm də Moskvanın Bakının strateji gedişi qarşısında təslim olmasıdır: 44 günlük müharibədən sonra Rusiyadan Qərbə (ABŞ və Fransa) qarşı istifadən edən və istədiyinə nail olan Əliyev indi Zəngəzur dəhlizində Moskva qarşısında Vaşinqtondan istifadə etməklə hədəfinə çatır".

10-10-2025, 10:21 254

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102