
Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.Sumqayit.tv-in məlumatına görə, hadisə şəhərin 1-ci məhəlləsində yerləşən, 2000-ci il təvəllüdlü Cəbiyev Abdulla Valid oğluna məxsus çay evində qeydə alınıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb. Hadisənin səbəbləri araşdırılır. //Report