Meyxanaçı Ələkbər Yasamallı həmkarı, dostu Rəşad Dağlının bibisi oğlu İskəndər Mehtiyevi öldürməsi hadisəsindən sonra ilk dəfə açıqlama yayıb.Sumqayit.tv xəbər verir ki, o, son günlər mediada səhhətinin yaxşı olmadığı iddiaların aydınlıq gətirib. Ələkbər deyib ki, sağlamlığı ilə bağlı bir problem yoxdur:
"Azərbaycandayam, heç bir problem yoxdur, hər şey şükürlər olsun ki, yaxşıdır. Bu postu paylaşmaqda məqsədim odur ki, bütün doğmalarım, yaxınlarım, məni sevənlər, mənə dəyər verənlər bilsinlər ki, hər şey yaxşıdır, narahatlığa heç bir səbəb yoxdur, hər şey qaydasındadır. O yalan məlumat paylaşan şəxslər də düşüncəsiz insanlardır. İnsan addım atanda gərək fikirləşsin ki, hansısa bir yalan məlumata görə, yaxınlarım, doğmalarım narahat olur və nigaran qalırlar. Doğmalarıma deyirəm ki, hər şey yaxşıdır. Haqqımda yalan məlumatlar paylaşan səhifə adminlərindən tələb edirəm ki, onları siləsiniz. Bakıdayam! Allah hər kəsə xoş günlər nəsib eləsin. Var olun, sağ olun".