"Uşaqlarımın üstünə yad ata gətirmərəm, amma özüm..." - VİDEO
Müğənni Nəfəs Arb televiziyasında yayımlanan "Maqazin plus" verilişində şəxsi həyatından danışıb. Sumqayit.tv xəbər verir ki, Nəfəs bu sözləri deyib: "Ana kimi xoşbəxtəm. Çünki iki gözəl balam var. Mən onlarla doğrudan da xoşbəxtəm. Yaxşı ki, Allah onları mənə verib, zamanında, yaxud zamansız, bilmirəm. Müğənni kimi də xoşbəxtəm. Hələ qadın kimi tam xoşbəxtlik tapmamışam. Qismət... Amma özümü xoşbəxt etməyə çalışıram". İfaçı sevgi təklifləri aldığını deyib: "Təkliflər çoxdur. Həqiqətən ürəyimin sahibini görsəm, deyəcəm ki, sevgilimdir. Ailə qurmaq istəmirəm, özüm boyda uşaqlarım var. Onların üstünə heç vaxt başqa ata gətirmərəm. Amma sevgisiz də qalmaram".