Cavanşir Quliyevlə ÖZƏL söhbət: “İnsanların çiyinləri biraz düzəldir” - VİDEO
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin professoru, bəstəkar Cavanşir Quliyev ölkəmizin 2-ci Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbə münasibətilə “Zirvə” əsərini yazıb. Müstəqil Azərbaycanın ilk hərbi marşının müəllifi olan bəstəkar bildirib ki, sözləri Aydan Xəndana aid olan yeni əsər artıq Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasına təqdim olunub. Publika.azbəstəkarla videomüsahibədən maraqlı məqamları təqdim edir: