Qalib marşal və generallara qarşı “qənimət işi” – Jukovun evində aparılan axtarışda nələr çıxıb...



Bütün dövrlərdə və bütün ölkələrdə hakim dairələrdə münasibətlərin tənzimlənməsi ən mürəkkəb məsələlərdən biri sayılıb. 70 illik mövcudluğu dövründə SSRİ-də də bu problem yaşanıb. Siyasi qruplaşmalar, fikir ayrılıqları, hakimiyyətə gəlmək cəhdləri kifayət qədər böyük gərginliklərlə müşayiət olunub. İosif Stalinin hakimiyyəti dövründə isə Kreml məmurları ilə yüksək vəzifəli hərbçilər arasında soyuq münasibətlər hökm sürüb. Faktlar bir daha sübut edir ki, Stalin heç vaxt yüksəkçinli hərbçilərə etibar etməyib. Hətta özünə yaxın silahdaş saydığı, dost münasibətində olduğu general və marşallara qarşı zaman-zaman sərt münasibət sərgiləyib.
Hələ 1930-cu illərdən başlayaraq Stalin marşal Semyon Budyonnının mənzilində və iş kabinetində gizli səsyazan qurğular quraşdırılması haqqında göstəriş verib, marşal Kliment Voroşilovun bütün hərəkət marşrutu izlənilib, marşal Semyon Timoşenkonun fəaliyyəti gizli şəkildə nəzarətə götürülüb, marşal Georgi Jukovun hərbi fəaliyyətindəki bütün epizodlar diqqətlə öyrəlinib və s.
1937-1938-ci illərdə repressiya zamanı Stalin hərbi elitanı da yaddan çıxarmayıb. SSRİ-nin ilk marşalları olan Vasili Blüxer və Mixail Tuxaçevskinin, onlara yaxın olan yüksək rütbəli hərbçilərin “antisovet” fəaliyyətdə ittiham olunaraq güllələnməsi bir fakt olaraq Kremlin hərbçilərə sərt mövqeyini sübut edib.
Müharibədən sonrakı dövrdə də bu “ənənə” davam edib. Yüksək vəzifəli hərbçilərin böyük nüfuz qazanması, xalq arasında söz sahiblərinə çevrilməsi Kremldə ciddi narahatlıq yaradıb. Jukov, Rokossovski, Vasilevski, Budyonnı, Konyev, Novikov və digər sərkərdələrə olan inam, etimad, sevgi dövlət məmurlarının fəaliyyətinə gölgə salıb. Kreml kabinetlərində yüksəkçinli hərbçilərin istədikləri vaxt dövlət çevrilişi etmək, hərbi diktatura yaratmaq imkanında olmaqları ilə bağlı da söz-söhbət səngiməyib. Bunları nəzərə alan Stalin generalların “fəaliyyətinin” qarşısını almaq üçün ciddi tədbirlər görməyi vacib və zəruri sayıb. Elə bu məqsədlə də 1946-1948-ci illərdə Stalinin göstərişi ilə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi tərəfindən “general işi” adı altında araşdırmalar aparılıb. Bu işə rəhbərlik isə sərtliyi və amansızlığı ilə fərqlənən dövlət təhlükəsizliyi naziri Viktor Abakumova həvalə olunub.
“General işi” bir çox mənbələrdə “qənimət işi” kimi də qeyd olunub. Belə ki, bu işlə bağlı araşdırmalarda generalların qələbədən sonra Almaniyada əldə etdikləri qənimətlərin Moskvaya daşımaları da əsas götürülüb. Stalinin imzaladığı qərarla hər bir sıravi döyüşçü əsgər ayda bir dəfə 5 kiloqram çəkisində, orta və böyük zabit heyəti 10, ali zabit heyəti isə 16 kiloqram çəkidə əldə edilmiş qənimətlərdən öz ailələrinə göndərmək icazəsi verilib. Qiymətli qaş-daş və zinət əşyalarının, silahların və antikvar əşyaların qənimət kimi götürülməsinə qərarda icazə verilməyib. Mövcud qarışıq vəziyyətdə qərarın icrasına tam nəzarət etmək mümkün olmayıb. Qərarda göstərilən məhdudiyyətlərə məhəl qoyulmayıb, xüsusilə hərbi vəzifəlilər Moskvadakı ünvanlarına vaqonlarla əşyalar daşınıb.
“General işi” ilə bağlı araşdırmalarda Abakumovun təqdimatı və Stalinin göstərişi ilə onlarlala general haqqında toplanmış materiallar SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına ötürülüb. General-leytenan Vasili Terentyev, general-leytenant Konstantin Teleqin, general-leytenant Vladimir Kryukov, general-leytenant Leonid Minyuk, general-mayor Aleksey Sidnev, general-mayor Qriqori Bejanov, general-mayor Sergey Klepov həbs edilərək 10 ildən 25 il müddətinə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Marşal Qriqori Kulik, general-polkovnik Vasili Qordov, general-mayor Filip Rıbalçenko isə ən ağır cəzaya, güllələnməyə məhkum olunublar.
“General işi”nin əsas hədəflərindən biri marşal Georgi Jukov olub. Marşalın hərbi fəaliyyəti ilə bağlı heç bir ittiham irəli sürmək mümkün olmadığından, onu qanunsuz qənimətlərin əldə edilməsində günahkar sayıblar. Jukovun mənzilində və bağ evində aparılan axtarışa şəxsən Viktor Abakumov rəhbərlik edib. Bir neçə gün davam edən axtarış tədbirlərindən sonra Abakumovun imzası ilə protokol tərtib olunub. Stalinə təqdim olunan protokolda marşalın mənzilində və bağında aşkar edilmiş əşyaların adı göstərilib:
1. Yun, ipək və digər qiymətli parçalar – 4 min metr
2. Xəz məmulatları – 323 ədəd
3. Təbii dəri – 35 ədəd
4. Böyük ölçülü qədimi xalçalar – 44 ədəd
5. Böyük ölçülü və qiymətli çərçivələrə salınan klassik rəsm əsərləri – 55 ədəd
6. Farfor və xrustaldan olan serviz və qab-qacaqlar – 7 qutu
7. Gümüşdən olan çəngəl və bıçaq qarniturları – 2 qutu
8. Alman istehsalı olan tüfəng və tapançalar – 20 ədəd
9. Qızıl və zinət əşyaları – 134 ədəd
Bunlardan başqa, Jukovun mənzilində və bağında, bütün otaqlarda, hətta mətbəxlərdə belə xaricdə istehsal olunmuş bahalı mebellərin olması da protokolda qeyd olunub.
Əslində Abakumov bu zənginliyin içərisində başqa şeylər axtarıb, məxfi sənədlər, gələcək planlar haqqında qeydlər, Stalinin əleyhinə yazılan yazılar və s. Amma onun bu istiqamətdəki axtarışı nəticəsiz qalıb.
Jukov Hərbi Şurada axtarış zamanı aşkar olunan əşyaların bir qisminin hədiyyə, digər qisminin isə şəxsi pulu ilə aldığını söyləsə də, marşalın söylədiyi həqiqətlərə, yaxud da bəhanələrə inanan olmayıb. “General işi”nin son nəticəsi olaraq Jukov tutduğu vəzifələrdən azad olunaraq Moskvadan uzaqlaşdırılıb.
Müharibədən sonrakı dövrdə Stalinin “General işi” kampaniyasına start verməsi gözlənilməz olub. Ən azı ona görə ki, adları çəkilən və çəkilməyən yüksək rütbəli hərbçilərin böyük qələbənin təmin edilməsində danılmaz və böyük rolları olub və Stalin dəfələrlə bu faktı özü də etiraf edib. Tarixçilər Stalinin bu addımını siyasi fəaliyyətində ən ədalətsiz addım kimi qiymətləndiriblər və onun 1945-ci ilin may ayında Kremldə qələbənin şərəfinə keçirilən ziyafətdə generalların şərəfinə söylədiyi tostun qeyri-səmimi olduğunu söyləyiblər...
İlham Cəmiloğlu












22-09-2022, 16:15 309

Digər xəbərlər

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

Sumqayıtda yol qəzası: Mercedes və Kia Rio toqquşdu - FOTO

640 balla Tibb Universitetinə qəbul olan Aylin Tağıyeva – Sumqayıtın yetirməsi - FOTO

Sumqayıtda məskunlaşan və səs yazısı yayılan köçkün ailəsinə Biləsuvardan mənzil təqdim olundu

TƏBİB-in təşəbbüsü ilə Sumqayıt Tibb Mərkəzində nadir dəri xəstəlikləri üzrə təlim keçirilib - FOTO

Sumqayıt çimərliklərində hava 27 dərəcə isti olacaq

1 2 3 4 5 6 7 8 9 10 ... 961
Bu gün, 13:43
Bu gün, 13:22
Bu gün, 12:02
Dünən, 14:43
Dünən, 13:28
Dünən, 13:20
Dünən, 11:38
Dünən, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
19-08-2025, 20:46
19-08-2025, 18:37
19-08-2025, 18:21
19-08-2025, 16:09
19-08-2025, 08:17
1 2 3 4 5 6 7 8 9 10 ... 961