Sumqayıtda hərbi qulluqçuya verilən ev niyə geri alınır?

 
Sumqayıtda ehtiyatda olan mayorun yaşadığı mənzillə bağlı hüquqi mübahisə yaranıb. Belə ki, o, uzun illər yaşadığı mənzildən çıxarılır. Hazırda məsələ məhkəmədədir.

Sumqayit.tv xəbəe verir ki, Demokrat.az-a daxil olan şikayətə əsasən, ehtiyatda olan mayor Nazim Mustafayevə 1991-ci ildə Müdafiə Nazirliyinin mənzil fondundan Sumqayıt şəhərində ikiotaqlı mənzil verilib. 2009-cu ildə ailə üzvlərinin sayının çox olması ilə əlaqədar Nazim Mustafayev rəsmi qaydada müraciət edərək mövcud mənzilin ailəsi üçün kifayət etmədiyini bildirib. Müraciət nəzərə alınaraq ona ikiotaqlı mənzil əvəzinə üçotaqlı mənzil təqdim edilib. Hazırda o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F. Qayıbov küçəsi, ev 29 ünvanında yaşayır. Qeyd olunan mənzil ona kirayə müqaviləsi əsasında verilib.

Nazim Mustafayev 2002-ci il iyulun 30-da hərbi xidmətdən azad olunaraq, mayor rütbəsində ehtiyyata buraxılıb. Hazırda ehtiyatda olan mayor kimi dövlət tərəfindən təqaüd alır. 

Onun sözlərinə görə, ötən ilin oktyabrın 15-də müvafiq qurumun nümayəndəsi mənzilə gələrək, burada qeyri-qanuni yaşadığını bildirib və evi tərk etməsi tələb olunub.

Məsələ ilə bağlı Sumqayıt Məhkəməsinin qərarı ilə Nazim Mustafayev mülki şəxs kimi tanınıb. 

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsinin qərarı absurddur. Belə ki, qərara əsasən, yalnız Nazim Mustafayev mənzildən çıxarılır, ailə üzvlərinin isə mənzildə qalmasına icazə verilir. Hazırda həmin qərar rəsmi şəkildə dərc olunmayıb və tərəf qərarın surətini gözləyir.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Anar Eyvazov sorğumuza cavab olaraq bildirdi ki, məsələyə dair dəqiq mövqenin açıqlanması üçün ikinci instansiya məhkəməsinin qərarının surəti təqdim olunmalıdır.



Hüquqşünas Rəşad Əliyevin sözlərinə görə, bu halın qanunvericiliyə uyğunluğu Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Hərbi qulluqçuların statusu haqqında” Qanun prizmasından qiymətləndirilməlidir:

“Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kəs məhkəmə qərarı olmadan əmlakından məhrum edilə bilməz. Dövlət tərəfindən verilmiş mənzil də, əgər qanuni əsasla şəxsin mülkiyyətinə keçmişdirsə, bu hüquqi qoruma altındadır. Dövlət orqanı həmin əmlakı özbaşına geri ala bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə görə, yaşayış sahəsinin alınması yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür. Bu hallar əsasən, mənzilin qanunsuz əldə edilməsi, sənədlərin saxtalaşdırılması, mülkiyyət hüququnun qanun pozuntusu ilə rəsmiləşdirilməsi və ya ictimai ehtiyaclar üçün məhkəmə qərarı əsasında özgəninkiləşdirməkdir. Qanuni əsaslar olmadan dövlətin verdiyi evi geri alması yolverilməzdir. Məsələyə xüsusi yanaşma “Hərbi qulluqçuların statusu haqqında” Qanun çərçivəsində tələb olunur.  Əgər 1991-ci ildə verilmiş ev xidmət mənzili statusunda olubsa, bu halda hərbi qulluqçu ehtiyata və ya istefaya buraxıldıqdan, yaxud dövlət tərəfindən başqa yaşayış sahəsi ilə təmin edildikdən sonra həmin mənzili boşaltmaq öhdəliyi yarana bilər”. 



O deyib ki, bu halda evin geri alınması hüquqi baxımdan əsaslı sayılır:

“Lakin əgər həmin ev müvafiq qərar əsasında şəxsin mülkiyyətinə verilmiş, çıxarış və ya digər hüquqtəsdiqedici sənədlərlə rəsmiləşdirilmişdirsə, bu zaman dövlətin evi geri tələb etməsi yalnız məhkəmə qaydasında və ciddi hüquqi əsaslar olduqda mümkündür. Sadəcə inzibati qərar və ya idarəetmə aktı ilə mülkiyyət hüququ ləğv edilə bilməz. 

Xüsusilə nəzərə alınmalıdır ki, 1991-ci il sovet dövründən keçid mərhələsinə təsadüf etdiyindən, həmin dövrdə verilmiş mənzillərin hüquqi statusu verilmə qərarının məzmunundan, təyinatından və sonradan özəlləşdirilib-özəlləşdirilməməsindən asılı olaraq qiymətləndirilməlidir. Əgər ev sonradan özəlləşdirilibsə və ya mülkiyyət hüququ tanınıbsa, geri alınma faktiki olaraq qanunsuz hesab edilə bilər”.












7-01-2026, 17:43 46

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041