Sumqayıtda qışın ortasında qazsız həyat: uşaqlar, xəstələr və susan qurum - ŞİKAYƏT

 
Sumqayıt şəhəri, Saray bağları, Qurd dərəsi massivi, Sülh küçəsi (7–8-ci dayanacaq arası) ərazisində yaşayan bir qrup sakin artıq bir aydan çoxdur qazsız qalıb.
Məsələ ilə bağlı Hüseynova Sevinc tərəfindən Sumqayit.tv redaksiyasına rəsmi müraciət daxil olub.

Şikayətdə bildirilir ki, qeyd olunan ərazidə ümumilikdə 20 yaşayış evi mövcuddur. Həmin evlərdən 15-nə zəif də olsa qaz verildiyi halda, eyni qaz xətti üzərində yerləşən 5 yaşayış evinə 2025-ci ilin dekabr ayının əvvəlindən etibarən ümumiyyətlə qaz verilmir. Qazın kəsilməsi ilə bağlı abonentlərə hər hansı rəsmi, hüquqi və ya texniki əsaslandırma təqdim olunmayıb. Halbuki ötən il ərzində həmin ərazidə qazla bağlı problem olmayıb və xəttin işlək olduğu digər abonentlərə qaz verilməsi bunun açıq sübutudur.

Müraciətdə xüsusi olaraq qeyd olunur ki, qazsız qalan 5 yaşayış evinin heç birinin qaz borcu yoxdur, ödənişlər ardıcıl və vaxtında həyata keçirilib. Buna baxmayaraq, konkret olaraq bu evlərin qazsız saxlanılması sakinlər tərəfindən seçici yanaşma və ayrı-seçkilik kimi qiymətləndirilir.

Hüseynova Sevinc bildirir ki, məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyinin 104 qaynar xəttinə dəfələrlə müraciət edilib. Hər müraciət zamanı “qeydə alındı”, “nümayəndə baxacaq”, “reyd aparılır” kimi cavablar verilsə də, real nəticə olmayıb. Son müraciət 07 yanvar 2026-cı il tarixində saat 09:15-dən əvvəl edilib, lakin gecə saatlarına qədər qaz təchizatı bərpa olunmayıb.

Şikayətçi vurğulayır ki, qazsız qalan evlərdə daimi yaşayış mövcuddur, ağır xəstələr, o cümlədən infarkt keçirmiş şəxslər və azyaşlı uşaqlar var. Qış mövsümündə evlərin qızdırılmaması isə insan sağlamlığı və həyatı üçün real təhlükə yaradır. O da qeyd olunur ki, Hüseynova Sevinc dövlət işində çalışan şəxsdir və müəllim kimi fəaliyyət göstərir. Axşam saatlarında evə qayıtdıqda isə ən minimal yaşayış şəraitinin belə təmin olunmadığı bildirilir.

Redaksiyamıza daxil olan müraciətdə qazın dərhal və daimi bərpa olunması, Azəriqaz əməkdaşlarının və 104 operatorlarının hərəkət və hərəkətsizliyinə hüquqi qiymət verilməsi, seçici şəkildə qaz verilməsinin səbəblərinin rəsmi və yazılı formada izah edilməsi, aşkar edilən qanunsuzluqlara görə məsul şəxslər barəsində tədbir görülməsi tələb olunur. Bildirilir ki, məsələ həllini tapmayacağı təqdirdə, vətəndaş hüquqlarının bərpası üçün məhkəmə və digər yuxarı instansiyalara müraciət ediləcək.

Sumqayit.tv məsələni diqqətdə saxlayır və Azəriqaz İstehsalat Birliyinə sorğu ünvanlamışıq. Rəsmi mövqe bildirilən kimi dərc edəcəyik.


8-01-2026, 12:02 47

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Dünən, 20:20
Dünən, 18:15
Dünən, 17:02
Dünən, 16:56
Dünən, 16:42
Dünən, 16:31
Dünən, 14:48
Dünən, 12:43
Dünən, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005