Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

 

Azərbaycanda su təchizatı sahəsində mövcud problemlərin əsas səbəblərindən biri yüksək itkilərlə bağlıdır.
Sumqayit.tv xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üzrə Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bildirib.

Dövlət başçısı vurğulayıb ki, hazırda bu sahədə itkilər 40–45 faiz civarındadır və proqramın icrası nəticəsində bu göstərici kəskin şəkildə azaldılmalıdır. Onun sözlərinə görə, itkilər aşağı səviyyədə olsaydı, mövcud su ehtiyatları bu gün üçün kifayət edərdi. Prezident qeyd edib ki, əhalinin və sənayenin artması fonunda gələcək tələbat da nəzərə alınmalıdır.

Prezident İlham Əliyev bildirib ki, proqram çərçivəsində Sumqayıt şəhəri də daxil olmaqla Bakı və Abşeron yarımadasında su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. Dövlət Proqramının icrası nəticəsində 30-a yaxın yeni su anbarının tikintisi, 200 kilometrdən çox magistral kanalın və paylayıcı şəbəkələrin inşası və yenidən qurulması nəzərdə tutulur.

Dövlət başçısı həmçinin qeyd edib ki, hazırda fasiləsiz içməli su ilə təmin olunan əhalinin payı 70 faiz təşkil edir. Proqramın icrasından sonra bu göstəricinin 95 faizə çatdırılması planlaşdırılır. Bununla yanaşı, Sumqayıt şəhəri, Abşeron rayonu və 64 yaşayış məntəqəsində su təchizatının keyfiyyəti ciddi şəkildə yaxşılaşdırılacaq, sayğaclaşdırma isə 100 faiz səviyyəsinə çatdırılacaq.

Prezident əlavə edib ki, Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşdırılması və strateji infrastrukturun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


12-01-2026, 16:42 36

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041