Sumqayıtlı aktrisa 12 illik fasilədən sonra səhnəyə qayıdıb – ÖZƏL

 

Bakı Uşaq və Gənclər Teatrının aktrisası Əsmər Qurbanova Moderator.az-a verdiyi açıqlamada sənət yolundan, uzun fasilədən və Sumqayıt teatr təcrübəsindən danışıb.

O bildirib ki, Sumqayıt Dövlət Dram Teatrında 16 il çalışdıqdan sonra bəzi narazılıqlar səbəbindən teatrdan inciyərək ayrılıb və 12 il səhnədən uzaq qalıb:

“Teatr mənim üçün ailədir, dostdur, yoldaşdır, sirdaşdır… Sumqayıt Dövlət Dram Teatrında ilk böyük səhnəyə çıxışım “Tramvayı kim oğurladı?” tamaşasında oldu. Daha sonra bir çox tamaşalarda müxtəlif obrazlar oynadım. Amma 16 il çalışdığım teatrda qəlbən inciyib uzaqlaşdım. 12 il səhnədən uzaq qaldım.”

Əsmər Qurbanova qeyd edib ki, dəfələrlə Sumqayıt Dövlət Dram Teatrından dəvət almasına baxmayaraq, qayıtmayıb. Bunun əvəzinə, dostlarının məsləhəti ilə Bakı Uşaq və Gənclər Teatrına gedib və orada özünü doğma hiss edib:

“Kollektiv məni o qədər doğma qarşılayıb, bağrına basdı ki, yaşamaq həvəsimi yenidən qazandım. Uşaqlarla işləmək mənim üçün böyük zövqdür, səhnədə özümü gənc hiss edirəm.”

Aktrisa həmçinin film həyatının o qədər də uğurlu olmadığını vurğulayıb və əlavə edib ki, gənc rejissorlar onu tanımır, amma teatrda istedadlı aktyor və aktrisaların çox olduğunu görmək xoşdur:

“Mən də çəkilməyi istəyirəm, amma çağırmırlar. Sənətimi bəyənən gəlib məni çəkəcək.”

Əsmər Qurbanova Sumqayıtla bağlı xatirələrindən danışarkən qeyd edib ki, teatrın ona verdiyi təcrübə və sevgi, səhnəyə olan bağlılığını heç vaxt azaldmayıb.

Səhnəyə qayıdan aktrisanın hekayəsi, Sumqayıt teatrının gənc sənətçiləri üçün də ilhamverici nümunə hesab olunur.


6-01-2026, 14:53 70

Digər xəbərlər

Ənənəvi Sənətdən Süni İntellektə: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutdu-FOTO

Sumqayıtda yaşayış binasında yanğın: 6 sakin təxliyə edildi-VİDEO

Corat qəbiristanlığının qarşısındakı dayanacağın təmir olunması xahiş edilir

9-cu mikrorayonda sakinlər etiraz edir: "Həyətimiz əlimizdən alındı-VİDEO

Sumqayıtda sabah 39 dərəcə isti olacaq

İlham Əliyev və Nikol Paşinyan telefonla danışdı

Paşinyandan Azərbaycanla bağlı SÜLH AÇIQLAMASI

SDU rektoru abituriyentlərə müraciət etdi: “Doğru seçim gələcək uğurlarınızın təməlidir”-FOTO

Sumqayıtda avtomobil təmiri sexində GÜCLÜ YANĞIN – Sex tamamilə yandı

Azərbaycanda ən yüksək maaşlı vakansiyalar açıqlanıb – Bu sahələr ön plandadır

Zakir Fərəcov 9-cu mikrorayonda sakinlərlə səyyar qəbul keçirdi-FOTO

İlham Əliyevdən Azərbaycan-Tacikistan təhsil əməkdaşlığı ilə bağlı FƏRMAN

Sumqayıtda 9-cu mikrorayonda, "Bravo"nun qarşısında qazılan yol sakinləri çətin vəziyyətdə qoydu

Şabranda ər-arvadı qətlə yetirənlərə verilən ömürlük həbs cəzası qüvvədə saxlanıldı

13-cü mikrorayondakı park yenidən uşaqların ixtiyarına verildi

Sumqayıtda avtomobil qaçıran və çimərlikdə oğurluq edən şəxslər saxlanıldı

Ceyranbatanda 1500 abonentə qaz verilişi dayandırılacaq – SƏBƏB AÇIQLANDI

Sumqayıt sakinlərinin olduğu avtomobil qəzaya düşdü-FOTO

Sumqayıtın 21 nömrəli məktəbi tamamilə yeniləndi – Şagirdləri nələr gözləyir?

80 min manata bağ evi vədi verdi, minlərlə manatı ələ keçirdi

1 2 3 4 5 6 7 8 9 10 ... 1095
Bu gün, 18:48
Bu gün, 13:39
Dünən, 18:23
Dünən, 16:12
Dünən, 15:43
Dünən, 12:55
Dünən, 11:06
Dünən, 11:04
Dünən, 10:58
7-08-2026, 15:39
7-08-2026, 14:15
7-08-2026, 13:41
7-08-2026, 12:48
7-08-2026, 12:41
7-08-2026, 12:32
7-08-2026, 12:14
7-08-2026, 10:21
7-08-2026, 01:57
6-08-2026, 22:00
6-08-2026, 17:02
6-08-2026, 16:37
6-08-2026, 14:41
6-08-2026, 14:38
6-08-2026, 13:53
6-08-2026, 13:15
6-08-2026, 12:46
6-08-2026, 12:04
6-08-2026, 11:55
6-08-2026, 11:53
6-08-2026, 11:18
6-08-2026, 11:15
5-08-2026, 19:38
5-08-2026, 17:50
5-08-2026, 16:02
5-08-2026, 14:48
5-08-2026, 14:01
5-08-2026, 13:43
5-08-2026, 11:56
5-08-2026, 11:47
5-08-2026, 11:46
1 2 3 4 5 6 7 8 9 10 ... 1095