Bakı şəhəri beynəlxalq mükafata layiq görülüb



Bakı şəhəri “Uzakrota” platformasının təşkil etdiyi səyahət mükafatları çərçivəsində “Dünyanın Aparıcı Turizm Destinasiyası Şəhəri” nominasiyası üzrə qalib elan olunub.

Sumqayit.tv xəbər verir ki, bu nominasiyada qlobal səviyyədə səsvermə prosesi cari ilin oktyabr ayı ərzində keçirilib. Eyniadlı nominasiya üzrə ikinci və üçüncü yerləri isə İstanbul və Amsterdam şəhərləri tutub. Müsabiqədə 53 kateqoriya üzrə namizəd olan mindən çox turizm destinasiyası, hotel, hava yolu şirkəti, turoperator, onlayn səyahət platforması və başqa növ turizm təsisatları iştirak ediblər. Türkiyənin səyahət və işgüzar tədbirlər üzrə aparıcı platformalarından biri olan  “Uzakrota” artıq 11 ildir ki, “Beynəlxalq Səyahət Mükafatları” tədbirini təşkil edir. “Uzakrota” tədbiri 2018, 2019 və 2020-ci illərdə fərqli platformalar tərəfindən dünya miqyasında ən nüfuzlu tədbirlərdən biri seçilib.Ölkəmizin turizm imkanlarının beynəlxalq platformalar tərəfindən qiymətləndirilməsi haqqında danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın son günlərdə 4 beynəlxalq mükafata layiq görülməsinin sevindirici hal olduğunu qeyd edib. Qeyd edək ki, Azərbaycan oktyabr ayı ərzində “28-ci Dünya Səyahət Mükafatları” tədbirində 2 nominasiyada, eləcə də maddi və qeyri-maddi şərabçılıq üzrə “İter Vitis” mədəni marşrutuna həsr olunmuş “Ən yaxşı ölkələrarası şərab turizmi məhsulu” nominasiyası üzrə qalib olub.

2-11-2021, 11:50 102

Digər xəbərlər

Sumqayıtda yol hərəkəti qaydalarını pozan 196 piyada cərimə olunub

Keçmiş başçının klinikasından şikayət - Pasientlə "Real" arasında nə baş verib?

Sumqayıtda otel və sanatoriyalarda vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu

SON DƏQİQƏ! Ermənilər bu körpünü tutdu: Səhər saatlarında... - FOTO

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

"Sumqayıt"-ın baş məşqiçisi "El Klasiko"da hansı komandanın qələbə qazanmasını istəyirdim"

“LC Waikiki” və “Penti”nin Azərbaycandakı nümayəndəliyindən sərmayəsi - KƏSKİN AZALDILIR

"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb

Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ

Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...

Sumqayıt məktəbində REKORD NƏTİCƏ

Sadır Japarov Azərbaycana GƏLDİFOTOYENİLƏNİB

Şoyqunun müavini barədə QƏRAR VERİLDİ - 2 aylıq HƏBS

Sumqayıtda gənc oğlan itkin düşüb

Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA – FOTOLAR

Samir Abasov Xavi ilə görüşəcək

SDU-da oxuyan qızı oğurlayan şəxsin şikayəti təmin edilməyib-MƏHKƏMƏ

Müəllimlərin nəzərinə! - Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil

1 2 3 4 5 6 7 8 9 10 ... 839
Bu gün, 09:00
Dünən, 15:37
Dünən, 15:14
Dünən, 12:03
Dünən, 11:57
Dünən, 11:55
Dünən, 11:53
Dünən, 11:47
Dünən, 11:43
24-04-2024, 17:34
24-04-2024, 15:58
24-04-2024, 15:57
24-04-2024, 11:52
24-04-2024, 11:34
24-04-2024, 11:29
24-04-2024, 11:28
24-04-2024, 11:11
24-04-2024, 09:58
24-04-2024, 09:55
24-04-2024, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
23-04-2024, 16:40
23-04-2024, 16:03
23-04-2024, 15:57
23-04-2024, 15:56
23-04-2024, 15:51
23-04-2024, 15:46
23-04-2024, 15:22
23-04-2024, 15:19
23-04-2024, 15:18
23-04-2024, 15:14
23-04-2024, 15:11
23-04-2024, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
1 2 3 4 5 6 7 8 9 10 ... 839