Maşına it sümüyü atıb, özünü "yandıran" 43 yaşlı şirkət rəhbərindən ŞOK ETİRAF - məsuliyyətdən yayınmaq üçün...

 



Maşına heyvan sümükləri qoyub yandırmaqla özünü ölmüş təqdim edən Rafət Qəniyevə cəza istənilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ziya Mansurov ittiham nitqi ilə çıxış edib.
Dövlət ittihamçısı Rafət Qəniyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
"Kaspian İnşaat MB" tikinti şirkətinin direktoru olmuş Rafət Qəniyev mənzil dələduzluğunda ittiham olunur. O, direktoru olduğu şirkətin tikdiyi binada eyni mənzilləri müxtəlif adamlara satıb. 43 yaşlı Rafət Qəniyev məhkəmədə deyib ki, özü haqqında ölmüş təsəvvürü yaratmaq şəxsi fikri olub: "Öz beynimin məhsulu idi..."
Onun sözlərinə görə, məsuliyyətdən yayınmaq üçün bu yolu düşünüb.
Mənzil dələduzluğu ilə əlaqədar 12 nəfər zərərçəkmiş qismində tanınıb. Bu məsələ ilə əlaqədar Rafət Qəniyev bildirib ki, zərərçəkmişlər dindiriləndən sonra o, ifadə verəcək. Məsələn, Rəhman Rəhmanov deyir ki, "Kaspian İnşaat MB" şirkətinin Yasamalda tikdiyi binada 2012-ci ildə ev alıb. Bir neçə ay sonra bilib ki, evini başqasına satıblar:
"Evimin orderini başqası mənə göstərdi. Amma mən evdən çıxmadım. Polisə müraciət edəndə bildim ki, evimi üç nəfərə satıblar. Evdə yaşaya-yaşaya, məndən soruşmadan evimi ipotekaya salıb satıblar".
Zərərçəkmiş Rəhmanov hesab edir ki, bu işləri görmək təkcə Qəniyevlik deyil. Onun fikrincə, proseslərdə iştirak edən başqa adamlar da olub:
"Bu işləri görmək onun başı üçün deyil. Ona kimsə kömək edib..."
Qəniyev təsdiqləyib ki, Rəhmanovun mənzilini üç nəfərə satıb. Deyir ki, onun mənzilinin nömrəsi 37 idi. Dəyişib 38 edib və beləliklə, başqasına satıb. Başqa bir zərərçəkən Firudin Əhmədzadə 2010-cu ildə şirkətdən mənzil alıb və o vaxtdan orada yaşayır. Evinin başqasına satıldığını isə Rafət Qəniyev cinayət məsuliyyətinə cəlb olunandan sonra prokurorluqda öyrənib. Deyir ki, indiyədək kimsə gəlib onu narahat etməyib. 2021-ci il noyabrın 25-də Sabirabad-Qaragüney yolunda yanmış avtomobil, içində də Qəniyevə məxsus geyimlərlə sümük qalıqları tapılıb. Avtomobilin Sabirabad rayonunun Ətcələr kənd sakini Rafət Qəniyevə məxsus olduğu məlum olub. Avtomobildəki sümüklərin Rafət Qəniyevə məxsus olub-olmadığını müəyyən etmək üçün ekspertiza keçirilib. Müayinədən sonra sümüklər yaxınlarına təhvil verilib, Sabirabad rayonu Sarvan kənd qəbiristanlığında basdırılıb. Ailəsi onun üçün yas məclisi keçirib. Lakin üstündən təxminən bir il keçəndən sonra Rafət Qəniyev Yasamal rayonu ərazisindəki mağazalardan birindən kreditlə televizor almaq istəyərkən şəxsiyyət vəsiqəsini təqdim edib. Yoxlama zamanı bu vəsiqənin sahibinin "öldüyü" məlum olub. Bu səbəbdən dərhal polisə məlumat verilib. Maşının yandırıldığı Qaragüney kəndində Qəniyevin qayınatasıgil yaşayır. İddia olunur ki, hadisənin onlara gedərkən baş verdiyi görüntüsü yaratmaqdan ötrü məhz həmin ərazi seçilib.
Məhkəmə prosesi aprelin 25-də davam etdiriləcək.

23-04-2024, 15:19 166

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041