Son 300 ilin açıqlamalarını DARMADAĞIN edən ŞOK ETİRAF - Putin bildirib ki, Heydər Əliyev...

 


Moskvanın işıqlı Kremlinin zallarında o qədər tarixi hadisələr baş verib ki, sonra memuarlar yazan müəlliflər bunların böyük əksəriyyətini dünyada yeni bir tarix başlatdığını mütləq qeyd edirlər.
KREML .png (463 KB)
Qeyri-rəsmi tarixə görə, 17-ci əsrdən başlayaraq Kremldə İvan Qroznı, Boris Qodunov və Yalançı Dmitrinin ruhları diqqət çəkməyə başladı. Əfsanədə deyilir ki, onu paytaxtı Moskvadan Sankt-Peterburqa köçürməyə sövq edən I Pyotra daim görünən kabuslar olub.
Başqa bir mif də az maraqlı deyil: II Nikolayın tacqoyma mərasimi ərəfəsində İvanın ruhu imperatorda və onun həyat yoldaşında peyda oldu ki, bu da çox pis əlamət sayılırdı. Ertəsi gün Xodinskoye yatağında faciə baş verdi və Romanovlar sülaləsinin süqutu başladı.
Deyirlər ki, ötən əsrin 20-ci illərindən bəri V. İ. Leninin və İ. V. Stalinin ruhları daha çox diqqət çəkir. Onların fantomları adətən böhranlardan əvvəl görünür.
Kreml Moskvanın ürəyidir. Burada müxtəlif mədəni üslubların və dövrlərin qarışığını görə və hiss edə bilərsiniz. Katedral meydanının unikal, orijinal memarlığına heyran olun, rus çarlarının məişət əşyaları ilə tanış olun, qazıntılar zamanı qalan “arxeoloji pəncərələrə” baxın və Rusiyanın paytaxtının nə qədər qədim olduğunu anlayın.
Bəli, Moskvada Napoleonun mərmər sürahiləri uçurdub, taxtapuşları yandırmağa qədər, özünü də alovlar içərisində məhv edən tarixdən, ilk alman “Messerschmitt”lərinin bomblarının düşdüyü günə qədər, və ya bizim tariximizin Kremldə Gülüstandan, Türkmənçaydan (Baxmayaraq ki, siyasi mərkəz Peterburq idi), 27 aprel işğalından, SSRİ-nin yaradılması müqaviləsindən, Bakıya sovet qoşunlarının yeridilib, 20 yanvar qırğınının törədilməsinə qədər, bir çox qərarlar tarixi lənət kimi Moskvada alınaraq,  Azərbaycan tarixində dərin yaralar, travmalar açmağa səbəb oldu.
Hələ biri var: 19 gün Kremldə Stalinin masasının dirəklərini qucaqlayaraq, Güney Azərbaycanı İranın irtica rejiminin caynağında boğmağa nail olan baş nazir Əhməd Qəvam da həmin xeyir-duanı elə Kremlin qırmızı kabinetlərinin içərisində aldığı tarixin notlarında qalmaqdadır.
Moskva bu gün də xəritədə dayandığı yeri siyasi və hərbi dünyada başqa bir dövlətə qapdırmağa maraqlı görünmür
Avropadan böyük Kreml qalası
KREMLİN.jpg (114 KB)
2022-ci ilin bir soyuq qış günü – Moskvada iki gün sonra dünya üçün yeni bir savaşın başlamasından əvvəl uzun masaların yığışdırılıb, iki vacib şəxsin hərbi müttəfiqlik müqaviləsi imzalanması ilə tarixə düşən hadisə yaşandı. Həmin günlər Müsyo Makronun Putinlə arxasında əyləşdiyi masanın uzunluğu münasibətlərin qısalığından xəbər verdiyi qədər də, ballastik raket məsafəsinin ölçüsü, düşmənliyin aşkar ifadəsi və 5  saatlıq görüşün sonunun 16 gün sonra Ukrayna ilə başlayacaq işğal müharibəsinin carşısı olduğunu sonra biləcəkdik.
Həmin qarışıq günlərin dünya üçün bədəli çox ağır oldu.
Ukraynanın işğalı zamanı Rusiya qonşu ölkənin ərazisinin əhəmiyyətli hissəsini işğal etdi - Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, 2022-ci il iyunun əvvəlinə Ukrayna torpaqlarının təxminən 20%-i işğal olunub. 6,4 milyondan çox ukraynalı qaçqın düşüb. Aİ Ukraynanın hazırda ən böyük donorudur. Kiel İnstitutunun məlumatına görə, 24 yanvar 2022-ci il və 15 yanvar 2024-cü il tarixləri arasında onun ödədiyi məbləğ 144 milyard avrodan çox təşkil edir. Sırf hərbi yardımı nəzərə alsaq, o zaman 42 milyard avrodan çox vəsait ayırmağa söz vermiş Vaşinqton da ən böyük donorlardandır.
DONOR .png (447 KB)
Demək olar ki, 1000 kilometrə qədər uzanan cəbhə xətti son aylarda dəyişməz qalıb.
2023-cü ilin avqustunda  New York Times qəzeti Amerika rəsmilərinin  70.000 Ukrayna əsgərinin öldürüldüyünü və 100.000 ilə 120.000 arasında yaralandığını təxmin etdiyini bildirdi. Müharibə başlayandan 2023-cü ilin avqust ayına qədər 120.000 rus əsgərinin öldürülməsi və 170.000-180.000 nəfərin yaralanması ilə Rusiya itkilərinin daha yüksək olduğuna inanılır. Hazırda cəbhədə döyüşənlərin orta yaşı 43-ə yaxındır.
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri 10 milyondan çox ukraynalı evlərini tərk etmək məcburiyyətində qalıb. Onlardan 6,4 milyondan çoxu xaricdəki qaçqınlardır. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR ) məlumatına görə, ukraynalı qaçqınların ümumi sayı 2022-ci ilin sonundan (5,7 milyon) 2023-cü ilin sonuna qədər 5% artıb.
Onlardan 6 milyon ukraynalı Avropa ölkələrində sığınacaq tapıb.
Ən çox qaçqını Almaniya (1,1 milyon), Polşa (957,000) və Çexiya (376,000) qəbul edib.Bəli, rəqəmlərdəki dəhşətli nəticələri istəyirsiniz, bir də başqa müqayisələrlə də aparaq:
Bu savaşda Ukrayna iqtisadiyyatının 50 faizini itirib, Rusiya isə 10 faizini xərcləyib. Qlobal hərbi xərclər Rusiyanın Ukraynada başlatdığı müharibənin təsiri ilə 2022-ci ildə 3,7 faiz artaraq 2,24 trilyon dollara çatıb.
Eyni müharibənin getdiyi dövrdə - 2023-cü ildə isə  ikinci bir cəbhənin açılması – Yaxın Şərqi Qərb üçün İsrail üzərindən imtsahana çəkməklə qalmadı, Ukraynaya ayrılacaq növbəti 50 milyard dollara qədər yardımı İsrailə ünvanlandırdı.
Silahsız fateh - ÇİN
Bu, artıq yalnız qlobal güclərdən Çinin silah götürüb, savaşmadığı bir müharibəyə çevrildi
Həmin böyük hesablaşamaların davam etdiyi dünyada əsas gərginliklərin səbəbləri arasında iqtisadi mübarizələr, etnik və dini münaqişələr, siyasi qarşıdurmalar və bölgələrdəki strateji maraqlar kimi məsələlər var. Bunlar dünya səviyyəsində mübahisələrə səbəb olub.
Deməli, biz xəritə savaşlarının getdiyi bir dünyaya qədəm qoymağa başladıq.
Müharibənin evi -  xarabalıq üçün dəvətnamə çıxaran ünvanlar
XARABA .png (877 KB)
Yer kürəsində müxtəlif səbəblərə görə strateji və ya dəyərli hesab edilən bir neçə coğrafi yer var, o cümlədən:
Boğazlar: Hörmüz boğazı, Malakka boğazı və Bosfor kimi boğazlar strateji əhəmiyyətli hesab olunur, çünki onlar böyük su hövzələrini birləşdirirlər və mühüm ticarət yollarına çıxış təmin edirlər.
Adalar: Tayvan, Folklend adaları və Kuril adaları kimi adalar strateji mövqelərinə və təbii sərvətlərinə görə qiymətli hesab olunur.
Dağ silsilələri: Himalay, And dağları və Kolorado kimi dağ silsilələri minerallar və su da daxil olmaqla təbii sərvətlərinə, habelə təbii maneələr kimi strateji əhəmiyyətinə görə qiymətli hesab olunur.
Sahil əraziləri: Fars körfəzi, Karib dənizi və Aralıq dənizi kimi sahilyanı ərazilər balıq, neft və təbii qaz da daxil olmaqla təbii sərvətlərinə, habelə limanlar və daxili ərazilərə giriş qapıları kimi strateji əhəmiyyətinə görə qiymətli hesab olunur.
Strateji kəsişmələr: İstanbul, Sinqapur, Panama və Dubay kimi şəhərlər və bölgələr ticarət, ticarət və nəqliyyatın əsas qovşağı kimi çıxış etməyə imkan verən ticarət və nəqliyyatın kəsişmə nöqtəsi kimi coğrafi mövqeyinə görə qiymətli hesab olunur.
Resurslarla zəngin ərazilər: Rusiya, Kanada, Avstraliya və Afrika kimi yerlər öz təbii ehtiyatlarına, o cümlədən neft, qaz, qızıl, almaz və digər faydalı qazıntılara görə qiymətli hesab olunur.
Bəs, ölkəmiz, necə?
BESİ .png (196 KB)
Gürcüstan, Ermənistan və Azərbaycan bu gün strateji baxımdan sözügedən ərazilərin ortasında  yerləşməsələr də, ənənəvi olaraq qərbdə Aralıq dənizi sivilizasiyaları (sonralar xristian dünyası), şərqdə isə Fars imperiyası (sonralar İslam dünyası) arasında - üçtərəfli sərhəddə yerləşirlər. Qafqaz təbii strateji şimal-cənub quru yoludur və maraqlıdır ki, şərq-qərb mədəni sərhədində yerləşir.
Deməli, bir neçə xüsusiyyət üzrə baxsaq, Azərbaycanla bağlı çoxlu sayda qlobal-strateji nöqtə tapmaq mümkündür.
Məsələn, Əliyevin portfelində daim Zəngəzur dəhlizi, Ermənistanla sülh müqaviləsi, Ələt Zonasının dünya logistikasında mühüm ünvana çevrilməsi kimi nəinki regional, hətta qlobal layihələr yer almaqdadır. Bunlar belə, ayrı-ayrılıqda ölkəmizin qlobal güclərin hədəfinə gəlməsinə bəs edir.
Lakin biz, buna deyil də, indiki vaxta qədər məhz strateji nöqtədə yaşadığımızın bədəllərini ağır ödəməyimizə dair tarixi örnəkləri bölüşmək istərdik:
Ərazimizin 20 faizinin işğalı və Ermənistanın mövqeyi...
Deməli, daha əvvəl biz coğrafi mövqeyimizinin cəzasını ağır formada on illərlə ödəmişdik.
Dünyanın ən böyük yolunun müəllifi Əliyev -  ən yaxşı təşəkkürünün sahibi Putin
YAXSİ .png (395 KB)
İndi qayıdaq, dünyanın bu xaos dövründəki yerimizə və dünyada baş verən proseslərdə əsas aktor olan qonşu dövlətlə münasibətlərimizə...
Son 300 ildə kabinetlərində yalnız Azərbaycanı ittiham edən, parçalayan, işğal edən qərarların alındığı Kremlin bugünkü gündəliyinə..
50 il bundan əvvəl Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralını tikib, ərsəyə gətirən şəxs Heydər Əliyev idi və gülərüz bir formada Putin (hazırda bütün dünyanın ona qarşı savaşdığı bir dövrdə) bildirdi ki, “Heydər Əliyev xüsusi şəxsi keyfiyyəti və bacarığı ilə bu layihənin həyata keçməsində mühüm rol oynayıb”. Putin bildirib ki, bu gün Baykal-Amur magistral xətti bütün 21-ci əsr üçün logistikanı müəyyənləşdirir.
Başqa sözlə, dünyanın ən böyük yolunun “Əliyev yolu - BAM” olduğu həqiqətini oğul Əliyevin Kremlə gedərkən keçdiyi yoldan keçdiyini – daha dəqiq desək, Ata Əliyev yolunun oğul Əliyev yolundan keçdiyini və ya əksinə, fərqi olmayan bir ortamda Putinə yalnız təşəkkür etmək missiyasının qaldığını görmək, münasibətə, söhbətə körpü salmağın ən mədəni və siyasi forması idi. Rusiya ilə Azərbaycan bir sıra düşərgələrin planladığı kimi toqquşması baş tutmadı, dünya üçün, müəyyən qədər bizim üçün də risklərin qaldığı bir dövrdə Putin faktoru Qərbin dünyanın yenidən bölüşdürülməsində əsas rəqibi kimi önə çıxdı, bizim üçün isə öz maraqlarımız, daha məzarları soyumamış 3 mindən artıq şəhidin qanı bahasına əldə edilən qələbənin qorunması, saxlanması və ölkənin güclənməsinə tətbiq edilən siyasi baxışın qorunması idi.
Nəhayət, Qarabağdan sülhməramlı rus əsgərlərinin çəkilməsi fonunda Ermənistanla tarixdə ilk dəfə razılığa gəlib, 4 kəndi delimistasiya və demarkasiya prosesi çərçivəsində qaytarmağa razılaşması yeni dövrün başlanmasından xəbər verirdi.
Lakin mümkündür ki, biz bu prosesə ilk dəfə ifadəsini qoşmayaydıq: Çünki Ermənistanla – Azərbaycan arasında bu cür razılaşmalar (güya üçüncü tərəf olmadan) çox olub və hər dəfəsində Azərbaycan rəhbərliyi “könüllü” formada “yararsız” torpaqları Ermənistana bağışlayıb.
BAGİSLA .png (485 KB)
Başkəndin Baş məsələsi -  Yeni arqument masada -  Tağlar və Qaravaəllər kəndləri haçan qaytarılacaq?
Üç gün əvvəl (20 aprel)  Baş nazir Paşinyan açıqladı ki, Ermənistanda anklavlar/eksklavlar mövzusuna çox allergik münasibət var, amma xatırlatmaq istəyirəm ki, biz anklavlar/eksklavlar mövzusundan imtina edə bilmərik.
O deyib ki, “29 min 743 kvadrat kilometr əraziyə malik Ermənistan ərazisinə Başkənd (Artsvaşen) də daxildir. Biz razılaşdıq ki, bu məsələni həll edəcəyik. Biz de-yure əsaslandıracağıq ki, Başkənd anklavı Ermənistana məxsusdur. Biz bunu əsaslandırdığımız zaman Başkənd sərhədinin demarkasiyası baş verməlidir və biz irəliləyəcəyik və baxacağıq ki, hansı həll yolları var”.
Qısaca bildirim ki, Başkənd kəndi strateji mövqeyinə görə, Ermənistana verilərsə, Şınıxın 28 kəndi və  ətrafdakı digər 10-dan artıq kənd de-fakto təhlükə altında qalır. Eyni zamanda Tovuz və Şəmkir rayonu daxil olmaqla bölgə üçün ciddi təhdid yaranır. Biz bunu praktiki olaraq, 1992-ci il döyüşlərində gördük ki, bütün ətraf kəndlər Başkənddə cəmləşmiş erməni qoşunları tərəfindən bombalanır. Sadəcə ağır və qanlı döyüşlərdən sonra ordumuz kəndi azad etməsəydi, Qarabağ müharibəsinin gedişində Gədəbəy cəbhəsi məğlub olar və dağ xətti ermənilərin işğal etdiyi Kəlbəcərlə Göyçə arasında qalıb, düşmənə keçəcəkdi.
KECE .png (441 KB)
1928-ci ildə Moskvanın göstərişi və Azərbaycan rəhbərlərinin razılığı ilə dədə-baba Gədəbəy torpaqlarını – Başkəndin 4400 hektar torpağını Azərbaycandan alıb Ermənistana verdilər.
Bu azmış kimi, 1968-ci il Gədəbəyin Şınıx zonasinda yerləşən Tağlar, Qaravəllilər kəndinin torpaqları guya ”yararsız” torpaq olduğu üçün Azərbaycandan alınıb Ermənistana verildi. Görəsən ”yararsız‘ torpaq ermənilərin nəyinə lazim idi? Orada yaşayan insanları məcburi köçürüb Saratovka kəndinə gətirdilər.
Hətta torpaqların verilməsi ilə bağlı sənəddə qeyd edilir ki, Azərbaycan SSR Gədəbəy rayonunun Tağlar kəndinin gələcək inkişafının olmadığını nəzərə alaraq, iki il ərzində həmin kəndin sakinlərinin Azərbaycan SSR Gədəbəy rayonun digər yaşayış məntəqəsinə köçürülməsinin məqsədəuyğunluğu qəbul edilsin.
Bəs, yaxşı Ermənistanla bağlı tarixdə elə bir fakt varmı ki, ona vaxtilə verilmiş ərazilərimiz eyni arqumentlə bizə qaytarılsın. Digər məsələ, Başkəndin Ermənistana verilməsinin əsas arqumentlərindən biri də budur ki, əhalisi ermənilərdən ibarət imiş.Bəs, 1930-cu ilə qədər əhalisinin 80 faizi azərbaycanlı olan Göyçə mahalı niyə Azərbaycana verilmədi?
Qayıdaq, Tağlar və Qaravəllər (kəndin əsasən özü yox, bütöv ərazisi, meşəlik, dağ, yaylaq,) kəndinə -  sözügedən kənlərin ermənilərə verilməsində əsas məqsəd  - Başkəndə - Ermənistandan gələn əsas yolun təmizlənməsi olub ki, bu iki kənd məhz həmin yolun üzərində yerləşir və beləliklə, gələcəkdə olacaq müharibədə hərbi üstünlük əldə etmək üçün zəmin hazırlayıblar.
Tağlar kəndindən sonuncu azərbaycanlı ailə 1988-ci il hadisələrində çıxıb, o kəndin əhalisi hazırda Novo – Saratovka kəndinin ərazisində yaşamaqdadır və  yaşlı nəsildən həyatda olanlar kifayət qədər çoxdur.
 KİFA .png (658 KB)
Başkənd Ermənistana ona görə verilə bilməz ki:
  1. Azərbaycan müharibədə qalib tərəfdir və diktə etməyə məcburdur.
  2. Azərbaycan özünün ən zəif dövründəki döyüşlərdə Başkəndi işğaldan azad edib, ən güclü dövründə işğalçıya verə bilməz.
  3. Xəritələr – Hər istinad nöqtəsi Paşinyanın da dediyi kimi, Alma- Ata Bəyannaməsi ola bilməz, o sadəcə bir başlanğıc üçün lazım idi.
  4. Deməli, Azərbaycan 1920-ci illərin xəritələrini mütləq şəkildə ortaya çıxaracaq.
  5. Artıq bizə rusların baş qərargahlarındakı hərbi xəritələr də gərək deyil, çünki masada Rusiya (?) yoxdur.
  6. Ermənistana torpaqlarımızın verilməsi sənədlərində qaytarılması mexanizmi yoxdur. Beynəlxalq hüquq bizə tarixi varisliyi, maddi və mənəvi üstünlükləri tanıyır ki, yeni bir format axtaraq və mexanizm təklif edək.
  7. Təhlükəsizlik riski bizi torpaqlarımızla bağlı ciddi qərar qəbuıl etməyə məcbur edir. Başkənd isə birbaşa təhlükənin özüdür.
  8. Masada Tağlar kəndinin və Qaravallər ərazisinin geri qaytarıılması məsələsi qoyulmalıdır. O kəndlərin əhalisi hələ də öz kəndinə həsrətlə baxmaqdadır ki, ata- babalarının məzarları işğalda qalmaqdadır.
QALMAQDA .png (566 KB)
Nəticə əvəzi:
Əliyevin yolu Əliyevin kəndinə və evinə daxil olmağa qədər uzanacaq. Bu yolla vətən də yürüyəcək, evlərə ocaqlar daşınacaq, Əliyev həmişə inanıb ki, ocaqlar heç vaxt sönmür, bu mistik inamda mütləq közün közərdiyi minillik inam fazasında qaldığı dəqiqdir. O köz alova deyil, işığa, nura çevrilir, tarixin qaranlıq üzünü aydınlıq bürüyür, hər kəs səhnədə oynadığı rolları aydın dərk edir. Zaman isə bizə öz savaşımızı qalibiyyətlə aparmağı yaşadır, onu tarixə köçürdür və bir gün bu yolla qayıdacaq yolçular üçün əbədi tarix yaddaşı hazırlayıb, heybəsinə çörək kimi, əlinə silah kimi və dizinə təpər kimi yaşatmaqdadır.
Masalar uzun deyil, bizim masalar qısadır, lakin ayaqları yerə möhkəm bənd olub, üzərində isə qalibiyyət imzasının atıldığı qələm və mürəkkəb şahidliyi ilə Zəfər dastanı yazılmaqdadır.

Musavat.com 


23-04-2024, 15:22 138

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903