Narkoman oğlan gecəyarı sevgilisinin Sumqayıtdakı evinə gəldi və... — MƏHKƏMƏ


Sumqayıt şəhərində 1998-ci il təvəllüdlü Əfqan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Arifəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Sumqayit.tv xəbər veri ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əfqan qeyri-rəsmi münasibətdə olduğu Arifə ilə arasında qısqanclıq zəminində mübahisə baş verib. Mübahisə zamanı Arifənin saçından tutaraq başını aşağı əyməklə sol almacıq nahiyəsinə dizi ilə qəsdən güclü zərbə vurub. 

Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Arifə ilə 2019-cu ildə qeyri-rəsmi şəkildə birgə yaşayırlar və övladları yoxdur:

“Bzim münasibətlərimiz yarandığı gündən Arifə ilə eyni evdə yaşamışıq. Münasibətlərimiz normal olub. Lakin ara-sıra mübahisələr etmişik. Mübahisələrimizin əsas səbəbi qısqanclıq olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, gecə saat təxminən 04.00-da Arifə ilə birlikdə yaşadığı evdə olarkən yenidən mübahisələri yaranıb: “Mübahisə əvvəlki kimi qısqanclıq zəminində baş verdi. Bu zaman Arifə yüksək səslə və kobud formada danışmağa başladı. Ona səsini qaldırmamasını və normal danışmasını desəm də, buna əhəmiyyət vermədən öz hərəkətinə davam etdi. Əsəbləşdim və aramızda mübahisə yarandı. Mübahisə zamanı Arifənin saçından tutaraq sağ dizim ilə onun sifətinin sol gözaltı nahiyyəsinə bir dəfə zərbə vurdum. Daha sonra mübahisəmiz daha da böyüməsin deyə evdən getdim”. 

İş üzrə zərərçəkmiş Arifənin sözlərinə görə, təqsirləndirilən Əfqan onun əvvəllər qeyri-rəsmi birgə münasibətdə olduğu şəxsdir: “Biz münasibət quraraq yaşamışıq. Əfqanın mənim evimə daimi gediş-gəlişi olub. Lakin son vaxtlarda narkotik maddələrə meyilli olması və narkotik vasitə istifadə etməsinə görə münasibətlərimiz kəsildi. Ondan bir daha məni narahat etməməsini tələb etdim. Buna baxmayaraq Əfqan mütəmadi olaraq məni narahat etməyə, evimə gəlməyə davam etdi. Normal sözlə başa düşmədiyindən və səs-küy yaratmağa meyilli olduğundan hər dəfə gəldiyində onu söhbət etmək üçün evə dəvət etmişəm”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü, gecə saat 03.30-da yaşadığı mənzilin qapısının döyüldüyünü eşidib: “Qapını döyənin Əfqan olduğunu anladım. Səs-küy salacağından ehtiyatlanaraq dərhal qapıya yaxınlaşdım. Ondan gecə vaxtı niyə gəldiyini soruşdum. O, vacib sözü olduğunu, qapını açmağımı istədi. Qapını açmasam, biabırçılıq yaradacağını bildiyimə görə qapını açdım. Mənzilə daxil oldu və məndən evdə kimin olduğunu soruşdu. Əfqanın evə qısqanclıq zəminində gəldiyini başa düşdüm. Guya mənim evə kimisə gətirməyimdən şübhələnib. Onun bu fikrə düşməsi məni özümdən çıxardı. Aramızda  mübahisə yarandı. Mübahisə zəminində Əfqan saçımdan tutaraq aşağı əydi, dizi ilə sol almacıq nahiyəmə  güclü zərbə vurdu. Zərbədən özümü itirərək yerə yıxıldım. Polisə zəng vuracağımı dedikdən sonra Əfqan mənzili tərk etdi”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əfqanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Qeyd edək ki, Əfqan bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinib. O, 2 il 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

22-04-2024, 15:02 174

Digər xəbərlər

Aumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi kassasiya şikayəti verdi

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

Sumqayıtlı cüdoçular U-14 Liqa yarışında 4 medal qazandılar - FOTO

Sumqayıtda torpaq hərracları keçiriləcək

Sumqayıtdan digər regionlara sərnişin daşınan avtobusların 45 %-i yenilənib

AFFA Sumqayıtda azyaşlı futbolsevərlərə dəstək oldu

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb

Şahmatdan tibbə: Uğurla dolu bir yol-FOTO

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR - Yaxın aylarda..

Sumqayıtda evli kişi sevgilisinin keçmiş ərini döydü – MƏHKƏMƏ

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Bu gün, 11:56
Dünən, 15:22
Dünən, 15:16
Dünən, 15:13
Dünən, 15:04
Dünən, 10:28
Dünən, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
1 2 3 4 5 6 7 8 9 10 ... 963