“Mən azadlığı seçirəm” – SSRİ-nin ABŞ-dakı nümayəndəsi sovet rejimini bu kitabla ifşa edib

 



Sovet dövründə Mərkəzi Komitə rəhbərlərini narahat edən məsələlərdən biri də xarici ölkələrin kütləvi informasiya vasitələrində SSRİ-yə qarşı zidd olan yazıların tirajlanması olub.
Bu məsələyə həssaslıqla yanaşan kommunist liderlər maksimum dərəcədə belə səpkidə olan məqalələrin qarşısını almağa çalışıblar. Bu cəhdlərə baxmayaraq, 1946-cı ildə Kreml məmurları ABŞ-da “Mən azadlığı seçirəm” adlı kitabın nəşr olunmasına mane ola bilməyiblər.

CUZE.jpg (80 KB)

500 min tirajla işıq üzü görən kitabda sovet rejiminin iç üzü ən xırda detallarına qədər oxuculara təqdim edilib. Kitabın müəllifi isə milliyyətcə ukraynalı, SSRİ-nin Vaşinqtondakı nümayəndəsi, satınalma komissiyasının üzvü Viktor Kravçenko olub.
1944-cü ilin aprel ayında Viktor Kravçenko heç kimə məlumat vermədən xidməti vəzifəsinin icrasını dayandırıb. SSRİ-nin ABŞ-dakı xüsusi xidmət orqanları məsələyə aydınlıq gətirmək istəsələr də, Viktor Kravçenko bir müddət gözdən yayına bilib və o, ABŞ rəhbərliyinə rəsmi müraciət edərək siyasi sığınacaq istəyib. Vaşinqton rəsmiləri Viktor Kravçenkonun müraciətini müsbət cavablandırıb. Bununla da Kravçenko Piter Mardin adı ilə Amerikanı özünə daimi yaşayış yeri seçib.
Viktor Kravçenko müəllifi olduğu kitabda Stalin rejiminin qəddarlığı, məcburi əmək düşərgələrində baş verən haqsızlıqlar, “NKVD” qurumlarının özbaşınalığı, SSRİ-nin həbsxanalarındakı acınacalı vəziyyət, repressiyalar və s. haqqında konkret faktlarla geniş açıqlamalar verib. Qısa müddətdə kitab qərb ölkələrində sürətlə yayılıb, böyük populyarlıq qazanıb.

KRAV.jpg (62 KB)

İlk olaraq SSRİ-nin diktəsi ilə kitaba qarşı Fransa etirazını bildirib. Həmin dövrdə Fransada Kommunist Partiyası böyük nüfuza malik olub və parlamentin dörddə bir hissəsindən çoxunu bu partiyanın üzvləri təmsil ediblər. Bu baxımdan Kravçenkonun kitabı Fransada böyük narazılıqla qarşılanıb. Ölkədə çıxan qəzetlərin bir çoxunda Viktor Kravçenko sərt tənqid olunub. “Les Lettres Françaises” qəzeti isə kitabın müəllifini satqınlıqda, böhtanda, Amerika kəşfiyyatına işləməkdə ittiham edib.
Kravçenko haqqında yazılanları sakitliklə qarşılamayıb. O, “Les Lettres Françaises” qəzetini məhkəməyə verib. 1949-cu ildə Parisdə məhkəmə prosesi başlanıb. Sonralar bu məhkəmə tarixə “Yüzilliyin məhkəməsi” adı ilə düşüb.
Məhkəmə prosesinə SSRİ tərəfindən də müdaxilə edilib. Sovet ideoloqları məhkəməyə dünyanın ayrı-ayrı ölkələrində yaşayan kommunist yönümlü tanınmış alimləri, elm və mədəniyyət xadimlərini cəlb ediblər ki, onlar məhkəmədə SSRİ və bütövlükdə kommunist rejimi haqqında müsbət fikirlərini bildirsinlər. SSRİ rəhbərliyi bununla yanaşı Viktor Kravçenkonun keçmiş həyat yoldaşının və iş yoldaşlarının da Parisə getməsini, məhkəmədə iştirak etməsini təmin ediblər ki, onlar Kravçenkonun əleyhinə ifadə versinlər.
Sözsüz ki, bu hücumların qarşısında Viktor Kravçenko da lazımi tədbirlər görüb. O, SSRİ-dən xarici ölkələrə mühacirət edən yüzlərlə insanın məhkəmə prosesində iştirak etməsinə nail olub. Bu insanlar 1930-1940-cı illərdə SSRİ-də yaşayan, rejimdən əziyyət çəkən sovet vətəndaşları olublar. Onlar ən kiçik detallara qədər kollektivləşdirmə dövründəki aclıq, haqsız repressiyalar, sürgünlər, Sibir düşərgələrindəki işgəncələr, Stalinin bütöv bir ölkəni qorxu və xof içərisində saxlamağı haqında məhkəmədə geniş və ətraflı ifadə veriblər, özlərinin yaşadıqları və gördükləri hadisələri danışıblar.

VİKTOR.jpg (73 KB)

Uzun çəkən məhkəmə prosesində Viktor Kravçenko qalib çıxıb. Prosesin sonunda isə Kravçenko onu satqın adlandıranlara müraciət edib:
“Siz SSRİ-də yaşayan xalqlarla sovet rejimini səhv salmayın. Sovet rejimi xalq demək deyil. Mən sovet xalqına qarşı heç vaxt mənfi fikir söyləməmişəm. Mənim tənqidi yanaşmalarım sovet rejiminə qarşıdır. Stalin və Molotov kimilər hakimiyyətdən nə vaxtsa gedəcəklər. Xalq isə əbədi bir zümrədir və o, böyük bir kütlə olmaqla öz haqqını rejimdən tələb etməlidir. Stalin rejimində ölkədə nələrin baş verdiyini artıq bütün dünya bilir. Bu rejimə susmaq mütilik əlamətidir. Mənim məhkəmədə məğlub olmağım üçün SSRİ rəhbərliyi bütün variantlara əl atdı. Hətta doğmalarımı, dostlarımı mənə qarşı qoydular. Bəs sonda nə oldu? Haqq, ədalət öz yerini tutdu...”
Kravçenkonun məhkəmədə qələbəsi Stalini hədsiz dərəcədə qəzəbləndirib. Sovet lideri Mərkəzi Komitənin ideoloji aparatının bütün əməkdaşlarını iclas zalına çağırıb. O, iyirmi dəqiqədən artıq heç nə danışmadan zalda var-gəl edib və ölü sükutu nəhayət, pozub:
- Mən bu dəqiqələr ərzində sizə nə deyəcəyimi düşünürdüm. Amma söz tapmadım. Sizin yarıtmaz fəaliyyətinizi sözlə ifadə etmək mümkün deyil.
Stalinin həmin qəzəbli vaxtlarında isə Kravçenkonun növbəti “Mən ədaləti seçirəm” kitabı çapa hazırlanıb.
Stalin Kravçenkodan qisas ala bilməsə də, sonralar kommunistlər bu qisası yerdə qoymayıblar. Kravçenko 1966-cı ildə müəmmalı şəkildə vəfat edib. Rəsmi məlumatda onun intihar etdiyi bildirilib. Qeyri-rəsmi versiyalara görə, Viktor Kravçenkoya sui-qəsd edilib.

Musavat.com

22-04-2024, 15:15 304

Digər xəbərlər

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

Saray qəsəbəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat – 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sumqayıtda avtobus sürücüsü narkotik qəbul edərək sərnişin daşıyırdı – VİDEO

Azərbaycan nefti bahalaşdı

Sabah Sumqayıt üzrə pensiyalar ödəniləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 20:00
Bu gün, 19:01
Bu gün, 09:07
Bu gün, 08:36
Dünən, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
6-10-2025, 17:09
6-10-2025, 14:48
6-10-2025, 13:15
6-10-2025, 10:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972