Sumqayıtda baxımsız qalan ərazi tülkülərin məskəninə çevrilib?-VİDEO

 

Sumqayıt şəhərinin 19-cu məhəlləsində yaşayan sakinlər ərazidə vəhşi heyvanların, xüsusilə tülkülərin görünməsi ilə bağlı narahatlıqlarını ifadə edirlər.

Sakinlərin Sumqayit.tv-yə verdiyi məlumata görə, vaxtilə Su İdarəsinin istifadəsində olmuş, hazırda isə fəaliyyət göstərməyən və baxımsız vəziyyətdə qalan hasarlı ərazidə son bir aydan artıq müddətdir ki, 2-3 tülkü məskunlaşıb. Bildirilir ki, heyvanlar vaxtaşırı hasarı aşaraq yaşayış məhəlləsinə daxil olur, daha sonra yenidən həmin əraziyə qayıdırlar.

Müraciətdə qeyd olunur ki, tülkülərin yaşayış sahələrinə yaxınlaşması xüsusilə uşaqların təhlükəsizliyi baxımından sakinləri narahat edir.

Sakinlər bildirirlər ki, əvvəllər həmin əraziyə narkotik istifadəçilərinin toplaşması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub və polis tərəfindən operativ tədbirlər görülərək problem aradan qaldırılıb. Hazırda isə onlar tülkülərin ərazidən götürülməsi və məsələnin həlli üçün hansı quruma müraciət etməli olduqlarını bilmədiklərini deyirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq. Sakinlər isə problemin diqqətdə saxlanılmasını və müvafiq tədbirlərin görülməsini xahiş edirlər.




14-06-2026, 15:13 99

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102