Səbinə Salmanova: Şuşa Bəyannaməsi iki qardaş dövlətin ortaq gələcəyinin yol xəritəsidir

 
2021-ci il iyunun 15-də Azərbaycanın tarixi və mədəniyyət paytaxtı Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” müasir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin ən mühüm siyasi və hüquqi sənədlərindən biri kimi tarixə düşüb. Bu sənəd təkcə iki qardaş dövlət arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini təsdiqləməyib, eyni zamanda regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji yol xəritəsinə çevrilib.

Sumqayit.tv xəbər verir ki, bu sözləri Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə əlaqələri tarixə, eyni soykökə bağlılığa, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır:

“Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq “Bir millət, iki dövlət” kəlamı münasibətlərimizin əsasında dayanır.
Bu gün Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdikləri qətiyyətli siyasi iradə nəticəsində Azərbaycan-Türkiyə əlaqələri özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Məhz bu baxımdan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında indiyədək imzalanmış çoxsaylı sənədlər arasında xüsusi yer tutur. Bu sənəd iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığı hüquqi baxımdan daha da möhkəmləndirərək müttəfiqlik səviyyəsinə yüksəldib. Əslində Şuşa Bəyannaməsi iki dövlətin ortaq gələcəyinə dair siyasi iradəsinin, qarşılıqlı etimadının və qardaşlıq münasibətlərinin rəsmi ifadəsidir”.

Deputat bildirib ki, Şuşa Bəyannaməsinin əhatə dairəsi olduqca genişdir:

“Burada müdafiə və təhlükəsizlik, xarici siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, kommunikasiya, humanitar əməkdaşlıq, təhsil, mədəniyyət və digər sahələrdə qarşılıqlı fəaliyyətin əsas istiqamətləri müəyyən edilib. Bu xüsusiyyət Şuşa Bəyannaməsini sadəcə siyasi bəyanat deyil, hərtərəfli strateji əməkdaşlıq proqramı kimi xarakterizə etməyə imkan verir. Sənədin ən mühüm istiqamətlərindən biri təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsidir. Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik məsələləri dövlətlərin milli maraqlarının əsas komponentlərindən biri hesab olunur. Şuşa Bəyannaməsində öz əksini tapmış müddəalar Azərbaycan və Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına, müdafiə potensialının gücləndirilməsinə və regionda sabitliyin qorunmasına xidmət edir. Bəyannamədə hərbi əməkdaşlıq, birgə təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində tərəfdaşlığın genişləndirilməsi, təhlükəsizlik məsələləri üzrə koordinasiyanın gücləndirilməsi və qarşılıqlı informasiya mübadiləsi kimi mühüm istiqamətlər öz əksini tapıb. Bu isə Azərbaycan-Türkiyə münasibətlərinin artıq klassik strateji tərəfdaşlıq çərçivəsindən çıxaraq real müttəfiqlik mərhələsinə qədəm qoyduğunu göstərir”.

S.Salmanova vurğulayıb ki, Şuşa Bəyannaməsinin mühüm əhəmiyyəti həm də ondan ibarətdir ki, bu sənəd regionda yeni geosiyasi reallıqlar fonunda təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasına töhfə verir:

“Xüsusilə 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərdən sonra yaranmış yeni regional vəziyyət Azərbaycan-Türkiyə strateji ittifaqının rolunu daha da artırıb. Bu gün hər iki dövlət regional sabitliyin, iqtisadi əməkdaşlığın və davamlı inkişafın əsas təminatçılarından biri kimi çıxış edir. Şuşa Bəyannaməsi enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və beynəlxalq layihələrin həyata keçirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Azərbaycanın və Türkiyənin birgə təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələri artıq Avrasiyanın iqtisadi xəritəsini dəyişdirən əsas amillərdən birinə çevrilib. Bu baxımdan Şuşa Bəyannaməsi təkcə iki ölkənin deyil, daha geniş coğrafiyanın inkişafına xidmət edən strateji sənəd kimi dəyərləndirilə bilər”.

Parlamentari onu da qeyd edib ki, tarixi sənədin məhz Şuşada imzalanması xüsusi siyasi və mənəvi məna daşıyır:

“Şuşa Azərbaycan xalqının tarixi yaddaşının, milli kimliyinin və mədəni irsinin rəmzidir. 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm Zəfərdən sonra Şuşanın beynəlxalq əhəmiyyətli siyasi qərarların qəbul edildiyi məkana çevrilməsi Azərbaycan dövlətinin gücünün və nüfuzunun göstəricisidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və bu tarixi sənədin məhz burada imzalanması qardaş Türkiyənin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və haqq işinə verdiyi dəstəyin növbəti parlaq təzahürü olub. Bu gün Şuşa Bəyannaməsinin imzalanmasından ötən müddət ərzində sənədin praktik nəticələri aydın şəkildə görünməkdədir. Azərbaycan və Türkiyə bütün sahələr üzrə əməkdaşlığı daha da genişləndirir, ortaq təşəbbüslərlə regionun inkişafına mühüm töhfələr verir. Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsi, nəqliyyat və enerji layihələrinin genişlənməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşməsi Şuşa Bəyannaməsinin strateji əhəmiyyətini daha da artırır. Bu sənəd qardaşlığın möhkəm təməl üzərində qurulduğunu, Azərbaycan və Türkiyənin regional və qlobal proseslərdə birgə fəaliyyət göstərmək əzmində olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”. Şuşa Bəyannaməsi isə bu birliyin və həmrəyliyin ən möhtəşəm siyasi təcəssümüdür”.


10-06-2026, 14:26 76

Digər xəbərlər

Sumqayit.tv-in işıqlandırdığı problem qısa müddətdə aradan qaldırıldı-FOTO-VİDEO

Sumqayıtlı abituriyent: "Bu qədər yüksək bal toplayacağımı gözləmirdim"

Premyer Liqada yeni mövsümün püşkü atıldı: Sumqayıt ilk turda bu komanda ilə qarşılaşacaq

Sumqayıt" Abdul Raşid Mumini ilə yollarını ayırdı

Sumqayıtda sərnişindaşıma problemləri: Köhnə sistem yeni şəhərin tələblərinə cavab verirmi?

Sumqayıtda kanalizasiya suları obyektləri basdı – Sahibkarlar çətin vəziyyətdə qaldı-FOTO

Sumqayıt Kimya Sənaye Parkının rezident şirkətində rəhbər dəyişdi

Saray bağları istiqamətində köhnə avtobuslar sakinlərin narazılığına səbəb olur

Sumqayıtlı abituriyentlər qəbul imtahanında yüksək nəticə göstərdilər

Sumqayıtda Çerkassi küçəsində yol problemi: Sakinlər narahatdır-VİDEO

İki övladını böyüdə-böyüdə 90,5 bal topladı – SDU məzununun uğur hekayəsi

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

SDU tələbələri beynəlxalq IT proqramını uğurla başa vurdu

Sumqayıtda bu kollecə tələbə tapılmadı – Onlarla yer boş qaldı

Sabahın hava proqnozu açıqlandı: Bəzi bölgələrdə leysan və dolu gözlənilir

Nizami küçəsində acınacaqlı mənzərə: Sakinlər təmir gözləyir

Sumqayıtda avrokubok həyəcanı davam edəcək

Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi – Video

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycana yeni səfirini qəbul edib

Qaz ödənişlərində yenilik

1 2 3 4 5 6 7 8 9 10 ... 1083
Dünən, 21:03
Dünən, 13:51
Dünən, 13:45
Dünən, 12:47
Dünən, 12:38
Dünən, 00:39
17-07-2026, 21:08
17-07-2026, 20:28
17-07-2026, 18:47
17-07-2026, 16:55
17-07-2026, 15:44
17-07-2026, 14:32
17-07-2026, 14:00
17-07-2026, 13:58
17-07-2026, 12:55
17-07-2026, 12:22
17-07-2026, 12:21
17-07-2026, 12:19
17-07-2026, 12:13
17-07-2026, 11:10
16-07-2026, 22:17
16-07-2026, 20:16
16-07-2026, 17:07
16-07-2026, 16:37
16-07-2026, 15:13
16-07-2026, 14:50
16-07-2026, 14:32
16-07-2026, 14:05
16-07-2026, 13:15
16-07-2026, 13:12
16-07-2026, 12:14
16-07-2026, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
1 2 3 4 5 6 7 8 9 10 ... 1083