Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

 
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026” minifutbol turniri yekunlaşıb.

Sumayit.tv xəbər verir ki, turnir Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının təşəbbüsü, Sumqayıt Tibb Mərkəzi və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunub. Yarışın bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə Sumqayıt Tibb Mərkəzinin direktor müavini Ramin Qasımov, Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədr müavini Qönçə Abdullayeva, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən, rəis müavini Rüfət Mahmudzadə və Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elmira Quliyeva iştirak ediblər.

Çıxışlarda Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixində mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, bu cür idman tədbirləri səhiyyə işçiləri arasında həmrəyliyin gücləndirilməsinə, sağlam həyat tərzinin təşviqinə və kollektivlərarası əməkdaşlığın inkişafına töhfə verir.

Səkkiz komandanın mübarizə apardığı turnirin yekun nəticələrinə əsasən Təcili Tibbi Yardım Xəstəxanasının komandası III, 3 nömrəli Şəhər Xəstəxanasının komandası II, 1 nömrəli Şəhər Xəstəxanasının komandası isə I yerə layiq görülüb.

Qalib və mükafatçı komandalara kubok, medal və diplomlar təqdim olunub.

Tədbirin sonunda təşkilatçılar yarışın keçirilməsinə dəstək göstərən qurumlara, iştirakçı komandalara, hakimlərə və bütün təşkilatçılara təşəkkür ediblər.

“Qurtuluş Kuboku – 2026” turnirinin əsas məqsədi səhiyyə işçiləri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi və idmana marağın artırılmasıdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


13-06-2026, 21:03 108

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102