Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

  

Sumqayıtın 52-ci məhəlləsində kanalizasiya xəttinin dolması nəticəsində çirkab suları həyətlərə axır. Sakinlər problemin həlli üçün aidiyyəti qurumlara müraciət etdiklərini bildirirlər.

Sakinlərin Sumqayit.tv-yə göndərdikləri müraciətə görə, artıq 3 gündür ümumi kanalizasiya xətti dolub və çirkab suları yaşayış evlərinin həyətlərinə axır. Hazırda vəziyyət daha da ağırlaşaraq bəzi evlər üçün təhlükə yaratmağa başlayıb.

Müraciət müəlliflərinin sözlərinə görə, problemlə bağlı aidiyyəti quruma məlumat verilib. Onlar 012 348 42 70 nömrəsi ilə əlaqə saxladıqlarını və ərazidəki vəziyyəti görüntülü şəkildə nümayiş etdirdiklərini bildiriblər. Sakinlərə müraciətin qeydiyyata alındığı və əməkdaşların əraziyə baxış keçirəcəyi bildirilsə də, indiyədək hər hansı müdaxilə olunmadığı iddia edilir.

Sakinlər qeyd edirlər ki, yay mövsümündə kanalizasiya sularının açıq şəkildə ətrafa yayılması həm antisanitar vəziyyət yaradır, həm də müxtəlif xəstəliklərin yayılması riskini artırır.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, sakinlər tərəfindən Sumqayit.tv-yə hadisəni əks etdirən videogörüntülər də təqdim olunub.


13-06-2026, 20:52 121

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102