
Sumqayıt bulvarı üçün güllərin və qazonun alınmasına 100 000 AZN sərf olunacaq.
Sumqayit.tv xəbər verir ki, satışı həyata keçirən – icraçı şirkət “Eko Ferma Azərbaycan” MMC-dir.
Sifarişçi Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Bulvar” MMC və icraçı arasında müqavilə bağlanıb. Bulvarla əlaqəli tenderlər əvvəllər də bu şirkətə verilib. Nizamnamə kapitalı 10 AZN olan “Eko Ferma Azərbaycan”ın qanuni təmsilçisi Rüfət Ramazan oğlu Masimovdur./Pravda.az
9-06-2026, 16:25
65