DİM magistratura imtahanı keçirəcək – 15 minə yaxın bakalavr iştirak edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 14 iyun 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı keçiriləcək.

Sumqayit.tv xəbər verir ki,İmtahan respublikanın 3 şəhər və rayonunda – Bakı, Sumqayıt və Abşeron rayonu ərazilərində, ümumilikdə 63 binada təşkil olunacaq.

İmtahan bütün mərkəzlərdə eyni vaxtda saat 10:00-da başlanacaq. Buraxılış rejimi isə saat 09:45-də başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

DİM-in məlumatına görə, imtahan dinləyib-anlama bacarıqlarının yoxlanılması ilə başlayacaq. Bu mərhələyə görə iştirakçıların imtahana ən azı 15 dəqiqə əvvəl zallarda olması tələb olunur.

İmtahanın ümumi müddəti 3 saat 30 dəqiqədir. Test hissəsi 3 saatdan sonra yekunlaşacaq, daha sonra isə esse mərhələsi üçün 30 dəqiqə vaxt veriləcək.

Nəticələr iki mərhələdə açıqlanacaq: əvvəlcə qapalı və açıq tipli test tapşırıqları, daha sonra isə esse nəticələri elan ediləcək.

İmtahana ümumilikdə 15 719 bakalavr qeydiyyatdan keçib. Onlardan 14 612 nəfəri Azərbaycan bölməsi, 1 107 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. İştirakçılar arasında 35 xarici ölkə vətəndaşı da var.

İmtahan prosesinin idarə olunmasına 1 442 nəzarətçi, 175 imtahan rəhbəri və 202 buraxılış rejimi əməkdaşı cəlb olunacaq. Həmçinin 19 sağlamlıq imkanları məhdud bakalavr üçün xüsusi şərait yaradılıb, o cümlədən fərdi nəzarətçilər təyin edilib və xüsusi zallar ayrılıb.

DİM bildirir ki, imtahan iştirakçıları “Şəxsi kabinet” və ya my.gov.az portalı vasitəsilə buraxılış vərəqələrini çap etməlidirlər. İmtahana yalnız şəxsiyyəti təsdiq edən sənəd və buraxılış vərəqəsi ilə daxil olmaq mümkündür.

Qurumdan həmçinin qeyd olunub ki, imtahan binalarına mobil telefon, elektron cihazlar, kitab və digər yardımçı materialların gətirilməsi qadağandır.

Hazırda imtahanın təşkilati və təhlükəsizlik hazırlıqları davam etdirilir. İyunun 13-də bütün imtahan mərkəzləri möhürlənərək Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin nəzarətinə veriləcək.


12-06-2026, 11:55 67

Digər xəbərlər

Ceyranbatandakı yanğının dəhşətli anları: "Özünü binadan atanlar var idi"

Tacikistanda saqqal və qara hicabla bağlı qadağaya nəzarət gücləndirilib

Sumqayıtda 67 yaşlı qadını öldürən şəxslə bağlı Ali Məhkəmədə qərar gözlənilir

SUMQAYITLI İQTİSADÇI PROFESSOR ŞƏFA ƏLİYEV ŞUŞADA BEYNƏLXALQ KONFRANSDA PLENAR İCLASDA ƏSAS MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB-FOTOLAR

Sabah Sumqayıtın bu ərazisində qaz olmayacaq

Məktəblərdə internetlə bağlı yeni layihəyə 8 milyon manat ayrıldı

Novxanı yolunda obyektdə yanğın baş verdi -VİDEO

Sumqayıt şirkəti məhkəmə qərarı ilə cərimə olundu

Sumqayıt buraxılış imtahanlarında yenə ön sıralarda

Sumqayıtda dezinfeksiya işləri gündəlik qrafik üzrə davam etdirilir

 Azərbaycan dili: milli kimliyimizin əbədi dayağı

Yaxın illərdə Sumqayıta metro xəttinin çəkilməsi nəzərdə tutulur

Ali Məhkəmə Sumqayıt məhkəməsinin qərarını ləğv etdi

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım

Avro və rubl yüksəldi – Dollar dəyişmədi

Külək Bakı–Sumqayıt qatarının hərəkətində ləngiməyə səbəb oldu

Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı

925 ailənin illərlə gözlədiyi problem həll olunur – "Stansiya Sumqayıt"da kanalizasiya xəttinin çəkilişinə başlanılıb-FOTO

Sumqayıtda zavod tüstüsü ilə bağlı narahatlıq: Sakinlər hər gün qalın tüstü müşahidə etdiklərini bildirirlər

Donald Tramp 2028-ci il seçkilərinə işarə edən fotolar paylaşdı

1 2 3 4 5 6 7 8 9 10 ... 1089
Bu gün, 10:33
Bu gün, 10:00
Bu gün, 09:54
Dünən, 20:11
Dünən, 19:41
Dünən, 17:27
Dünən, 14:50
Dünən, 13:53
Dünən, 11:57
Dünən, 11:50
Dünən, 11:29
Dünən, 10:20
Dünən, 10:18
Dünən, 10:16
Dünən, 09:51
Dünən, 09:45
Dünən, 09:41
Dünən, 09:30
Dünən, 07:23
Dünən, 06:42
Dünən, 06:29
26-07-2026, 23:24
26-07-2026, 13:35
26-07-2026, 13:15
25-07-2026, 18:06
25-07-2026, 15:43
25-07-2026, 15:03
25-07-2026, 14:47
25-07-2026, 11:00
25-07-2026, 10:50
25-07-2026, 10:46
25-07-2026, 10:44
25-07-2026, 10:36
25-07-2026, 10:21
24-07-2026, 20:10
24-07-2026, 16:04
24-07-2026, 15:53
24-07-2026, 14:43
24-07-2026, 14:34
24-07-2026, 14:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1089