Sumqayıtın 12-ci mikrorayon sakinləri yol problemindən şikayətlənirlər

 
Sumqayıt şəhərinin 12-ci mikrorayon ərazisində yaşayan sakinlər yolun təmiri ilə bağlı yaranmış vəziyyətdən narazıdırlar.

Sakinlərin Sumqayit.tv-yə göndərdiyi müraciətdə bildirilir ki, ərazidə aparılan işlərə baxmayaraq, yol uzun müddətdir tam bərpa olunmayıb. Onların sözlərinə görə, artıq iki aya yaxındır davam edən problem həm nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradır, həm də gündəlik həyatda narahatlığa səbəb olur.

Şikayətçilər qeyd edirlər ki, 12-ci mikrorayonda, 10A marşrut xəttinin keçdiyi ərazidə, qapalı dayanacağın qarşısında yolun qazılmış hissəsi uzun müddətdir bağlı vəziyyətdə qalıb. İddialara görə, həmin ərazidə su xətlərində tez-tez nasazlıqlar yaranır və sakinlər bəzi hallarda problemi öz vəsaitləri hesabına aradan qaldırmağa məcbur olurlar.

Sakinlərin sözlərinə görə, əraziyə texnika gətirilsə də, son bir ay ərzində işlərdə nəzərəçarpacaq irəliləyiş müşahidə olunmur. Onlar bildirirlər ki, texnikanın ərazidə olmasına baxmayaraq, təmir-bərpa işləri faktiki olaraq dayandırılıb.

Vətəndaşlar aidiyyəti qurumlardan problemin qısa zamanda həll olunmasını, yolun bərpa edilərək sakinlərin istifadəsinə verilməsini xahiş edirlər.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


10-06-2026, 18:54 112

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102