
Aşkarlanan qaz sızmasının aradan qaldırılması məqsədilə Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılıb.
Bu barədə Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz sızmasının aradan qaldırılması ilə əlaqədar iyunun 12-də saat 09:30-dan etibarən təmir-bərpa işləri başa çatanadək Novxanı kəndində və Xırdalan şəhərinin Quşçuluq massivində qaz təchizatı dayandırılıb.
Qurumdan verilən məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.
Hazırda ərazilərdə təhlükəsizlik tədbirləri görülür və qaz sızmasının tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bu gün, 11:49
4