Azərbaycanda xarici kreditlər üzrə icra göstəricisi aşağı olub – Hesablama Palatası

2025-ci ildə Azərbaycanda xarici kreditor qurumlardan cəlb ediləcək kreditlərin icra göstəricisinin aşağı səviyyədə olması beynəlxalq maliyyə-kredit təşkilatları ilə birgə həyata keçirilən layihələr üzrə müqavilələrin vaxtında bağlanılmaması qənaətinə gəlməyə əsas verir.

Sumqayit.tv xəbər verir ki,bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə qeyd olunub.

Sənədə əsasən, 2025-ci ilin büdcə zərfində xarici kreditor qurumlarla birgə maliyyələşdirilən layihələr üzrə ümumilikdə 895,9 milyon manat vəsait nəzərdə tutulub. Bu məbləğin 88,4 milyon manatı 4 keçid layihənin, 807,5 milyon manatı isə 8 yeni layihənin maliyyələşdirilməsinə ayrılıb.

Lakin hesabat ilində faktiki icra 181,6 milyon manat təşkil edib. Həmin vəsaitin 36,2 milyon manatı 2 keçid layihəyə, 145,3 milyon manatı isə 4 yeni layihənin maliyyələşdirilməsinə yönəldilib.

Hesablama Palatasının məlumatına görə, beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən layihələr üzrə kredit vəsaitləri əsasən nəqliyyat, rəqəmsal transformasiya, su təsərrüfatı və məşğulluq sahələrinə sərf olunub.

Belə ki, ayrılmış vəsaitin:

  • 14,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Regional Yol və İnkişaf Layihəsi” çərçivəsində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Yenikənd-Biləsuvar hissəsinin yenidən qurulmasına;

  • 136,2 milyon manatı “Azərbaycan Dəmir Yolları” QSC-nin dəmir yolu sektorunun inkişafı, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə “Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması” layihəsinə;

  • 0,3 milyon manatı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Qız qalası su anbarından suvarma kanalının çəkilməsi” layihəsinə;

  • 8,8 milyon manatı “Azərbaycan Dəmir Yolları Rəqəmsal Transformasiya Layihəsi”nə;

  • 22,1 milyon manatı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluğa dəstək layihəsi”nin icrasına yönəldilib.

Hesablama Palatası hesab edir ki, nəzərdə tutulan vəsaitlərin tam icra olunmaması layihələr üzrə prosedurların və müqavilələrin vaxtında tamamlanmaması ilə bağlı ola bilər.


12-06-2026, 11:40 99

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102