Zərifə Quliyevanın “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib - FOTOLAR

 
İyunun 10-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyevanın müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimat mərasimi keçirilib.

Sumqayit.tv xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, Zərifə Quliyevanın şeiri əsasında hazırlanan “Azərbaycan bayrağı” musiqi kompozisiyası təqdim olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar İsgəndərov kitabın Azərbaycanın hərb tarixinin təbliği və qəhrəmanlarımızın tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov isə 44 günlük Vətən müharibəsində nümayiş etdirilən qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıb.

Çıxış edən professor Rəna Mirzəzadə, Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov, yazıçı-publisist Şərəf Cəlilli və akademik Sudeyf İmamverdiyev kitabın qəhrəmanlıq tariximizin təbliğinə mühüm töhfə verdiyini bildirərək müəllifi təbrik ediblər. Tədbir çərçivəsində Sudeyf İmamverdiyev Zərifə Quliyevanı Türk Ağsaqqalları Birliyinin diplomu ilə təltif edib.

Şəhid ailələrinin nümayəndələri və qazilər də çıxış edərək Vətən müharibəsinin əhəmiyyəti, şəhidlərin xatirəsinin yaşadılması və müəllifin yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov çıxışında qəhrəmanlarımızın tanıdılmasının gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını qeyd edib. O, Zərifə Quliyevanı təşkilatın “Fəxri Fərmanı” ilə təltif edib.

Tanınmış vəkil Şəfiqə Nağıyeva isə müəllifin ictimai fəaliyyətini və şəhid ailələri ilə həmrəyliyini yüksək qiymətləndirib.

Sonda çıxış edən Zərifə Quliyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı xidmətlərindən bəhs edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əhəmiyyətini vurğulayıb. Müəllif şəhidlərin xatirəsinin daim yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib.

Tədbirin sonunda şəhid ailələri və qazilərə “Qəhrəmanlıq zirvəsi” kitabı hədiyyə olunub, iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

 

 

 

 

 

 

 

 

 


10-06-2026, 21:42 101

Digər xəbərlər

Sumqayit.tv-in işıqlandırdığı problem qısa müddətdə aradan qaldırıldı-FOTO-VİDEO

Sumqayıtlı abituriyent: "Bu qədər yüksək bal toplayacağımı gözləmirdim"

Premyer Liqada yeni mövsümün püşkü atıldı: Sumqayıt ilk turda bu komanda ilə qarşılaşacaq

Sumqayıt" Abdul Raşid Mumini ilə yollarını ayırdı

Sumqayıtda sərnişindaşıma problemləri: Köhnə sistem yeni şəhərin tələblərinə cavab verirmi?

Sumqayıtda kanalizasiya suları obyektləri basdı – Sahibkarlar çətin vəziyyətdə qaldı-FOTO

Sumqayıt Kimya Sənaye Parkının rezident şirkətində rəhbər dəyişdi

Saray bağları istiqamətində köhnə avtobuslar sakinlərin narazılığına səbəb olur

Sumqayıtlı abituriyentlər qəbul imtahanında yüksək nəticə göstərdilər

Sumqayıtda Çerkassi küçəsində yol problemi: Sakinlər narahatdır-VİDEO

İki övladını böyüdə-böyüdə 90,5 bal topladı – SDU məzununun uğur hekayəsi

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

SDU tələbələri beynəlxalq IT proqramını uğurla başa vurdu

Sumqayıtda bu kollecə tələbə tapılmadı – Onlarla yer boş qaldı

Sabahın hava proqnozu açıqlandı: Bəzi bölgələrdə leysan və dolu gözlənilir

Nizami küçəsində acınacaqlı mənzərə: Sakinlər təmir gözləyir

Sumqayıtda avrokubok həyəcanı davam edəcək

Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi – Video

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycana yeni səfirini qəbul edib

Qaz ödənişlərində yenilik

1 2 3 4 5 6 7 8 9 10 ... 1083
Dünən, 21:03
Dünən, 13:51
Dünən, 13:45
Dünən, 12:47
Dünən, 12:38
Dünən, 00:39
17-07-2026, 21:08
17-07-2026, 20:28
17-07-2026, 18:47
17-07-2026, 16:55
17-07-2026, 15:44
17-07-2026, 14:32
17-07-2026, 14:00
17-07-2026, 13:58
17-07-2026, 12:55
17-07-2026, 12:22
17-07-2026, 12:21
17-07-2026, 12:19
17-07-2026, 12:13
17-07-2026, 11:10
16-07-2026, 22:17
16-07-2026, 20:16
16-07-2026, 17:07
16-07-2026, 16:37
16-07-2026, 15:13
16-07-2026, 14:50
16-07-2026, 14:32
16-07-2026, 14:05
16-07-2026, 13:15
16-07-2026, 13:12
16-07-2026, 12:14
16-07-2026, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
1 2 3 4 5 6 7 8 9 10 ... 1083