
15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarların qrafikində dəyişiklik olacaq.
Sumqayit.tv xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Məlumata görə, qeyd olunan tarixlər qeyri-iş günü olduğundan Bakı–Pirşağı–Sumqayıt–Bakı və Bakı–Xırdalan–Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin hərəkət cədvəli ilə fəaliyyət göstərəcək.
Sərnişinlərdən səfərlərini əvvəlcədən planlaşdırmaları xahiş olunur.
Qeyd edək ki, qatarların hərəkət cədvəli ilə ADY-nin rəsmi saytında və "ADY Mobile" tətbiqində tanış olmaq mümkündür.