
“Sumqayıt” Futbol Klubunun növbəti mövsüm üçün yeni baş məşqçisi müəyyənləşib.
Sumqayit.tv-in məlumatına görə, hazırda “İmişli” klubunda çalışan portuqaliyalı mütəxəssis Jorje Koştilya “gənclik şəhəri” təmsilçisinin baş məşqçi postuna gətiriləcək.
Tərəflər arasında ilkin razılıq əldə olunub və mütəxəssisin qarşıdakı mövsümdə komandaya rəhbərlik edəcəyi gözlənilir. Bildirilir ki, Jorje Koştilya ilə 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, “Sumqayıt”ın əvvəlki baş məşqçisi Saşa İliç mövsüm başa çatdıqdan sonra klubdan ayrılıb. Klub rəhbərliyi yeni mövsümdə komandanın daha uğurlu çıxışı üçün yeni məşqçi heyəti formalaşdırır.
10-06-2026, 09:57
57