Azərbaycan “Qatar Travel Mart” sərgisində təmsil olunur


Azərbaycanın turizm imkanları noyabrın 16-da Qətərin paytaxtı Dohada işinə başlayan “Qatar Travel Mart” sərgisində təqdim olunur.
 

Sumqayit.tv xəbər verir ki, noyabrın 18-dək davam edəcək sərgidə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycana həsr olunan panel sessiya keçirilib.
 
Sessiyada çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Pandemiya Azərbaycan turizminə necə təsir etdi? Postpandemiya dövründə turizm sənayesinin bərpası” mövzusunda çıxış edərək, həmçinin Azərbaycanın geniş turizm potensialı, turizmin müxtəlif növlərinin inkişaf perspektivləri, Qarabağın yeni turizm destinasiyasına çevrilməsi planları, Yaxın Şərq ölkələri üzrə aparılan rəqəmsal təbliğat kampaniyaları haqqında məlumat verib.
 
F.Zenqstşmid çıxışında Qətərin ölkəmiz üçün hədəf turizm bazarlarından biri olduğunu vurğulayaraq turizm potensialının tanıdılması və təbliğatı məqsədilə keçirilən bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
 
O, Qətərlə vizanın ləğvindən sonra yaranan yeni əməkdaşlıq imkanlarından bəhs edib. Həmçinin 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına gələcək azarkeşlərin bir hissəsinin Azərbaycana da səfər etməsini nəzərdə tutan xüsusi turistik paketlərin hazırlanmasının mümkünlüyü haqqında danışıb.
 
Tədbirdə Azərbaycan Respublikasının Qətərdə olan səfirliyinin, “Qatar Airways” hava yollarının, eləcə də turizm sənayesinin nümayəndələrinin iştirakı ilə Azərbaycan və Qətər Dövləti arasında ikitərəfli əməkdaşlıq, post pandemiya dövrü üçün Azərbaycanda hotellərin hazırlıq dərəcəsi, dünya brendi olan yeni hotellərin açılması, Azərbaycanın əsas turizm məhsulları və yeni marşrutlar haqqında müzakirələr aparılıb.
 
Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov  Azərbaycan stendini ziyarət edib və təbliğat materialları ilə tanış olub.
 
Sərgidə Azərbaycanı “Four Seasons Hotel”, Park Inn by Radisson Baku”, “Absheron Hotel Group”, “Discover Azerbaijan Travel”, “Zakher Travel”, “Orbit Group LLC”, “Falcon Luxury Travel”, “Alison Travel”, “TRHAL Travel” kimi hotellərin və turizm agentliklərinin, eləcə də Naxçıvan MR-in Turizm Departamentinin nümayəndələri təmsil edirlər.
 
İlk dəfə keçirilən “Qatar Travel Mart” sərgisi turizm üzrə ixtisaslaşmış beynəlxalq, regional və milli təşkilatları, hava yolları şirkətləri, turoperatorlar, turizm agentlikləri, hotelçilər və onlayn səyahət şirkətlərini bir araya toplayaraq turizm sənayesində rəqabətliliyi artırmaq və qarşılıqlı əməkdaşlığı təmin etmək məqsədini daşıyır.
 
Sərgiyə dünyanın 31-ə yaxın ölkəsindən turizm sənayesinin təmsilçiləri qatılıb. 
 
Qeyd edək ki, Qətər epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edilməsi ilə əlaqədar səfər məhdudiyyətlərinin götürüldüyü 65 ölkə arasında yer alır. Cari ilin oktyabr ayında Qətərlə  “Ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş”inin imzalanması ilə iki ölkə arasında viza tələbi aradan qaldırılıb.

17-11-2021, 11:30 118

Digər xəbərlər

Keçmiş başçının klinikasından şikayət - Pasientlə "Real" arasında nə baş verib?

Sumqayıtda otel və sanatoriyalarda vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu

SON DƏQİQƏ! Ermənilər bu körpünü tutdu: Səhər saatlarında... - FOTO

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

"Sumqayıt"-ın baş məşqiçisi "El Klasiko"da hansı komandanın qələbə qazanmasını istəyirdim"

“LC Waikiki” və “Penti”nin Azərbaycandakı nümayəndəliyindən sərmayəsi - KƏSKİN AZALDILIR

"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb

Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ

Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...

Sumqayıt məktəbində REKORD NƏTİCƏ

Sadır Japarov Azərbaycana GƏLDİFOTOYENİLƏNİB

Şoyqunun müavini barədə QƏRAR VERİLDİ - 2 aylıq HƏBS

Sumqayıtda gənc oğlan itkin düşüb

Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA – FOTOLAR

Samir Abasov Xavi ilə görüşəcək

SDU-da oxuyan qızı oğurlayan şəxsin şikayəti təmin edilməyib-MƏHKƏMƏ

Müəllimlərin nəzərinə! - Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 839
Dünən, 15:37
Dünən, 15:14
Dünən, 12:03
Dünən, 11:57
Dünən, 11:55
Dünən, 11:53
Dünən, 11:47
Dünən, 11:43
24-04-2024, 17:34
24-04-2024, 15:58
24-04-2024, 15:57
24-04-2024, 11:52
24-04-2024, 11:34
24-04-2024, 11:29
24-04-2024, 11:28
24-04-2024, 11:11
24-04-2024, 09:58
24-04-2024, 09:55
24-04-2024, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
23-04-2024, 16:40
23-04-2024, 16:03
23-04-2024, 15:57
23-04-2024, 15:56
23-04-2024, 15:51
23-04-2024, 15:46
23-04-2024, 15:22
23-04-2024, 15:19
23-04-2024, 15:18
23-04-2024, 15:14
23-04-2024, 15:11
23-04-2024, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
1 2 3 4 5 6 7 8 9 10 ... 839