Bu şəxslərin pulları geri qaytarıla bilər – Hüquqşünas

Akif Çovdarovun 30 milyonluq əmlakı qaytarıldıqdan sonra keçmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov, həmçinin KİVDF-nin həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin ailəsi müsadirə olunan əmlaklarını geri istəyiblər.
Burada əsas məqam əmlak toxunulmazlığı ilə bağlıdır. İddialara görə, cinayətə yol vermiş şəxsin ailəsinə və özünə məxsus əmlak məhkəmə zamanı müsadirə edilə bilməz.
Hüquqşünas Əsabəli Mustafayev mövzu ilə bağlı Globalinfo.az-a açıqlamasında bildirib ki, Azərbaycanda “Gəlir deklarasiyası haqqında” qanun illərdir qüvvəyə minmir, hər dəfə təxirə salınır:
“Ona görə də hər hansı şəxsin əmlakının dəyərini, necə əldə etdiyini müəyyən etmək olmur. Bu da hüquq mühafizə orqanlarına məhkəmələrdə böyük problem yaradır. Vəzifədə olarkən rüşvət alan şəxslər çox vaxt əmlaklarının böyük hissəsini qohumlarının adına rəsmiləşdirirlər”.
Hüquqşünas bildirib ki, bu qanunsuzluğun qarşısının alınması üçün “Gəlir deklarasiyası haqqında” qanunun tətbiq edilməsi mütləqdir:
“Bir neçə il öncə əmlakın kimə məxsus olması böyük əhəmiyyət kəsb etmirdi. Şübhə vardısa, korrupsionerin əmlakı kimi dəyərləndirilir və müsadirə olunurdu. Zaman keçdikcə müsadirə olunan əmlakların geri qaytarılmasına başlanıldı, amma burada şəffaflıq təmin olunmur.
Şəxs tərəfindən cinayət yolu ilə əldə edilən əmlak müsadirə edilə bilər. Amma həmin mülk başqasının adınadırsa, onun müsadirəsi qanunaziddir. Hesab edirəm, illik gəlir deklarasiyası mütləq şəkildə tətbiq edilməlidir”.
Hüquqşünas qonşu ölkələrdə sözügedən məsələnin qanunla tənzimləndiyini bildirib:
“Hər bir şəxs ildə bir dəfə deklarasiya verir. Bu, məmurlara, sıravi işçilərə, hətta işsizlərə də aiddir. Bir şəxsin il ərzində aldığı əmlak, qiymətli sənədlərin hər biri dərhal deklarasiyada əsaslandırılmalı, öz təsdiqini tapmalıdır. Beləliklə, şəxsin əmlakı nəzərdən keçirilikdə həmin mülkün qanuni olub-olmaması müəyyən edilir. Əgər şəxs əmlakı haqqında hazırlanan rəsmi məlumatda hər hansı mülkü qeyd etməyibsə, əmlakın qanuni yolla əldə edildiyi əsaslandırılmayıbsa, bu, qanunsuz varlanma kimi qiymətləndirilir. Nəticədə həmin əmlak məhkəmə qərarı ilə müsadirə olunur”.

1-03-2023, 14:52 105

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101