“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO


Sumqayıtın 75 illik yubileyinə həsr olunan “Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib.
“Sumqayit.tv” xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların nümayəndələri və bu şəhərdə məskunlaşan qərbi azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Qərbi Azərbaycan və Sumqayıta dair videoçarxlar nümayiş etdirilib.
Milli Məclisdə yaradılan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova açılış nitqi ilə çıxış edərək gələn qonaqlara minnətdarlığını bildirib:
"Bu gün sürətlə inkişaf edən doğma Azərbaycanımızın hər bir guşəsi kimi Sumqayıt da günbəgün gözəlləşir. Sumqayıtda aparılan yenidənqurma və abadlıq işləri şəhərin görkəmini xeyli dəyişib, şəhərimiz dünyanın ən gözəl yerlərindən birinə çevrilib. Sumqayıtın özəlliyi ondadır ki, onun özünəməxsus koloriti var. Sumqayıtda vətənimizin hər bir bölgəsindən insanlar cəmləşib. Şəhər sakinləri ilə söhbətdə sanki Azərbaycanımızı gəzirik.
Burada Şəkidəsən ovqatı yaradan baməzə söhbətlər edən insanlar, Borçalının və Qazaxın ruhunu özündə cəmləşdirən bədii folkloru yaddaşında daşıyan sinədəftər insanlarını, Qarabağımızı təcəssüm etdirən xalq mahnı və nəğmələrinin peşəkar ifaçıları, Azərbaycanımızı dünyada layiqincə təmsil edən, hər birimizin fəxr etdiyi idmançılar, alimlər, filosoflar və digər şəxslər yaşayırlar".
O, Sumqayıtın inkişafında və tərəqqisində bir çox regionlardan olan insanlar kimi, qərbi azərbaycanlıların da xüsusi rolunun olduğunu söyləyib: "Prezident İlham Əliyevin rəhbərliyi altında qərbi azərbaycanlılar tezliklə öz dədə-baba yurdlarına qayıdacaqlar".
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli diqqətə çatdırıb ki, 1948-1953-cü illərdə qərbi azərbaycanlılar öz yurdlarından deportasiya olunanda onların ilk gəldikləri ünvanlardan biri də Sumqayıt şəhəri olub.
Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov qərbi azərbaycanlıların Sumqayıtın inkişafındakı rolundan danışaraq fəaliyyətləri üçün gözəl şərait yaradıldığını söyləyib.
Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Nağıqızı, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, şair Əvəz Mahmud Lələdağ mövzu ilə bağlı çıxışlar ediblər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, bu gün şəhərdə 70 mindən çox keçmiş məcburi köçkün və qərbi azərbaycanlı yaşayır. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində vətəndaşlar qısa müddətdə abadlaşdırılan torpaqlarında yaşayacaqlar.
Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib. //Report




















23-11-2024, 17:05 930

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041