Azərbaycanla İranın gizli savaşı: 3-ü uduldu, 4-cü müharibə başlayır


Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə olunan terror hücumunun nəticəsində bir nəfərin şəhid olması, iki nəfərin isə yaralanması İran-Azərbaycan müsnasibətlərini həddindən artıq gərginləşdirib. Əslində, Azərbaycan müstəqilliyni elan etdiyi gündən molla rejimi ilə hər zaman çəkişmə içərisində olsa da, son 30 illik tarixdəki münasibətlərdə indiki qədər gərginlik müşahidə olunmamışdı. 
Artıq rəsmi Bakı haqlı olaraq təhlükəsizlik baxımından Tehrandakı səfirliyin fəaliyyətini dayandırıb. XİN öz vətəndaşlarına İrana getməməyi, zərurət yarandıqda isə maksimum dərəcədə ehtiyatlı olmalarını, orda problem yarandıqada Təbrizdəki konsulluğa müraciət etmələri üçün çağırış edib. İki ölkə arasında gərginliyin pik həddə çatması hətta müharibə ehtimallarını gündəmə daşıyıb. Bu gün insanları düşündürən suallar əsasən bunlardır: İranla Azərbaycan arasında savaş ola bilərmi? Ehtimal olunan müharibə baş tutarsa, bu savaşın qalibi kim olacaq?
Region üçün təhlükəli olan bu suallara aydınlıq gərməkdən ötrü öncə mövcud durumun bu vəziyyətə gəlməsinə zəmin yaradan səbəblərə baxmaq lazımdır. Yuxarıda qeyd olunduğu kimi, əvvəllər də bu iki dövlət arasında münasibətlər ürəkaçan olmayıb. Müxtəlif zamanlarda, müxtəlif istiqamətlər və sahələr üzrə Bakı ilə Tehran arasında açıq və gizlin müstəvilərdə gərgin mübarizə aparılıb. Son 30 ildə Azərbaycanla İran arasında gərginlik yaradan səbəblərə 4 pəncərədən baxsaq, gizlin qalan məqamlara cavab tapmaq olar.
1) Azərbaycanın dünyəvilik siyasi kursunu seçməsi, Bakının Qərb dövlətləri və İsraillə münasibətlərinə molla rejiminin baxışı;
2) Xəzər dənizinin hüquqi statusu məsələsində Azərbaycanın geoiqtisadi maraqlarının qarşısını alma cəhdi;
3) Azərbaycan-Ermənistan müharibəsində İranın sərgilədiyi mövqe;
4) Rəsmi Tehranın Cənubda yaşayan azərbaycanlı qardaşlarımıza bəslədiyi "münasibət";
Qeyd olunan səbəblərin hər birini ayrı-ayrılıqda analiz etsək, İranın Azərbaycan qarşısında məkrli siyasətini çılpaqlığı ilə görmək olar.
Birinci, Azərbaycan müstəqilliyini elan etdikdən sonra özünü 1918-ci ildə qurulan və 23 ay ayaqda qalan Demokratik Cümhuriyyətin varisi elan etdi. Bakının bu seçimi İranın ürəyincə deyildi. Çünki İran Azərbaycana “din və təriqət” üzərindən baxırdı. Tehran hər vəchlə çalışırdı ki, Azərbaycan dünyəvilik siyasətindən əl çəkib, molla rejiminin cızdığı xəttə düşsün. Eyni zamanda, Qafqazın 80 faiz iqtisadiyatına sahib olan Azərbaycan Qərb dövlətləri ilə, o cümlədən İsraillə əlaqələr qurmasın. Bunun üçün Tehran Bakının siyasətinə qarşı zaman-zaman təhdid yollarından istifadə edib, öz gücünü Azərbaycan üzərində göstərməyə çalışdı. Tehran Azərbaycanda özünə dindar kəsimdən ibarət şəbəkə də yaratdı ki, Bakının siyasi xəttini dəyişsin. Bu qədər təhdidlərə rəğmən Bakı öz praqmatik siyasətini yürüdərək İranın hədələrinə məhəl qoymadan, dünyəvilik siyasəti yürütməklə, Tehrandan fərqli olaraq qloballaşan dünyanın bir parçaşına çevrilə bildi. Beləliklə, molla rejimi Azərbaycanı daim din pərdəsi altında təhdid etmək yolunu tutdu. Hətta bir neçə dəfə Azərbaycan dövlət başçısının İrana səfəri zamanı üçrəngli bayrağımızı tərsinə qoymaqla, dinimizi tərənnüm edən yaşıl rəngi birinci sıraya qaldırmaqla ölkəmizə qarşı ən böyük hörmətsizlik və təhdid həyata keçirirdi.
İkincisi, Xəzər dənizinin hüquqi status məsələsi idi ki, burada da Tehran Bakıya öz diktəsini yeritmək istəyirdi.
Bilindiyi kimi, SSRİ dağıldıqdan sonra Xəzərin statusu məsələsində bu iki ölkə arasında fikir ayrılıqları mövcud olmuşdu. Belə ki, Xəzərin Azərbaycan sektorunda neft yataqlarının işlənilməsi üçün Bakı Qərb şirkətləri ilə saziş imzaladı. İran isə Azərbaycanın Qərb şirkətləri ilə saziş imzalamasını heç cür qəbul etmədi. Və Tehran Xəzərin stasusunu ortaq işləmək siyasətini önə sürdü. Xəzərin milli sektora bölünməsi isə İranın bu istəyinin üzərindən də xətt çəkdi. Xəzərin milli sektora bölünməsinə baxmayaraq, İran Azərbaycan qarşısında tələb qoyurdu ki, dənizin hüquqi statusu həll edilmədiyindən, Bakı öz sektorunda hər hansı qazıntı işləri apara bilməz. Azərbaycan isə Beynəlxalq Dəniz Hüquqları Konvensiyasını əsas gətirərək, Xəzəryanı ölkələr arasında milli sərhədlərin demarkasiya edilməməsi, yaxud bu məsələnin sadəcə gecikməsinin ətrafdakı beş ölkədən hər hansı birinə, sahildən dənizin orta xəttinə qədər olan hövzədə, yaxud öz ərazisindən hər hansı iqtisadi fəaliyyətlə məşğul olmağı qadağan etmədiyini bildirdi.
Beləliklə, İran Xəzər məsləsində də niyyətinə nail ola bilmədiyində digər təxribatlara əl atırdı. Hətta dəfələrlə öz hərbi təyyarələri vasitəsilə suveren Azərbaycan sərhədlərini qanunsuz olaraq pozdu. Nəticədə, dönəmin dövlət başçısı Heydər Əliyevin dəvəti ilə türk şahinləri Bakı səmalarında göründü.
Eyni zamanda Ankaradan İrana yönəlik “Hansı dövlət Azərbaycana qarşı çirkin niyyətə düşərsə, gözünü açıb qarşısında türk ordusunu görəcək” mesajı göndərildi. Və beləliklə, İranın Xəzər dənizi üzərində Azərbaycana qarşı təhdid dolu hərəkətlərinin qarşısı alındı.
Üçüncü, məlum olduğu kimi, SSRİ dağılan ərəfədə mənfur qonşularımız olan ermənilər Qarabağın Ermənistana birləşməsi adı altında hərəkat başlatdı və ölkəmizə müharibə elan etdi. Nəticədə öz havadarlarının sayəsində Qarabağı işğalda saxlamağa nail oldu. Belə bir vəziyyətdə İran Ermənistanla eyni blokda yer aldı. Bunun da başlıca səbələri var idi. Çünki molla rejimi həm Azərbaycanı yürütdüyü dünyəvilik siyasətindən, həm də Xəzər dənizinin statusus məsələsində o qədər təhdidlərə rəğmən geri addım atdıra bilmədi. Bu isə o demək idi ki, İran Qafqazda dini və təriqət bağlılığına görə yaxın olan ölkədə nüfuz dairəsini genişləndirmə imkanından məhrum olurdu. Qafqazın ən böyük və qüdrətli dövlətində dayaqlarını qoruya bilməyən Tehranın regional güc olma istəyi də suya düşürdü. Belə olan halda “düşmənimin düşməni dostumdur” prinsipi ilə hərəkət edən molla rejimi Ermənistanla birlikdə addımlamağı prioritet siyasəti kimi irəli sürdü.
Bu illər ərzində molla rejimi dəridən-qabıqdan çıxdı ki, Azərbaycan beynəlxalq hüquqla tanınan tarixi torpağına sahib ola bilməsin. Bunun üçün Tehran İrəvana bütün sahələr üzrə dəstəyini əsirgəmirdi. Hətta İran 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı bütün dünyanın gözü qarşısında, gecə-gündüz Ermənistana bütün resurslarını işə salmaqla ciddi dəstək verdi. Bu dəstək erməniləri silahla təchiz etməkdən tutmuş, kəşfiyyat, media, enerji, diplomatik və digər sferaları əhatə etdi. Bu qədər dəstəyə rəğmən Azərbaycan Ordusu 44 gün ərzində şanlı qələbəsini qazandı və öz tarixi torpaqlarına sahib olmaqla dövlət sərhədlərinə nəzarəti bərpa etdi.  Qələbədən sonra Azərbaycan Prezidenti Cəbrayıl rayonuna səfər edərək, Arazın qırağından əlini İrana tərəf istiqamətləndirib, Xudafərini qardaşlıq körpüsü adlandırdı.
Əvəzində İran nə etdi? Əksinə,“Ermənistan bizim qırmızı xəttimizdir” deməklə, Azərbaycan sərhədlərində genişmiqyaslı hərbi təlimlər keçirdi və Qafanda konsulluğunu açdı. Bu isə o demək idi ki, İran heç cürə Azərbaycanın qələbəsini həzm edə bilmir. Çünki Qarabağ müharibəsində təkcə Ermənistan deyil, həm də İran və Ermənistanı müdafiə edən digər dövlətlər buz dağı kimi möhkəm əlaqələrə sahib olan Azərbaycan-Türkiyə gücünə yenilmişdilər.
Dördüncü, Azərbaycan mütəqilliyini elan etdiyi gündən İranın daxilində bir qorxu toxumu baş qaldırdı. Tehran  gözəl dərk edirdi ki, Bakının güclənməsi Cənubda yaşayan 40 milyonluq soydaşlarımız üçün stimuldur. Ona görə də bütün hədə və təhdid vasitələrinə əl atmaqla, Bakının inkişaf tempinin qarşısına baryer qoymağa çalışdı. Eyni zamanda cənubda yaşayan Azərbaycan türklərini basqı və qorxu altında saxlamağı hədəflədi. Onların səslərini boğdu. Haqlarını əlindən aldı. Milli kimliklərini unutdurmaq istiqamətində repressiv tədbirlərə əl atdı. Mollalar cənubllu-şimallı Azərbaycan türklərinin bir-biriniə olan sevgisini gözəl anlayır, nə zamansa bu birliyin mütləq gerçəkləşəcəyi qorxusu altında yuxu belə yata bilmirlər. Xüsusən də İkinci Qarabağ müharibəsi zamanı, İran ərazisindən Ermənistana ötürülən silah karvanlarının soydaşlarımız tərəfindən qarşısının alınması və foto, videolarının dünya ictimayyətinə çatdırılması, bundan başqa müzəffər Azərbaycan Ordusunun Qarabağda ard-arda qazandığı möhtəşəm qələbələrə İranda yaşayan türklərin həsrət göz yaşları içərisində sevinməsi şübhəsiz ki, Tehranı tədirgin etməyə bilməzdi.
Azərbaycan gücləndikcə İran ətrafındakı çəmbər daralır. Dövlət başçısı İlham Əliyevin “mən 50 milyonluq azərbaycanlının prezidentiyəm” deməsi, ötən il isə Orta Asiyada Türkdilli dövlətlərin sammiti zamanı “millətimizin hansı ölkədə yaşamasından asılı olmayaraq, haqları pozularsa, Azərbaycan dövləti olaraq onları müdafiə edəcəyik” bəyanatı da ən çox İrana mesaj idi. Əfsuslar olsun ki, molla dövləti Azərbaycanla münasibətlərini qoruyub saxlamaq və daxili işlərimizə qarışmadan inkişaf etdirmək əvəzinə, daha iyrənc metodla, Tehrandakı səfirliyimizə terror təşkil etməklə bütün körpüləri yandırdı və vəziyyəti müharibə həddinə gətirdi.
Nəticə:
Yuxarıda sadaladığımız 4 pəncərədən baxdıqda məlum olur ki, İran Azərbaycanla apardığı mübarizələrin üçünü - dünyəvi dövlət olmaq, Xəzərin statusu və Qarabağ probleminin həllində məğlub olub. Dördüncü Güney Azərbaycan problemidir ki, Tehran bu məsələdə də məğlubiyyətə addım-addım yaxınlaşır. Çünki birlik istəyi hər iki tərəfdə alovlanıb. İranın isə Azərbaycana qarşı müharibə edəcəyi ehtimalı azdır.
Tehran dəqiq hesablayır ki, Azərbaycana indiki zamanda müharibə elan etmək özünü qayadan atıb intihara sürüklənmək deməkdir. Əvvəla, Azərbaycan 15-20 il bundan qabakı dövlət deyil. Bakının həm hərbi, həm iqtisadi qüdrəti kifayət qədər güclüdür. Eyni zamanda Azərbaycanla müharibə xüsusən də Şuşa Bəyannaməsindən sonra Türkiyəyə qarşı atılan adımdır. Türkiyə ilə qarşı-qarşıya gəlməyi İran heç istəməz.
Nigar Ögeday

2-02-2023, 12:50 115

Digər xəbərlər

“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO

İlham Əliyev Sumqayıtın inkişafında xidmətə görə bir qrup şəxsi təltif etdi

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 17:05
Dünən, 16:33
22-11-2024, 18:05
22-11-2024, 17:37
22-11-2024, 12:39
22-11-2024, 12:32
22-11-2024, 11:50
22-11-2024, 11:41
22-11-2024, 11:34
22-11-2024, 11:31
22-11-2024, 10:24
22-11-2024, 10:10
22-11-2024, 10:00
22-11-2024, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
1 2 3 4 5 6 7 8 9 10 ... 903