Flora Kərimova həkimi məhkəməyə verdi – Səbəb


Xalq artisti Flora Kərimova məhkəməyə müraciət edib. 
Sumqayit.tv bildirir ki, müğənni bu dəfə plastik cərrah və kök hüceyrə uzmanı Sevinc Heydərovaya qarşı mülki iş üzrə məhkəmədə iddia qaldırıb.
Məhkəmə işlərinə hazırlıq iclası ötən gün Nəsimi Rayon Məhkəməsində baş tutub.
F.Kərimovanın bu addımı atmasına səbəb S.Heydərovanın onu uğursuz əməliyyat etməsi iddiasıdır. Xalq artisti həkimin əməliyyatından sonra gözlərində problem yarandığını bildirib.
Məhkəmə prosesi ilə bağlı Oxu.Az-a Xalq artistinin köməkçisi açıqlama verib.
O bildirib ki, əməliyyatdan sonra Flora Kərimovanın gözlərində assimmetriya yaranıb:
“Həmçinin uğursuz əməliyyyatdan sonra ptoz, yəni yuxarı göz qapağının sallanması yaranıb. Tikişdən sonra göz qapaqlarının bir tərəfi sallanıb. Bunlar sonradan başqa problemlərə gətirib çıxarır. Məsələn, gözlər tez-tez sulanır”.
Məsələ ilə bağlı qarşı tərəfin, həkim Sevinc Heydərovanın mövqeyini öyrənmək istəsək də, bu mümkün olmadı. Həkimin köməkçisi onun əməliyyatda olduğunu, daha sonra bizimlə əlaqə saxlayacağını söz versə də, telefon bağlantısı yaradılmayıb.
Qeyd edək ki, F.Kərimovanın qarşılaşdığı ptoz problemi tibdə yuxarı göz qapaqlarının sallanması və ya düşməsi kimi izah olunur. Sözügedən problemdən əziyyət çəkən xəstələr çəpgözlük, ikigörmə, gözün qıcıqlanması, gözün tam qapana bilməməsi, göz qapaqlarını açıq saxlamaq üçün daim gərginlikdən yorulma kimi çətinliklərlə üzləşirlər. Anadəngəlmə ptoza səbəb göz qapağını qaldıran əzələnin olmaması və ya inkişafdan geri qalmasıdır. Qazanılmış ptoza səbəb isə göz qapağını qaldıran əzələni innervasiya (bədənin və ya toxumanın qeyri- bərabər elementlərlə təchizi – red.) edən sinir liflərinin, gözün hərəki sinirinin insult, ensefalit, Horner sindromu nəticəsində iflicidir. //Globalinfo.az

24-02-2023, 12:10 117

Digər xəbərlər

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Bu gün, 12:39
Bu gün, 12:32
Bu gün, 11:50
Bu gün, 11:41
Bu gün, 11:34
Bu gün, 11:31
Bu gün, 10:24
Bu gün, 10:10
Bu gün, 10:00
Bu gün, 09:00
Dünən, 19:29
Dünən, 11:07
Dünən, 10:53
Dünən, 10:46
Dünən, 10:16
Dünən, 10:01
Dünən, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
15-11-2024, 13:47
15-11-2024, 13:37
1 2 3 4 5 6 7 8 9 10 ... 903