Trampın qorxudan ŞOK planı - ABŞ-ı Xəzər dənizinə qaytarmaq istəyir

  

Ekspertlərə görə, Amerika qarşıdakı illərdə bu hövzədə möhkəmlənə bilməyəcək - səbəblər
Donald Trampın yeni prezidentlik dövründə ABŞ-ın Xəzər regionunda fəaliyyətinin necə dəyişəcəyi də aktual mövzulardan biridir. Çünki Tramp bundan əvvəlki hakimiyyəti illərində Rusiya, İran və Çinlə münasibətlərini heç cür tənzimləyə bilmədi. 
Artıq dünyanın beyin mərkəzləri Trampın bir nömrəli hərbi hədəfinin İran olacağını proqnozlaşdırır. Bundan başqa Cənubi Qafqazda  və Mərkəzi Asiyada mövqelərini möhkəmləndirən Çini cilovlamaq nöqteyi-nəzərindən Xəzər dənizi zonası ABŞ-ın strateji regionu statusuna qayıda bilər. Donald Tramp birinci hakimiyyəti müddətində “2019-cu ilin Avropanın Enerji Təhlükəsizliyi və Diversifikasiyası Aktı”nı imzalayıb və ona əsasən, ABŞ-Aİ-Cənubi Qafqaz-Xəzər regionu arasında siyasi və enerji əməkdaşlığına maliyyə dəstəyi nəzərdə tutulub. 
Amerikanın yeni administrasiyasının Xəzərdə siyasətinin digər istiqaməti nəqliyyat kommunikasiyaları ilə bağlı olacağı gözlənilir. Məhz Trampın dövründə ABŞ-ın Asiyadakı müttəfiqləri - Yaponiya, Cənubi Koreya və digərləri tərəfindən dəstəklənən magistral kommunikasiya vasitələrini dəstəkləmək üçün “Blue Dot Network” layihəsi yarandı. Bu layihə Çinin “Kəmər və Yol” strategiyasına rəqabətə davamlı alternativ kimi nəzərdə tutulmuşdur.
İndi ABŞ bu ideyadan ya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafını ləngitmək, ya da digər istiqamətlərin xeyrinə region ölkələri ilə Rusiya arasında ticarət əlaqələrinə məhdudiyyətləri stimullaşdırmaq üçün istifadə edə bilər.
Sanksiyalar Rusiyanın Xəzər regionunda təsirini azaltmayıb, Xəzərin statusu haqda konvensiya xarici ölkələrin burada baza yaratmağı qadağan edir. Bu barədə təhlilində haqqın.az yazır ki, Xəzər dənizi zonasında yerləşən postsovet ölkələri artıq mövqelərini xeyli möhkəmlədiblər və amerikalıları burada “dördgözlü” gözləmirlər. Sual olunur: ABŞ ötən əsrin 1990-cı illərinin ortalarında Amerika şirkətlərinin Azərbaycan və Qazaxıstanın şelfindəki neft-qaz yataqlarına fəal şəkildə daxil olduğu zaman Xəzər dənizində əldə etdiyi uğuru təkrarlaya biləcəkmi?
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov məşhur amerikalı ideoloqun dünyaca tanınmış bir əsərində Azərbaycanla bağlı deyilən tarixi həqiqəti sitat gətirdi: “Amerika Birləşmiş Ştatlarının Avrasiya siyasətinin əsas hədəflərindən biri Qərbin Xəzər dənizi hövzəsindəki zəngin enerji resurslarının Avropaya nəql edilməsinə nail olmaq və "Qoca qitə"nin Mərkəzi Asiyaya çıxışının təmin edilməsi üçün Azərbaycan üzərindən dəhlizin keçməsini təmin etməkdir. Bu günə qədər Birləşmiş Ştatların bu siyasətinin birinci hissəsi demək olar ki, təmin edilə bilib. Lakin qoyulan hədəfin ikinci hissəsi - Azərbaycan üzərindən Qərblə Mərkəzi Asiyanı birləşdirən dəhliz isə hələlik Ermənistanın şıltaqlığı üzündən yaradılmayıb. Zəngəzur dəhlizi ətrafında müzakirələr zamanı dəfələrlə demişəm və bir daha təkrar edirəm - Zəngəzur dəhlizinin açılması və onun Qərblə Şərqi birləşdirən ən qısa yol statusuna sahiblənməsi Ermənistanın məsələsi deyil. Bu, ABŞ başda olmaqla, Qərbin strateji hədəflərinə daxil olan ən öncül məsələlərdən biridir. 
fikret.jpeg (167 KB)
Fikrət Yusifov 
ABŞ-ın orta və uzun müddət üçün xarici strategiyasında ən mühüm yeri Avrasiya məkanında onun mövqeyinin mümkün qədər möhkəmləndirilməsi tutur. Bu regionda möhkəmlənmək üçün ilk növbədə Xəzər regionuna daxil olan ölkələr üzərindən keçən kommunikasiyalara nəzarəti təmin etmək lazımdır. Amerika xarici siyasətinin aparıcı ideoloqu hesab edilmiş Zbiqnev Bzejinski məşhur “Böyük şahmat taxtası” kitabında yazırdı: “Məhdud ərazi sahəsinə və kiçik əhalisinə baxmayaraq, nəhəng enerji ehtiyatlarına malik Azərbaycan geosiyasi baxımdan  mühüm əhəmiyyət kəsb edir"".
Sabiq nazir Trampın ölkəsinin mövqelərini Cənubi Qafqazda möhkəmləndirmək üçün bu regionun açar ölkəsi Azərbaycanla sağlam münasibətləri qurmağa möhtac olduğunu da qeyd etdi: “Bu gün ABŞ Çinin dünya hegemonluğuna yol verməmək, Avrasiya məkanında öz mövqelərini möhkəmləndirmək üçün əlində olan bütün imkanlardan istifadə edir və bundan sonra da edəcəkdir. Yəni Birləşmiş Ştatlar regionda resurslara və kommunikasiyalara nəzarət etmək üçün bütün imkanlarını bir araya gətirməyə çalışacaq. Bütün bu dediklərimiz səbəbindən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da qarşıdakı illərdə ölkəsinin mövqelərinin Avrasiya məkanında və ilk növbədə Cənubi Qafqazda möhkəmləndirilməsini təmin edə biləcək tədbirlər görməyə çalışacaq. Bütün bunları edə bilmək isə ilk növbədə Cənubi Qafqazın açar ölkəsi olan Azərbaycanla sağlam münasibətləri formalaşdırmaqdan keçə bilər. Düşünürəm ki, Bayden hökumətindən fərqli olaraq Tramp bu məsələlərdə obyektiv yanaşım seçimi edəcəkdir”.
Sona Əliyeva: “Rusiyaya qarşı iqtisadi sankisyalar heç bir halda müsbət  effektini verməyəcək” Pravda.az
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, ABŞ qarşıdakı illərdə Xəzərdə möhkəmlənə bilməyəcək: “Donald Trampın hakimiyyəti dönəmində İrana qarşı müharibə istisna edilmir. Çox güman ki, bu, Trampın hakimiyyətinin ilk aylarına təsadüf etməyəcək. ABŞ hər zaman Xəzər dənizində möhkəmlənməkdə maraqlı olub. ABŞ İran və Rusiyanı bu hövzədə tamamilə neytrallaşdırmaq istəyir. İqtisadi müstəvidə Birləşmiş Ştatlar bunu bacarıb. Amma hərbi-siyasi müstəvidə bu o qədər də real və inandırıcı görünmür. Çünki İranı neytrallaşdırsa belə, Vaşinqton Rusiya amilini ciddi şəkildə nəzərə almağa borcludur. Düşünürəm ki, yaxın dörd il ərzində də ABŞ donanmasını Xəzərdə görməyəcəyik. Amma iqtisadi baxımdan bu mümkündür. Artıq ABŞ şirkətləri Qazaxıstan və Türkmənistan neftinə sahib olmaq üçün gizli danışıqlara start verib. Doğrusu, Qazaxıstandan fərqli olaraq Türkmənistan bu məsələyə daha isti baxır. Çünki Aşqabad rus asılılığından xilas olmağa çalışır. Qazaxıstan isə hazırda soyuq suyu da üfürə-üfürə içir. Almatı ABŞ-dan daha çox Çinlə yaxınlaşmağı üstün tutur. Düşünürəm ki, Çini cilovlamaq bu müddətdə bir qədər çətin olacaq. Artıq Çin şirkətləri Qazaxıstanın Tengiz yatağı ilə maraqlanmağa başlayıblar. Sürtgü yağları üçün kükürdlü neftə ehtiyacları var. Qazax nefti də kükürdlə zəngindir. Düşünürəm ki, ABŞ qarşıdakı illərdə Xəzərdə möhkəmlənə bilməyəcək. Ən yaxşı halda danışıqlar masasında hövzə ölkələrinin "saqqızını oğurlamağa" çalışacaq".
//“Yeni Müsavat”


15-11-2024, 13:47 25

Digər xəbərlər

Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs ölüb

Sumqayıtda əl qumbarası tapılıb

Hakan Fidan və İbrahim Kalın Suriyada səfərdədir

SSRİ-də dəhşətli atom sınağı - 45 min hərbçi cəlb edilib, zabitlərin beşdə üçü ölüb

Sumqayıtda binanın birinci mərtəbəsində daşıyıcı sütunlar dağıdılb - SAKİNLƏR ŞOKDA-VİDEO

Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR

Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

Sumqayıt Məhkəməsi 700 minlik cinayət törədən bağça müdiri ilə bağlı qərar verdi

Avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb

Məhkəmə Riad Rəfiyevin jurnalistlərə qarşı iddiasını icraata götürməyib

Sumqayıtın bu ərazilərində böyük söküntü olacaq - Tarix və kompensasiya

Nasistlər üçün vuruşan xain qəhrəman – Onu sovet dövləti də təltif edib, almanlar da

Bakı-Sumqayıt yolunda tıxacın HƏLL YOLU – “Hazır layihə var”

Bu universitetədə oxuyan tələbələrin gediş-gəlişi rahatlaşacaq — AÇIQLAMA

“Sumqayıt”ın gən futbolçusu üçün əlamətdar oyun

Deputat Bəşər Əsədlə görüşündən danışdı: "Bizə suallar vermişdi" - FOTO

Coratda ərini öldürən qadınla bağlı məhkəməyə müraciət edildi

Rusiyaya sığınan liderlər və onların taleyi – Korvalandan Əsədə qədər

Sumqayıtda 41 yaşlı kişi dələduzluqla 20000 ABŞ dollarını ələ keçirdi

Sumqayıtda yolu keçən piyadanı avtomobil vuraraq öldürüb

1 2 3 4 5 6 7 8 9 10 ... 908
Dünən, 20:20
Dünən, 18:03
Dünən, 17:57
Dünən, 17:55
Dünən, 17:00
Dünən, 16:55
Dünən, 16:51
Dünən, 16:46
Dünən, 16:41
Dünən, 16:39
11-12-2024, 17:50
11-12-2024, 17:14
11-12-2024, 15:45
11-12-2024, 15:41
11-12-2024, 15:36
10-12-2024, 23:28
10-12-2024, 14:09
10-12-2024, 14:01
10-12-2024, 12:52
10-12-2024, 11:12
10-12-2024, 11:08
9-12-2024, 22:08
9-12-2024, 20:13
9-12-2024, 18:52
9-12-2024, 14:37
9-12-2024, 14:07
9-12-2024, 13:58
9-12-2024, 13:55
9-12-2024, 13:53
9-12-2024, 13:50
9-12-2024, 12:47
7-12-2024, 13:00
7-12-2024, 08:09
7-12-2024, 07:48
6-12-2024, 15:38
6-12-2024, 15:35
6-12-2024, 14:40
6-12-2024, 13:08
6-12-2024, 13:00
6-12-2024, 12:57
1 2 3 4 5 6 7 8 9 10 ... 908