Milli Kitabxanada “Şuşa İli”nin açılışı tədbiri keçirildi



Fevralın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Şuşa İli”nin açılış tədbiri keçirildi. Tədbirdə Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə çap etdirdiyi “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” və “Xan Şuşinski. Biblioqrafiya” nəşrləri təqdim olundu.

Milli Kitabxananın direktoru Tahir Kərimov qonaqları salamlayaraq kitabxana tərəfindən hazırlanan “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiyanın Şuşaya həsr edilmiş ilk fundamental əsər olduğunu söylədi. Bildirdi ki, Şuşanın işğaldan azad olunması münasibətilə tərtib olunmuş biblioqrafiyada qədim şəhərimizin tarixi, mədəniyyəti, musiqisi və ədəbi mühiti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı, görkəmli şəxsiyyətləri, habelə Prezident İlham Əliyevin Şuşaya səfərləri ilə bağlı kitablarda, dövri mətbuatda, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb. Kitabda xarici dillərdə Şuşa haqqında dərc olunan materiallar, həmçinin dünyanın milli və universitet kitabxanalarında mühafizə olunan ədəbiyyatlar ayrıca bölmələrdə verilib. Biblioqrafiya tarixçilər, politoloqlar, elmi tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov 2022-ci ilin çox əlamətdar olduğunu qeyd etdi: “Sevinirik ki, əsasının qoyulmasının 270 illiyini 28 il həsrəti ilə yaşadığımız Şuşanın özündə qeyd edirik. Şuşa Azərbaycanın ürəyi, iftixar mənbəyidir. Hazırda məqsəd və vəzifəmiz Şuşanın əvvəlki görkəmini və ruhunu özünə qaytarmaqdır. Buna görə tədbirlər planı hazırlanır. Sənəddə il ərzində keçiriləcək tədbirlərin siyahısı yer alacaq”.
Nazir dedi ki, məhz Ali Baş Komandan İlham Əliyevin və müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində Şuşa arzumuz gerçəkləşib, mədəniyyət beşiyi olan şəhərimiz özümüzə qaytarılıb. Bu, böyük xoşbəxtlikdir ki, Şuşa öz mədəniyyətinə qovuşub. Ötən il Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildikdən sonra burada genişmiqyaslı abadlıq işləri görülüb, bir sıra tarixi-mədəni abidələr bərpa olunub. Bununla yanaşı, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Üzeyir Hacıbəyli musiqi festivalı və Milli Musiqi Günü Şuşada qeyd edilib. Üzeyir bəyin Şuşada yenidən ucaldılan abidəsi önündə konsert proqramı təşkil olunub. Bu konsertlərdə Xan Şuşinskinin və Azərbaycanın digər görkəmli incəsənət xadimlərinin mahnıları səslənib.
Dövlət başçısının sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” edilməsini yüksək qiymətləndirən nazir əlamətdar ilin qədim şəhərimizin tarixi və zəngin mədəni irsinin təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı. “Şuşa İli” tədbirlərinə, maarifləndirmə işlərinə Milli Kitabxanadan başlandığını bildirən Anar Kərimov ötən ildən həyata keçirilən “Qarabağa kitabla gedək” layihəsi barədə də söz açdı. Bildirdi ki, işğaldan azad olunmuş ərazilərimizdə bərpa olunacaq kitabxanaların fondları üçün nəzərdə tutulan layihə üzrə 60 mindən çox kitab toplanıb. Bu istiqamətdə işlər davam etdiriləcək və il ərzində Şuşada çoxsaylı tədbirlər keçiriləcək.
Təqdimatda çıxış edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Şuşanın ədəbi-mədəni mühiti ilə bağlı fikirlərini bölüşdü: “Şuşa deyəndə mütləq muğam yada düşür. Şuşada yaranan muğam əsl Azərbaycan muğamıdır. Bu, təkcə muğamın deyil, Azərbaycanın inkişafıdır. Şuşa həm də yeni Azərbaycan poeziyasının vətənidir. Molla Pənah Vaqif yeni dövr ədəbiyyatımızın ən parlaq nümayəndəsidir. Vaqifin dili Füzulinin dili demək deyil, müasir Azərbaycan dili deməkdir. Şuşanın əsl qiymətini Prezident İlham Əliyev verdi”.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva şuşalıların 30 il bu şəhərin həsrətini çəkdiyini, ancaq heç zaman ümidlərini itirmədiyini söylədi. Qələbəyə, azad Şuşaya görə Azərbaycan xalqının hər zaman şəhidlərimizə, qazilərimizə və Prezident İlham Əliyevə minnətdar olacaqlarını dilə gətirdi. V.Fətəliyeva həmçinin Qarabağ xanı İbrahimxəlil xanın Şuşada tikdirdiyi kitabxananın bölgədə ən zəngin kitabxana olduğunu, Şuşanın mədəniyyət və incəsənət xadimlərinin yetişməsində də bu elm ocağının əhəmiyyətli rolundan söz açdı.
“Xan Şuşinski. Biblioqrafiya” nəşrinin ön söz müəllifi, Xalq artisti Sərdar Fərəcov muğam sənətimizdə iz qoyan sənətkarlardan bəhs etdi. Dedi ki, Azərbaycan muğamının gözəlliyi, möhtəşəmliyi haqqında söz açılanda onun görkəmli ifaçıları yada düşür: “Bu ifaçılar arasında elə xanəndələr olub ki, onların oxuduqları muğam onların adları ilə qoşa çəkilib. Məsələn, “Zabul Qasım”, “Segah İslam” və ya şəkili Ələsgərin “Rəhabı”, Məşədi Məmməd Fərzəliyevin “Şüştər”i, Seyid Şuşinskinin “Çahargah”ı və sair. Lakin elə xanəndələr olub ki, onların ifasında bir yox, iki yox, bəlkə də bütün muğamlar və bu muğamların şöbələri ən xırda detalları ilə səslənib, dinləyicilərin ürəklərini fəth edib. Belə xanəndələrdən biri də Xalq artisti Xan Şuşinski idi. O, hələ sağlığında Azərbaycan xalqının ən sevimli sənətkarı olub, adı əfsanələşib, dillərə düşüb, muğam kimi qədim bir sənətin rəmzinə çevrilib. Bu kitabla yaxından tanış olduqca görürük ki, dahi şəxsiyyətlərin həyatı heç də adi olmayıb. Onların ömrü sonradan dastana çevrilib”. 
Xan Şuşinskinin qızı, muğam ustadının adını daşıyan fondun rəhbəri  Bəyimxanım Cavanşirova-Verdiyeva layihənin əhəmiyyətdən söz açaraq ailəsi adından təşəkkürünü bildirdi: “Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Qarabağ torpaqlarını bizə qaytararaq adını dövlətçilik tariximizə əbədi yazdıran Prezident İlham Əliyevin Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı, daha sonra 2022-ci ili “Şuşa İli” elan etməklə elə bil dünyanı bizə bağışladı. O, bununla ulu öndərin vəsiyyətini yerinə yetirdi, bir övlad kimi onun qoyduğu yolu davam etdirdi. Prezident bu ili “Şuşa İli” adlandırmaqla beynəlxalq miqyasda sübut etdi ki, həqiqətən də, Şuşa tarixi, əzəli-əbədi Azərbaycan şəhəridir”.
Tədbirin sonunda iştirakçılar Milli Kitabxana tərəfindən hazırlanmış “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır” adlı kitab sərgisi ilə tanış oldular.

7-02-2022, 17:34 235

Digər xəbərlər

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
15-11-2024, 13:47
15-11-2024, 13:37
1 2 3 4 5 6 7 8 9 10 ... 903