Tanınmış rəssamlar Şimal bölgəsinin turizmini əks etdirəcək



Azərbaycanın tanınmış rəssamlarının iştirakı ilə Qubada yerləşən “Shahdag Guba & Truskavets Medical Sanatorium” mərkəzində sayca 3-cü rəngkarlıq simpoziumu keçirilir.
 
Sumqayit.tv xəbər verir ki, oktyabrın 24-ə kimi davam edəcək simpoziumda Azərbaycanın əməkdar rəssamları Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, İrina Eldarova, Məmmədhüseyn Hüseynov, tanınmış rəssamlar İlqar Tahiri, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Əliyev, Diana Əliyeva, Raida Mustafayeva, Ramina Saadatxan, Elşən Qaraca və Adil Yusif iştirak edirlər.
 
Belə ki, Vətən müharibəsi nəticəsində qazanılmış zəfərin ildönümünü ərəfəsində baş tutan simpoziumda qalibiyyətdən ilhamlanan rəssamlar Vətən uğrunda döyüşən qəhrəmanları vəsf edən mövzulara üstünlük verəcəklər.
 
Mədəniyyət və sosial yönümlü layihənin məqsədlərindən biri də rəssamların bölgənin turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq onları rəsmə köçürmələrini təmin etmək, həmçinin fərqli formada təbliğ və təşviq etməkdir.
 
Bununla yanaşı, simpozium çərçivəsində rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə “Ustad dərsləri” keçiriləcək.
 
Simpozium günlərində xalq artisti Malik Mənsurovun rəhbərlik etdiyi “Naz-nazı” muğam qrupunun iştirakı ilə konsert proqramı təşkil ediləcək, eləcə də sənətşünas Elçin Şamili dünya rəngkarlıq sənəti ilə bağlı leksiya ilə çıxış edəcək.
 
Sayca üçüncü olan “Art Zone Week” simpoziumu Dövlət Turizm Agentliyinin, “Savalan ASPİ” və “Shahdag Guba & Truskovets Medical Sanatorium” mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilir.
 
Simpozium müddətində rəssamların ərsəyə gətirdikləri sənət əsərləri 2022-ci ilin yanvar ayının ortalarınadək “Shahdagh Guba & Truskovets Medical Sanatorium” mərkəzində sərgilənəcək.

18-10-2021, 15:41 177

Digər xəbərlər

Krokusda ölənlər arasında kəşfiyyat polkovniki də olub - FOTO

TƏCİLİ! Müharibə HƏR AN başlaya bilər: Vəziyyət çox ciddidir, təhlükə...

Vəkil: "Şakro Molodoy azad olunub və xəstəxanaya aparılıb"

Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun

FHN Sumqayıtda zərərçəkmişlərin xilas edilməsi mövzusunda gecə təlimi keçirib - FOTO

Xatirə Fərəcliyə AYB-də rəhbər vəzifə verildi

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

“Razılaşmalar əldə olunarsa, ABŞ və Aİ Ermənistanı silahlandıracaq”-ekspert

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı

“Sumqayıt” - “Araz-Naxçıvan” matçının da hakimləri açıqlandı

Daha bir uzman həkim Sumqayıt Tibb Mərkəzində fəaliyyətə başlayıb

Ermənilər Qazaxla sərhəddən getmək istəmədiklərini deyirlər: Burdan sonra Azərbaycandır - VİDEO

Hitleri hiddətləndirən pilot – onun adı gələndə fürer fincanını yerə çırpıb

Ramiz Mehdiyev məhkəmə qarşısında - Bu hüququndan məhrum edilə bilər

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olundu-FOTO

Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb - FOTO/VİDEO

Rusiyanın böyük şəhərləri təhlükədə – İŞİD-in növbəti hədəfi

Sumqayıtda bu müəsisənin rəhbəri dəyişdi

1 2 3 4 5 6 7 8 9 10 ... 826
Bu gün, 15:30
Bu gün, 15:24
Bu gün, 15:21
Bu gün, 15:19
Bu gün, 15:00
Bu gün, 14:58
Bu gün, 14:55
Bu gün, 14:30
Bu gün, 14:17
Bu gün, 14:08
Bu gün, 11:31
Bu gün, 11:18
Bu gün, 11:04
Bu gün, 11:00
Bu gün, 10:56
Dünən, 18:24
Dünən, 17:33
Dünən, 17:24
Dünən, 17:20
Dünən, 16:36
Dünən, 16:33
Dünən, 13:15
Dünən, 13:00
Dünən, 12:06
Dünən, 12:04
Dünən, 12:01
Dünən, 11:40
Dünən, 11:31
Dünən, 11:29
Dünən, 11:27
Dünən, 11:08
Dünən, 10:51
Dünən, 10:47
Dünən, 09:30
27-03-2024, 15:52
27-03-2024, 15:46
27-03-2024, 15:28
27-03-2024, 12:52
27-03-2024, 12:49
27-03-2024, 12:43
1 2 3 4 5 6 7 8 9 10 ... 826