Azərbaycan Turizm Bürosu “Skyscanner” platforması ilə əməkdaşlığa başlayıb



Azərbaycan Turizm Bürosu metaaxtarış mühərriki vəzifəsini daşıyan, aviabiletlər, hotel və avtomobil icarəsini əlçatan edən “Skyscanner” platformasında onlayn kampaniyaya start verib

Sumqayit.tv xəbər verir ki, Kampaniya çərçivəsində “www.skyscanner.net” saytında beynəlxalq platformanın İsrail, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədən olan istifadəçiləri üçün Azərbaycana uçuşlar, hotellər və turizm təklifləri haqqında ingilis dilində ətraflı məlumatlar yerləşdirilib.

 Belə ki, platforma istifadəçiləri əsas səhifəni sadalanan ölkələr üzrə dəyişdikdə Azərbaycan haqqında maraqlı məlumatların yerləşdirildiyi səhifəyə yönləndirilirlər.

Həmin səhifədə isə ölkəmizin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmış obyektləri, memarlıq və sənətkarlıq nümunələri, təbiəti, multikultural mühiti haqqında geniş məlumat öz əksini tapır. Eyni zamanda platformanın feysbuk və instaqram hesablarında müxtəlif məzmunlu reklamlar yerləşdirilib. Bu reklamlar istifadəçiləri müvafiq səhifələrə yönəldərək həm ölkənin turizm potensialı haqqında məlumatlılığı artırmağa, həm də Azərbaycana səyahətin asan şəkildə planlaşdırılmasına xidmət edir.

“Skyscanner” onlayn səyahət agentliyinin əsası 2003-cü ildə Böyük Britaniyada qoyulub. Səyahət üzrə metaaxtarış mühərriki rolunu oynayan saytı hər ay 100 milyon nəfər ziyarət edir. Qeyd edək ki, Azərbaycan Turizm Bürosu bundan əvvəl BƏƏ-nin aparıcı səyahət platforması “DnataTravel”, Rusiyanın ən iri səyahət platformalarından biri olan “Travelask.ru”, eləcə də beynəlxalq platformalar olan “Wego”, “Expedia” və “Aviasales” ilə əməkdaşlığa başlayıb

26-10-2021, 16:49 179

Digər xəbərlər

Sumqayıtda evlərdən 20 min manatlıq oğurluq edən 3 nəfər saxlanılıb

“Unikal klinika” cərimlənə bilər

Əliyev bizə bu gün 3 saat ərzində bunları izah etdi - Brayza

Sabiq deputat Sumqayqıt Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Sumqayıtda 28 yaşlı oğlan bıçaqlanıb

G7 Rusiya brilyantına embarqo tətbiq edir: Ermənistan böyük zərər görə bilər

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi - SƏRƏNCAM

Ermənistan parlamentində Paşinyanla Koçaryanın oğlu arasında söz davası baş verib

Sumqayıtda orta məktəblərdə qızılcanın profilaktik müalicəsi ilə bağlı maarifləndirmə tədbirlərinə start verilib

Baydendən Ukrayna ilə bağlı xüsusi müraciət...

Sumqayıtda ər arvadını döydü — TƏFƏRRÜAT

Vətəndaşlara VACİB XƏBƏR - Azərbaycanda bu məhsulların qiyməti KƏSKİN ARTACAQ

ABŞ Ukraynaya 175 milyon dollarlıq yeni silah paketi ayırıb

Sumqayıtda kanal daşdı, evləri su basdı: 10 minə yaxın sakin çətin vəziyyətdə - FOTO

Ərdoğan İsveçin NATO-ya qəbuluna cavab olaraq ABŞ-dan BUNU istədi

TOKİ rəhbəri: “Zəlzələ bölgəsinin yenidən qurulmasında Azərbaycan mühüm rol oynayır” - FOTO

Putin Salmanla görüşdü

Sumqayıt Dövlət Universitetinin rektoruna müşavir təyin edilib - ƏMR

Süveyş kanalında gəmilərin hərəkəti dayandırıldı

Ermənistanın ömürlük həbs etdiyi Azərbaycan əsgərinin anası danışdı

1 2 3 4 5 6 7 8 9 10 ... 791
Bu gün, 13:24
Bu gün, 13:07
Bu gün, 13:00
Bu gün, 12:46
Bu gün, 12:42
Bu gün, 12:30
Bu gün, 12:18
Bu gün, 12:00
Bu gün, 11:38
Bu gün, 11:30
Bu gün, 11:07
Bu gün, 11:00
Bu gün, 10:30
Bu gün, 10:28
Bu gün, 10:17
Bu gün, 10:00
Bu gün, 09:40
Bu gün, 09:30
Bu gün, 09:14
Bu gün, 09:00
Bu gün, 08:30
Dünən, 17:10
Dünən, 16:59
Dünən, 15:08
Dünən, 13:00
Dünən, 12:30
Dünən, 12:00
Dünən, 11:30
Dünən, 11:00
Dünən, 10:30
Dünən, 10:08
Dünən, 10:00
Dünən, 09:30
Dünən, 09:11
Dünən, 09:00
5-12-2023, 19:19
5-12-2023, 17:53
5-12-2023, 17:47
5-12-2023, 17:44
5-12-2023, 17:00
1 2 3 4 5 6 7 8 9 10 ... 791