“İran Ermənistanı yeni müharibəyə təhrik edir” – Ukraynalı şərqşünas


İran ətrafında vəziyyət mürəkkəbləşir. ABŞ və İsrail SEPAH-ın Suriyadakı mövqelərinə və İranın proksi qüvvələrinə qarşı zərbələri gücləndiriblər. İran isə Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirir və açıq desək, Ermənistanı Azərbaycanla yeni müharibəyə təhrik edir.
Ukraynalı şərqşünas, hərbi tarixçi Yaroslav Pilipçuk AzVision.az-a müsahibəsində deyib ki, İranın Rusiyaya dəstəyi ayətullahlara baha başa gələ bilər. İsrail artıq İranın pilotsuz təyyarələr istehsal edən zavodlarına bir sıra təsirli zərbələr endirib. İndi Cənubi Qafqaz regionu ABŞ üçün çox önəmlidir. Gürcüstandakı son etirazlar rusiyayönlü hökuməti geri çəkilməyə və xarici agentlər haqqında qanunu parlamentdən geri götürməyə məcbur etdi. ABŞ Gürcüstanda avropayönlü qüvvələri dəstəkləyəcək.

“Azərbaycanın ətrafındakı vəziyyətə gəlincə, burada işlər daha qəlizdir. İran Azərbaycanı sərhəddə manevrlərlə hədələyir. Molla rejimi eyni zamanda Ermənistanı hər vəchlə regionda yeni müharibəyə sövq edir”,- ekspert vurğulayıb.

Onun fikrincə, 2022-2023-cü illərdə İranda baş verən etirazlar bu ölkənin daxili siyasi vəziyyətini çətinləşdirib. Ayətullahlar yəqin ki, Azərbaycanla kiçik qələbəli müharibəyə ümid edirlər. Lakin Azərbaycan ordusu müasir kompakt ordudur, ona görə də Cənubi Qafqazda farslara asan olacağını gözləmək lazım deyil. ABŞ və İsrailin İranın Yaxın Şərqdəki işlərinə müdaxiləsi Azərbaycan və müttəfiqlərinin qələbəsinə səbəb ola bilər. Türkiyə zəlzələlərin verdiyi itkilərə baxmayaraq, yəqin ki, Azərbaycanın yanında olacaq. “Amma inanmaq istərdim ki, farslar yalnız manevrlərlə kifayətlənəcək və iş böyük müharibəyə qədər gedib çıxmayacaq”,- tarixçi deyib.

O, əlavə edib ki, Suriya farsların döyüşəcəyi növbəti cəbhələrdən birinə çevrilə bilər. Çünki İranın güclənməsi heç bir halda İsrail və ABŞ-ın maraqlarına uyğun deyil.

Qarabağ ətrafında baş verən proseslərə toxunan Yaroslav Pilipçuk bildirib ki, Erməni elitası mümkün yeni müharibədə İranın ən azı onu dəstəkləyəcəyinə ümid edir.

“Hazırda mən Dağlıq Qarabağda gərginliyin artdığını görürəm. Rusların ermənilərin fəaliyyətini ört-basdır etməsi heç kəsə sirr deyil. Rusiyadakı erməni lobbisi biznes və jurnalistlər səviyyəsində güclüdür. Ermənistanda və Dağlıq Qarabağda ermənilər arasında rusofillik hissləri də güclüdür. Sergey Lavrovun (Kalantaryan) rəhbərlik etdiyi rus diplomatiyası ənənəvi olaraq erməniləri də abxazlar və osetinlər kimi Rusiyanın müttəfiqi sayır. Qarabağ probleminin həlli Rusiyaya sərfəli deyil, o, Ermənistan-Azərbaycan ziddiyyətləri üzərində oyun oynamaq istəyir. Nə qədər ki Rusiya qoşunları Qarabağdadır, o vaxta qədər bölgədə gərginlik olacaq. Ermənistan revanşizm hissi və 2020-ci il müharibəsinə görə qisas almaq arzusu ilə yaşayır. Ümid edək ki, Azərbaycan belə bir tale ilə üzləşməyəcək. Amma vəziyyət çox ağırdır və Azərbaycan hadisələrin istənilən inkişafına hazır olmalıdır”,- Yaroslav Pilipçuk fikirlərini yekunlaşdırıb.

30-03-2023, 16:35 113

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101