Kənd Təsərrüfatı üzrə 7694 iştirakçıya təlim keçirilib



Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları “2021-ci il üzrə Kənd Təsərrüfatı Nazirliyinin Təlimlər Planı”na əsasən təşkil edilən 233 təlimdə iştirak etiblər.

Təlimlər Nazirlik sistemində çalışan təlimçilər, həmçinin, kənardan cəlb edilmiş müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər tərəfindən bitkiçilik, heyvandarlıq, baytarlıq, torpaqşünaslıq, informasiya kommunikasiya texnologiyaları, şəxsi inkişaf, ISO standartları, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi və digər sahələr üzrə keçirilib. Nazirlər Kabinetinin COVİD-19 pandemiyası ilə bağlı tətbiq etdiyi xüsusi karantin rejimi nəzərə alınmaqla onlayn və ənənəvi formatda keçirilmiş təlimlərdə 7694 əməkdaş iştirak edib.
“ADDIE” modelinə əsaslanaraq növbəti təlimlərin təşkili üçün təlim tələbatının müəyyən edilməsi məqsədilə hər təlimdən sonra iştirakçılar arasında sorğular keçirilib. Bu sorğular vasitəsilə iştirakçılar tərəfindən təlimin qiymətləndirilməsi aparılıb, toplanmış datalar analiz edilərək nəticələri Nazirliyin mərkəzi məlumat bazasına yerləşdirilib.
 “Employee Onboarding” proqramı çərçivəsində Nazirlikdə işə qəbul olan 255 yeni əməkdaşın beynəlxalq təcrübəyə əsaslanan formatda mühitə uyğunlaşması və tapşırıqların icra edilməsinə başlanılması istiqamətində işlər görülüb. Yeni çalışmağa başlayan əməkdaşların adaptasiya prosesini surətləndirmək məqsədilə onlara mentor və kouçlar təyin edilib. Nazirlikdə pozitiv iş mühitinin qorunub saxlanması məqsədilə əməkdaşlar arasında məmnuniyyət, məşğulluq və digər sorğular keçirilib.
Şanlı Azərbaycan ordusunun qələbəsi nəticəsində azad olunmuş ərazilərdə çalışan Nazirlik  əməkdaşlarının maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə görüş keçirilib, əməkdaşlar təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılıb, onlara buklet və iştirakçı pasportları təqdim edilib.
Azərbaycan Dövlət Aqrar Universiteti ilə birlikdə baytarlıq sahəsində çalışan əməkdaşlar üçün ixtisasartırma kusrları təşkil edilib. Cari ildə ixtisasartırma kurslarına cəlb ediləcək əməkdaşların həm sayı, həm də ixtisaslaşma arealının genişləndirilməsi nəzərdə tutulub.
Eyni zamanda, 2021-ci il ərzində Nazirliyin beynəlxalq institutlarla da əməkdaşlığı davam etdirilib. Belə ki, 111 nəfər əməkdaş beynəlxalq təlimlərində iştirak edib, 2 nəfər magistr təhsili almaq üçün təqaüd qazanıb və bir çox mütəxəssislərimiz müxtəlif layihələrin icrasında xarici mütəxəssislərlə bərabər fəaliyyət göstəriblər.
Rəqabətqabiliyyətli kadr bazarının və müasir çağırışların tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına dəstək məqsədilə www.aqrokadr.az portalı istifadəyə verilib. Aqrar sahə üzrə ixtisaslaşmış elektron mənbənin yaradılması ilə portal işaxtaranların bu sahədə vakansiyalara çıxışının asanlaşdırılmasına və peşəkar kadrların cəlb edilməsinə şərait yaradır.
Ötən il Nazirlik sistemində çalışan əməkdaşların bilik və bacarıqlarının müasir tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə daxili imtahanlar keçirilib. İlkin mərhələdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin 600-dən artıq əməkdaş imtahanlara cəlb edilib. Cari il imtahanlara Nazirliyin digər əməkdaşlarının da cəlb edilməsi nəzərdə tutulub.
2021-ci ilin sonunda Nazirliyin qurumları arasında təlim və inkişaf ehtiyacları barədə sorğular aparılıb, bu sorğuların nəticələrinə uyğun olaraq 2022-ci il üzrə Təlim planı hazırlanıb.

3-02-2022, 14:58 161

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041