Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru

 Sumqayit.tv xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı, Səhiyyə Nazirliyi, TƏBİB və "Florence Healthcare International"ın birgə təşkilatçılığı ilə “Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru” adlı konfrans keçirilib.

Tədbirdə meyitdən orqan nəqli, transplantasiya sahəsində görülən işlər, beynəlxalq təcrübə və gələcək planlar müzakirə olunub. Konfrans bir neçə panel üzrə davam edib.

 Birinci panel: Meyitdən orqan transplantasiyası

“Meyitdən orqan transplantasiyası: Canlı donorlu orqan transplantasiyası alternativdirmi?” mövzusunda keçirilən ilk panelə Rəşad Mahmudov və Yeganə Abbasova moderatorluq ediblər.

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin sədr müavini Günay Abbasova bildirib ki, oktyabrın 7-nə olan məlumata əsasən, hazırda ölkədə 1061 nəfər orqan transplantasiyası üçün növbədədir. Onlardan:

343 nəfər böyrək,

147 nəfər qaraciyər,

23 nəfər ürək,

24 nəfər buynuz qişa,524 nəfər sümük iliyi transplantasiyası gözləyir.

O əlavə edib ki, 2025-ci ilin fevral-oktyabr ayları ərzində 31 meyit donor orqanından transplantasiya əməliyyatı icra olunub. Onların 9-u böyrək, 6-sı qaraciyər, 16-sı isə buynuz qişa (kornea) əməliyyatıdır.

Abbasovanın sözlərinə görə, 2023-cü il avqustun 4-dən etibarən 150 böyrək, 100 qaraciyər20 sümük iliyi transplantasiyası əməliyyatı icbari tibbi sığorta tərəfindən qarşılanır.
“2026-cı ildən etibarən isə ürək və buynuz qişa transplantasiyası əməliyyatlarının da icbari tibbi sığorta çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulur”, – deyə o qeyd edib.

Paneldə Mərkəzi Gömrük Hospitalının rəisi Bəxtiyar Musayev, həkim-transplantoloq Mircəlal Kazımi və anestezioloq-reanimatoloq Xəyal Məmmədov da çıxış ediblər.

 İkinci panel: Qaraciyər transplantasiyası

Bu panelin moderatorları Azərbaycan Tibb Universitetinin professoru, transplantoloq Nuru Bayramov və doktor Mircəlal Kazımi olublar.

Paneldə:

  • Rəşad Mahmudov “Ürək çatışmazlığı olan xəstələrdə qaraciyər transplantasiyası”,

  • Abuzər Dirican “Xroniki qaraciyər xəstəliyinə ümumi yanaşma”,

  • Kamran Beydullayev “Qaraciyər transplantasiyasında kimlər donor ola bilər?”,

  • Bülent Ünal “HBV, HCV, HİV-li donorların istifadəsi: Türkiyə və dünya təcrübəsi”,

  • Xəyyam Eyvazov “Orqan transplantasiyası və şəkərli diabet” mövzularında təqdimatlar ediblər.

 Üçüncü panel: Böyrək transplantasiyası

Sonuncu panelin moderatorları Abuzər DiricanFariz Babayev olublar.
Paneldə:

  • Zaur Əhmədov “Uşaqlarda xroniki böyrək çatışmazlığı və transplantasiya zamanlaması”,

  • Mirməsim Məmmədov “Böyüklərdə böyrək transplantasiyası və zamanlanması”,

  • Şəbnəm Qədiməliyeva “Meyitdən böyrək transplantasiyası nefroloqun gözü ilə” mövzularında çıxış ediblər.

Tədbir ümumi müzakirə və sual-cavab sessiyası ilə yekunlaşıb.

Sumqayit.tv – sağlam cəmiyyətin informasiya ünvanı.


28-10-2025, 11:25 151

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041