
Teleqraf xəbər verir ki, 53,66% səs toplayan Biya ömür vəfa etsə, 99 yaşına qədər hakimiyyətdə qalacaq.
Biyanın andiçmə mərasimi noyabrın 6-da Kamerunun paytaxtı Yaundedə baş tutacaq .
Biya iyul ayında yenidən prezidentliyə namizəd olmaq qərarını açıqlamışdı. Seçkidə 13 namizəd iştirak edib.
Paul Biya 1982-ci ildən Kameruna rəhbərlik edir. 2008-ci ildə o, prezidentlik müddətinə məhdudiyyətləri ləğv edib. 1960-cı ildə müstəqillik qazanmış Kameruna bu günə qədər iki nəfər prezidentlik edib.




Bu gün, 19:59
7


















