Pekindən Avropaya iqtisadi zərbə: Brüssel panikada

 
“Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen son açıqlamasında bildirib ki, Avropa İttifaqı Çin mənşəli strateji xammaldan asılılığını azaltmaq üçün yeni plan üzərində işləyir. Vəziyyət gərgindir. Çin bu ayın əvvəlindən nadir torpaq elementləri və batareya istehsalı üçün vacib materialların ixracına məhdudiyyətlər tətbiq etməyə başlayıb”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Pekinin bu qərarı Avropa ölkələri üçün gözlənilməz olub:

"ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından Çinlə iqtisadi münasibətlərə yenidən baxmağı tələb edir, O Çin məhsullarına gömrük rüsumlarının artırılmasını tələb edirdi. Brüssel Ağ Ev sahibinin tələbini yerinə yetirməyi tələsmirdi. Pekinin nadir torpaq elementlərinin ixracına qoyulan məhdudiyyətlər qoymasını Avropa İttifaqına arxadan zərbə kimi qiymətləndirmək olar. Bu səbəbdən Avropa Komissiyasının Prezidenti Pekini nadir torpaq elementlərinin ixracına qoyduğu  məhdudiyyətləri sərt tənqid edib.

Problem ondadır ki, Avropa İttifaqı ölkələri onlara istehsalda lazım olan nadir torpaq elementlərinin əksər hissəsini məhz Çindən idxal edirlər. Belə vəziyyətdə Avropa dövlətləri alternativ mənbələr tapmaq məcburiyyətindədirlər. Bu sırada Kanada, Çili, Avstraliya, Qazaxıstan, Özbəkistan və Ukraynanın adı çəkilir. Brüssel bu ölkələrdən nadir torpaq elementlərini idxal etməyə çalışacaq".

Politoloqun fikrincə, Avropa İttifaqı tələsməlidir:

"Çünki, Çindən ixrac edilən nadir torpaq elementləri Avropada avtomobil, müdafiə, aviasiya, süni intellekt çipləri və məlumat mərkəzləri kimi sənaye sahələrində istifadə edilirdi. Məsələn, Avropa nadir torpaq maqnitlərinin 90 faizdən çoxunu Çindən idxal edirdi. Bu sahələrdə istehsalın dayandırılmaması üçün Çin təcili şəkildə başqa ölkələrlə əvəz edilməlidir.

Buna baxmayaraq, Fon der Lyayen məsələni həll etmək üçün Pekinlə danışıqların tərəfdarıdır. Görünür, Brüssel ümid edir ki, Pekin nadir torpaq elementləriylə bağlı qərarını dəyişə bilər. Halbuki, Pekin geri addıma hazırlaşmır. Bunun nəticəsidir ki, Fransa Prezidenti Emmanuel Makron Avropa liderlərinə Çinə qarşı sərt qərarlar qəbul etməyə çağırıb. Paris hesab edir ki, Çin ticarətdə aqressiv siyasətə üstünlük verməyə başlayıb. Bununla da ABŞ-la Çin arasında ticarət müharibəsinə Avropa İttifaqı da qoşulmuş olacaq".


27-10-2025, 12:09 86

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041