Türkiyənin Çanaqqala vilayətində zəlzələ qeydə alınıb.
Sumqayit.tv Musavat.com-a istinadən

xəbər verir ki, bu barədə Fəlakət və Təcili Yardım İdarəetmə Rəsmiləri (AFAD) məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar Egey dənizi sahilində yerləşən Ayvacık bölgəsində 4 bal gücündə hiss olunub.
Zəlzələnin ocağı 13,6 kilometr dərinlikdə yerləşib.
Hazırda hadisə ilə bağlı zərər və ya itki barədə məlumat verilməyib.
Musavat.com




Bu gün, 11:52
8


















