
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb. Bu mərhələdə Sumqayıtı təmsil edən “Sumqayıt” FK səfərdə meydana çıxacaq.
Sumqayit.tv xəbər verir ki, komanda 29 oktyabr tarixində Zaqatalada yerli “Zaqatala” klubuna qarşı oynayacaq. Qarşılaşma saat 14:00-da Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq.
Oyuna hakim Rauf Cabarov rəhbərlik edəcək. Ona Kamran Bayramov və Səbuhi Soltanov kömək edəcək, dördüncü hakim isə Murad Səlimov olacaq. Görüşün hakim-inspektoru Rövşən Əhmədov, AFFA nümayəndəsi isə Namiq Əliyevdir.
“Sumqayıt” bu görüşdə mərhələni adlamağı və kubok mübarizəsində yoluna davam etməyi hədəfləyir.
Bu gün, 12:04
6