Şamaxıda üzümçülük seminarı



Aqronomluq ixtisası üzrə təhsil alan tələbələr, o cümlədən üzümçü fermerlərin  bilik və bacarıqlarının artırılması, praktiki biliklərin aşılanması məqsədilə 05 fevral 2022-ci il tarixdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən “Üzümçülükdə innovativ texnika və texnologiyaların tətbiqi yüksək məhsuldarliğin əsasıdır” mövzusu üzrə praktki seminar keçirilib. Seminarda Şamaxı Dövlət Regional Kollecinin tələbələri və üzümçü fermerlər iştirak edib.

Seminar zamanı aqrotexniki, aqrokimyəvi, bitki mühafizə qulluq işlərinin tətbiqi qaydaları nümaiş etdirilib, nəmlikqoruyucu tədbirlər haqqında məlumat verilib, torpaq becərmələrində innovativ texnika, texnologiya və müasir aqreqatların praktiki əhəmiyyəti diqqətə çatdırılıb.
İnstituitun alim və mütəxəssisləri rayonda üzümlüklərdə hazırda mövcud olan problemlərə toxunaraq son dövrlər qlobal iqlim dəyişikliyi fonunda baş verən quraqlıq, yağıntıların həddindən artıq azalması və vegetasiya müddəti ərzində yağıntıların qeyri-bərabər paylanmasının üzümün mövsümü becərilməsində ciddi problemlər yaratdığını bildiriliblər. Ona görə  də, ekoloji amillərə uyğun becərmə üsulları tətbiq edilmədiyi, istehsalçıların dəmyə şəraitində üzümün yetişdirilmə texnologiyası ilə bağlı bilik səviyyəsi aşağı olduğu üçün aqronomik tədbirlərin yerinə yetirilməsində ənənəvi yanaşma müasir aqroekoloji və hidrometeoroloji amillərlə uzlaşmır. Tədbirdə bildirilib ki, hazırda dəmyə üzümçülüyündə nəmlikqoruyucu innovativ tədbirlərin həyata keçirilməsinə yönəlmiş tədbirlər gücləndirilməli, kultivasiya, bitkiarası becərmə, mulça örtüyü, payız, qış, yaz yağıntılarından səmərəli istifadə edilməli, yeni üzümlüklərin salınmasında quraqlığa davamlı sortların əkilməsinə üstünlük verilməlidir. Qeyd olunub ki, Şamaxı rayonunda üzümlüklər əsasən dəmyə (suvarılmayan) şəraitində olduğundan, burada nəmlikqoruyucu innovativ tədbirlərin həyata keçirilməsinə yönəlmiş tədbirlər, kultivasiya, bitkiarası becərmə və s. əməliyyatlar vacib rol oynayır və bu şəraitdə tənəkarası frez (“Tənəkarası (ağacarası) becərən hidravlik frez”) torpağın nəmliyinin və münbitliyinin il boyu qorunub-saxlanılmasında mühüm əhəmiyyət kəsb edir.
Bildirilib ki, üzümçülükdə ən vacib aqrotexniki tədbirlərdən biri də quru budamadır. Respublika ərazisində quru budama əsəsən yarpaqlar töküldükdən 15-20 gün sonra başlayıb, mart ayına kimi həyata keçirilə bilər. İştirakçılar üzüm bağlarında hazırda keçən ilki quru budmada ciddi nöqsanların olduğunu qeyd edərək, hər bir fermer təsərrüfatında bir neçə tənəkdə budamanın aparılma qaydaları əyani olaraq femerlərə göstərilib və tənəklərin aqronomik qaydalara uyğun aparılması tövsiyə olunub. Fermerlərə budama qaydalarını əks etdirən buklet və albomlar təqdim edilib.
Eyni zamanda, təlimdə qış müvsümündə üzümlüklərdə aqrotexniki, aqrokimyəvi və inteqrir mübarizə tədbirlərinin aparılması, sınmış dirəklərin və qırılmış məftillərin dəyişdirilməsi, seyrəkliyin aradan qaldırılması, qış suvarması, bitki arası belləmə, dərman preparatlarının tədarükü, çiləyicilər, tozlayıcılar və digər texnikaların təmiri, tumurcuqlar açılmamış xəstəliktörədici və zərərvericilərin qışlayan sürfələrinə qarşı çiləmə aparılması, üzümlükləri risklərdən siğortalamaq məqsədilə preventiv tədbirlər ilə bağlı əyani vasitələrdən və mövsümə uyğun olaraq tərtib edilmiş şəkillər və s. çap materiallarından da istifadə edilməklə məlumat verilib. Həmçinin tənəkdə saxlanılacaq gözcüklərin miqdarının müəyyənləşdirilməsi, quru budama, formavermə, bağlama, çubuq tədarükü, cərgəarası payızlıq şumun aparılması, torpağa üzvi və mineral gübrə verilməsi qaydaları (azot, fosfor, kalium və s.) praktiki olaraq nümayiş etdirilib.
Şamaxı Dövlət Regional Kollecinin tələbələri və üzümçü fermerlər üçün seminar keçirilib Şamaxı Dövlət Regional Kollecinin tələbələri və üzümçü fermerlər üçün seminar keçirilibŞamaxı Dövlət Regional Kollecinin tələbələri və üzümçü fermerlər üçün seminar keçirilib Şamaxı Dövlət Regional Kollecinin tələbələri və üzümçü fermerlər üçün seminar keçirilibŞamaxı Dövlət Regional Kollecinin tələbələri və üzümçü fermerlər üçün seminar keçirilib Şamaxı Dövlət Regional Kollecinin tələbələri və üzümçü fermerlər üçün seminar keçirilibŞamaxı Dövlət Regional Kollecinin tələbələri və üzümçü fermerlər üçün seminar keçirilib Şamaxı Dövlət Regional Kollecinin tələbələri və üzümçü fermerlər üçün seminar keçirilib

8-02-2022, 10:05 183

Digər xəbərlər

Yarım milyon manat mənimsəyən bacısını xilas etmək istədi: Özü dələduzluğun qurbanı oldu

Sumqayıtda məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı

Sumqayıtda fərdi evdə yanğın baş verib, zərərçəkən var

İlham Rəhimova sanksiya tətbiq edildi

ÇL: “Qarabağ” ərizəsini açıqladı, bu oyunçular çağırılmadı

Sumqayıtla bağlı avtobus problemi qalmaqdadır

Sumqayıtda qadın həkimin evi qarət edildi: 25 min manat oğurlandı

"Sumqayıt" üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı Sumqayıtda da keçiriləcək

Sumqayıtda yolun qanunsuz zəbt olunması ilə bağlı ŞİKAYƏT - FOTO

Bu gün Sumqayıtın, bu mikrorayon və məhəllələri də qazsız qalacaq

Sumqayıtda 750 abonentin qazı müvəqqəti kəsiləcək

Paralimpiya çempionuna FHN-in Sumqayıt Regional Mərkəzində vəzifə verildi

Aumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi kassasiya şikayəti verdi

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Bu gün, 13:36
Bu gün, 13:31
Bu gün, 08:37
Dünən, 16:45
Dünən, 16:34
Dünən, 16:00
Dünən, 15:40
Dünən, 15:28
Dünən, 15:23
Dünən, 12:09
Dünən, 10:48
2-09-2025, 16:28
2-09-2025, 14:51
2-09-2025, 11:56
1-09-2025, 15:22
1-09-2025, 15:16
1-09-2025, 15:13
1-09-2025, 15:04
1-09-2025, 10:28
1-09-2025, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
1 2 3 4 5 6 7 8 9 10 ... 963